5/10
·160 syf.··
2026 46. kitabı
·
9 saatte okudu
·
Okunma: 10 Haziran 2026 22:03
"-Sənin bədbəxtliyin orasındadır ki, gələcəyini görə bilmirsən. - Bizdən hər birimiz gələcəyi ayrı cür görürük. Mən hiss edirəm ki, biz heç bir zaman gələcəyə eyni gözlə baxa bilməyəcəyik. Bir qədər susaraq əlavə etdim: - Gələcək isə, həyat deməkdir. Ona göre də, biz ayrılmalıyıq. Sağ ol! Mən çamadanı götürüb qapıdan çıxdım" bu cümlələr kitabın son sətirləridir, ümumiyyətlə situasiyalarla bağlı başıma gələnləri bölüşməyi sevirəm, sırf bu cümlələrin reallığına keçən il varmışam, bir rəfiqəmin münasibəti var idi və mən heç dəstəkləmirdim, nə qədər dil tökdüm, o, bu, nəticə olaraq mənə çevrilib dedi ki, bilirsən mən niyə bu münasibətdən əminəm? dedim, niyə? dedi çünki biz gələcəyə eyni gözlə baxırıq, xəyallarımız eynidir, eyni şeylərə görə mübarizə aparırıq və mən bu gələcəyə onunla addımlamaq istəyirəm, o an etibari ilə susdum, həqiqətən bunun necə doğru olduğunu düşündüm, eyni yerə addımlamırsınızsa bir yerdə yola çıxmağınızın nə mənası? p.s. evləndilər
Körpüsalanlarİlyas Efendiyev · Qanun nəşriyyatı · 0744 okunma
10/10
·216 syf.··
2026 8. kitabı
·
25 günde okudu
·
Okunma: 08 Haziran 2026 20:13
Kitab mı bitdi,yoxsa mən mi bitdim bu,hələ də müəmmalıdır. Göz yaşlarımın,“kaş ki”lərimin və bəzən də peşmanlıqlarımın müşayiəti ilə oxudum bu kitabı.Ailənin ananı axtarması,onun yoxluğunu hiss etdikcə keçirdikləri peşmanlıq və xatirələr əsərin əsas xəttini təşkil edir.Onlar ananı itirəndən sonra onun evdə və həyatda nə qədər böyük rol oynadığını daha yaxşı anlayırlar.Hər hissədə oxucuya ailə bağlarının və ana sevgisinin nə qədər dəyərli olduğu hiss etdirilir. Özümü o hadisənin bir parçası kimi hiss edirdim.Xoşbəxt yaşamaq,rahat yaşamaq arzusu ilə çırpınarkən,mənim üçün çox şeyini fəda edən anamı da xəyallarıma daxil etmişdimmi?Gələcək planlarımda onun rahatlığı üçün nəsə düşünmüşdümmü?—deyə özümü sorğulayıb tükəndim.Kitab o qədər dərin izlər buraxır ki,bitirənə qədər anamın gözlərinə baxıb dəfələrlə şükür edib,gülümsəmişəm.Hər birimizə sevdiklərimizin,sevənlərimizin qədrini vaxtında bildiyimiz bir həyat arzulayıram.♡
Anam Sənə ƏmanətKyung-sook Shin · Yənbu · 2019357 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Cisminimi ruhunumu sevdim, bəyaz floribundam
8/10
·196 syf.··
2026 12. kitabı
İnsanı insan edən onun hissləri və emosialarıdır. Ümumən bunu deməyə çalışır mangaka, məncə. Cəhənnəmdən gəldiyi düşünülən varlığın insanı, insan olmağı və həyatı anlamaq üçün əməyini vizuallaşdırmağa çalışan bu seri olduqca uğurlu iş görməyə yenə də davam edir. Ən təməl həzz və istəklərdən məhrum bir canlı necə bir insanın yerini tam tuta bilər? Cavab vermək olduqca müşküldür. Sadəcə kopyalamaq özü heç vaxt kifayət etməyəcək. Yoxdan var olan bir "beast" də olsan, o duyğular yaşanacaq. Ümid edirəm ki, gələcək bölümlərdə bu məsələ daha da dərindən ələ alınar. Bu manga serisinə nəsə ciddi review yaza bilmirəm e, amma çox nəfəs kəsən tipdə olduğunu deyə bilərəm. Çox da qorxu sayıla bilməz, ancaq qoca kişinin çevriliş səhnəsi tam olaraq mhmmm idi. Və internetdə mlm deyil yazılsa da, biz reallığın və mangakanın məqsədinin nə olduğunu bilirik
The Summer Hikaru Died, Vol. 4Mokumokuren · Yen Press · 202461 okunma
Siddhartha: Həqiqət olmaq
9/10
·148 syf.··
Beğendi
·
2026 4. kitabı
Həqiqəti axtarmaq yoxsa həqiqət olmaq? Həqiqət necə tapılır? Hermann Hesse Siddhartha adlı əsərində Siddhartha obrazı və onun daxili monoloqları üzərindən bu suallara cavab verir, mən isə sadəcə kitabları və analizi sevən mexaniki yönümlü IT tələbəsi kimi bu kitaba dair görüşümü bölüşürəm. Siddhartha. Brahman. Doğuşdan dini ayinlər içində, tanrılara sunaqlar verən, ibadət edən, meditasiya ilə məşğul olan ata ilə böyümüşdü. Buna görə də günahlardan uzaq, dünyəvi zövqlərin arxasınca düşüb özünü itirməmişdi. Bütün bunlara baxmayaraq, axtardığını tapabilməmişdi. Zaman keçdikcə daxilindəki suallar və şübhələr artmağa başladı, çünki nədən qaçdığını, özünü nədən qoruduğunu bilmirdi. Məqsəd "Nirvanaya" çatmaq idi, halbuki əgər atası, müəllimləri və digər Brahmanlar düzgün yolda idilərsə, niyə hələ də məqsədə çatmamışdılar? Niyə illərlə eyni rutinin daxilində ilişib qalmışdılar? Öz həqiqətini tapmaq istəyi ilə atası razı olmasada atasından ayrılır, öz iç səsini dinləyərək Samanalara qoşulur, axtardığı şeyi orada tapacağını umur. Qaçmalı və qamçılamalı olduğu şeyin dünyəvi zövqlər və istəklər olduğunu düşünür, dostu Govindanı da bu yolda özünə qoşur. Govinda – Siddharthanın daim dəstəkçisi, yaxın dosdu. Samanalar oruc tutur, yuxusuz qalır, dilənir, cırıq paltarla yaşayırlar və özlərinə əziyyət verirlər. Siddhartha da bu yolu seçir. Lakin zaman keçdikcə özünü hər şeydən məhrum etməklə fərqli bir eqo qazanır. Çünki artıq özünü günahlardan təmizlənmiş, nəfsinə hakim olmuş biri hesab edir. Digər insanları "uşaq insanlar" görür, çünki onlar maddiyyat uğrunda çalışıb-vuruşurlar, dünyəvi zövqlərin əsiridirlər, sevirlər, insanlara bağlanırlar və hissləri üzündən hərəkətlərini idarə edə bilmirlər. Bu, asketizmin gizli paradoksudur: özünü hər şeydən məhrum etmək eqonu öldürmür, yalnız ona yeni
Düşünce
SiddharthaHermann Hesse · Can Yayınları · 202447bin okunma
9/10
·160 syf.··
2026 125. kitabı
Bu kitabı açanda bilirdim ki, özümü rahat hiss etməyəcəyəm. Amma Cioran həmişə belədir – o, sənin qollarını, sonra ayaqlarını, sonra düşüncələrini bir-bir qoparır. Adı da elə deyilmi? “Parçalanma”. Orta əsr işgəncəsi: atlar sənin bədənini dörd tərəfə çəkib parçalayır. Cioran isə ruhunu elə edir. Mən bu kitabı oxuyanda heç vaxt “bəli, həqiqət budur!” demədim. Əksinə, hər səhifədə “niyə bunu yazırsan?” deyə soruşdum. Amma elə bu sualın özü Cioranın oyunudur. O, cavab vermir. O, yalnız səni daha da dibə çəkir. Mən nihilist deyiləm. Amma Cioranı oxuyanda özümü tuta bilmirəm: o haqlıdır. O deyir ki, biz parçalanmışıq – bir tərəfimiz yaşamaq istəyir, o biri tərəfimiz ölümü arzulayır. Bir tərəfimiz sevgidən danışır, o biri tərəfimiz bilir ki, sevgi də iyrənclikdir. Bir tərəfimiz səhər qalxıb işə gedir, o biri tərəfimiz isə yataqda qalıb tavana baxıb deyir: “Nə üçün?”. Və ən qorxulusu odur ki, hər iki tərəf də haqlıdır. O, ümidsizliyi elə bir zərifliklə yazır ki, sən ümidsizliyin özünə aşiq olursan. Məsələn, bir yerdə deyir: “Mən yalnız yuxusuzluğa borcluyam hər şeyi”. Yuxusuz qalan adam bilir ki, gecə saat üçdə beynin bir boşluqdur: nə keçmiş, nə gələcək, nə məna – yalnız boşluq. Və o boşluğun özü bir məna kəsb edir. Mənim baxış bucağım belədir: Parçalanma oxumaq üçün yox, içində yaşamaq üçün kitabdır. Onu bitirəndə sən dəyişmirsən. Sən daha da dərinləşirsən – öz əzabının dibinə. Amma qəribədir ki, bu dibdə bir növ rahatlıq var. Necə ki, Cioran özü deyir: “Hər şeyin mənasız olduğunu qəbul etdikdən sonra hər şey mümkün olur”. Mən onun bütün fikirləri ilə razı deyiləm. Məsələn, o, tarixə nifrət edir. O deyir ki, tarix fəlakətdir, uyqarlıq çürümədir. Bəlkə də haqlıdır. Amma mən yenə də insanların bir şey qurmağa çalışmasını sevirəm – nə qədər boş olsa da. Cioran mənə “sən
ParçalanmaEmil Michel Cioran · Metis Yayınları · 2020878 okunma
Cənab Jül ilə bir gün
10/10
·100 syf.··
Beğendi
·
2026 1. kitabı
·
33 saatte okudu
·
Okunma: 18 Mayıs 2026 23:40
Bir səhər Alis oyananda görür ki, həyat yoldaşı Jül sakitcə dünyasını dəyişib. Lakin Alis dərhal təcili yardıma və ya yaxınlarına xəbər vermək əvəzinə, fərqli bir addım atır: Jülün ölümünü qəbul etmək və onunla vidalaşmaq üçün özünə tam bir gün vaxt tanıyır. Alis o bir gün ərzində keçmişi, yaşadıqları gözəl anları, demək istədiklərini, deyə bilmədiklərini səssizcə xatırlayır. Kitabın çox qəribə havası var, hər vərəqi çevirdikdə o hüzünü hiss edirdim. Alisin xatirələrinin içində gəzəndə təkcə bir qadının həyat yoldaşı ilə vidalaşmasına yox, illər keçdikcə dəyişən, bəzən susan, özünü göstərməyən, amma yenə də içində yaşayan bir sevgiyə də şahid olursan. Alisin həyatı çox qadına tanış gələcək. Oxuyun
Cənab Jül İlə Bir GünDiane Broeckhoven · Nebula Publishing House · 202586 okunma