Puan vermedi·432 syf.··
2026 8. kitabı
Esmiralda… Təsirləndiyim, gözümü dolduran bir çox roman oxumuşam. Adətən kitablar haqqında incələmə yazmıram, hətta bu platformadan da çox aktiv istifadə etmirəm. Amma bu kitab məndə elə hisslər oyatdı ki, fikirlərimi yazmadan keçə bilmədim. Esmiraldanın acısını, sevincini, çarəsizliyini və bütün bunların içində ümidini itirmədən mübarizə aparmasını sanki onunla birlikdə yaşadım. Mələklə dostluğu, İlyasla qurduğu bağ məni ən çox təsirləndirən məqamlardan oldu. Qəzəbləndiyi anlarda qəzəbləndim, üzüldüyü anlarda üzüldüm. Xüsusilə Mələklə olan bəzi səhnələrdə çox duyğulandım. Onların arasındakı səmimiyyət, gerçəklik və bir-birlərinə olan sədaqət istər-istəməz göz yaşlarıma səbəb oldu. “Birlikdə edərik” kimi cümlələrin sadəcə söz olaraq qalmaması məni ayrıca təsirləndirdi. Bəlkə də buna səbəb bir zamanlar dostumla qurduğumuz bəzi planları həyata keçirə bilməməyimizin verdiyi hiss idi. Bu baxımdan onların bacarması həm kövrəltdi, həm də sevindirdi. Kitabda bəyənmədiyim yeganə məqam bəzi hissələrin mənə bir qədər uzun gəlməsi oldu. Bəzən artıq bildiyimiz və ya eşitdiyimiz fikirlərin təkrarını oxuyurmuş kimi hiss etdim. Buna baxmayaraq, ümumi olaraq əsər məndə çox xoş təəssürat yaratdı. Xüsusilə də içimi isidən sonluğu ilə uzun müddət yaddaşımda qalacaq kitablardan biri oldu.
GünahkarlarÜlviyyə Cəfər · Çardaq Nəşriyyat · 20253 okunma
Puan vermedi·320 syf.··
2025 65. kitabı
Nərmin Həsənli - "Xilaskar" Bu kitabı 2025-ci ildə oxumağıma baxmayaraq, fikirlərimi paylaşmaq bu günə qismət imiş. Belə bir əsəri ərsəyə gətirdiyi üçün yazıçıya və bu kitabı mənə hədiyyə edən İlkinə təşəkkür edirəm. Kitab Ayçiçək və Əsmər adlı iki gənc qızın köhnə fikirli ata, ana və nənənin təzyiqləri altında yaşadıqları çətinliklərlə başlayır. Bu iki bacı ailədə heç bir sevgi, xoş söz və valideyn qayğısı görmədən, ancaq əsəb və stres içində böyüyürlər. Qızların fikirlərinə zərrə qədər də hörmət edilməyən, tamamilə narsisist bir ailə mühiti var. Əsasən atanın dediklərinin mütləq olması, yoldaşından qorxan ananın susması və nənənin ortalığı daha da qızışdırması ilə böyüyən bu ailədaxili münaqişələr əsərin əsas mövzusunu təşkil edir. Bacılar isə bütün bu zülmün içində sadəcə mübarizə apararaq həyatda qalmağa çalışırlar. Məncə, hər bir oxucu kitabda özündən nəsə tapa bilər. Baş obrazın keçirdiyi hisslərin bir çoxu hamımıza tanışdır. Yazıçı tək bir həyatla sanki bir neçə fərqli həyata eyni anda toxunmağı bacarıb. Bu kitab bir çox ailələrə nümunə ola bilər. Mövzu həqiqətən həssas və dərindir. Çünki 21-ci əsrdə yaşamağımıza rəğmən, gəncləri anlamayan, hər şeyin ancaq öz istədikləri kimi olmasını tələb edən bu tip köhnə fikirli ailələr hələ də var. Və təəssüf ki, real həyatda da baş obrazlarımız kimi neçə-neçə gənc belə təzyiqlərin qurbanı olur. Məhz bu reallığa görə mövzu – kitab özünə çəkir, hətta bir çox yetişkin insanda nifrət və əsəb oyadır. Yazıçı həqiqətən çox gözəl bir yerə toxunub. Kitabın ilk 60-70 səhifəsi bəlkə də mövzuya giriş olduğu üçün mənə bir az sıxıcı gəldi. Amma həmin hissədən sonra hekayə birdən-birə elə bir yüksək tempə qalxır və elə sürət alır ki, sanki partlayış baş verir. Əsər oxucunu elə ağuşuna alır ki, kitabı əlindən yerə qoya bilmirsən.
XilaskarNərmin Həsənli · Qanun Nəşriyyatı · 20248 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
10/10
·455 syf.··
Beğendi
·
2026 20. kitabı
·
13 saatte okudu
·
Okunma: 01 Mayıs 2026 11:54
Bu kitabı mən Universitetin ikinci kursunda aldım, amma sırf müəllifi haqqında məlumatı olduğumdan onun xətrinə alınan bir kitab idi. Bir kitabsevər olaraq, bu kitabı 2022-ci ildən bəri nə mövzsuna baxmış, nə də əlimə almışdım. Sanki, kitabdakı personajların taleyi kimi, kitaba qarşı içimdə qəribə bir biganəlik vardı. Kitab oxumaq həyatımın çox önəmli bir hissəsi olsa da, bu kitabı unutmuşdum. Dünən bir dostum keçiriləcək kitab klubunda bu kitabın müzakirəsi olacağını, mənimdə gəlmək istəyib-istəmədiyimi soruşdu. Məndə razılaşdım, eləcə də dünən əlimə aldığım bu kitabın dörd illik məndə olan lənətini qırdım. İnanın mənə, kitabı bir günə bitirdim və oxuduğum zaman əlimdən buraxa bilmirdim, sanki ordakı dünyada yaşayırmışam kimi, məni o qədər içinə çəkdi ki, ordakı obrazların halına ağlayır, qəhr çəkir, heyrətlənirdim. İndi isə kitabı oxuyacaq olanlar bu hissəni görməzdən gəlsinlər, yəni spoilər kimi düşünün. Hadisələri ilk səhifələrdə anası ilə ucqar bir kənddə kasıb bir daxmada yaşayan, Nanasının (anasına belə səslənirdi) acıqlı sözləriylə, Cəlilin hər həftə evlərinə cümə günü gəlişini səbirsizliklə gözləyən intizarıyla, evlərinə arada qonaq gəlib onlara pay gətirən Bibicanıyla, Molla Feyzullahın ona öyrətdiyi biliklərlə, quran oxumasıyla kiçik dünyasının içində yaşamını sürdürən balaca Məryəmin dilindən oxuyuruq. Kitabın ilk səhifəsində görürük ki, Nanasının ona dediyi “hərami” sözünün hələ uşaq dünyasına yad olduğundan mənasını anlaya bilmir. Beləcə, o sanki gələcək həyatından xəbər verən Nanasının gözü kimi baxdığı, nənəsindən qalan qabı əlindən salıb sındırması paramparça olacaq həyatına nişan verir və hərami olduğunu ilk dəfə anasından eşidir. Həyatın ağırılı günlərini yaşayan Nanası Cəlilin evində qulluqçu işləyərkən onun qeyri-qanuni şəkildə Cəlildən hamilə
Möhtəşəm qadınlar
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,5bin okunma
Puan vermedi·76 syf.··
Beğendi
·
2026 1. kitabı
·
1 saatte okudu
·
Okunma: 01 Nisan 2026 22:48
Baş qəhrəmanı heç sevmədim, hərəkətləri və düşüncəsizliyi adamı lap əsəbiləşdirir. Xüsusən də evli ola-ola belə şeylər etməsi adamı özündən çıxarır. Əslində indiki zəmanədə belə hərəkətlər çox sadələşdirilib, sanki yuxudan durmaq kimi adi bir vərdişə çevrilib. Kitabın sonunda yazar iki fərqli sonluq verib; mənə görə birincisi ən düzgünü idi, amma ikincisi elə o qəhrəmanın özünə yaraşan bir hərəkət oldu. Qəhrəmandan xoşum gəlməsə də, kitab insanın daxilindəki o "şeytani" tərəfi və psixologiyasını lap yerində təsvir edib.
ŞeytanLev Tolstoy · Aperatif Kitap Yayınları · 20204,501 okunma
Puan vermedi·288 syf.··
2026 5. kitabı
·
4 günde okudu
·
Okunma: 31 Mart 2026 21:27
Çox axıcı və yazarın düşüncələrində rahatlıq tapdığım bir əsər oldu. Həyat mübarizə ilə doludur, amma nə zaman ki, onun da sənə verdiyi ülvi hissləri görürsən- bu zaman əsl yaşanmağa dəyər bir yerə çevrilir. Əsər bir canavarın (yarı canavar yarı it) dünyaya gəlməsi və həyatında məna axtarması üzərinə keçdiyi acılı-şirinli həyat hekayəsindən bəhs edir. Onun timsalında biz əslində bir insanın həyat yolunu da dərk etmiş oluruq. Ilk qorxular, tərk etmələr, yalnız mübarizə aparmalar və ən əsası ilk sevgilər. Mən çox sevdim, sakit bir süjet olsa da daim oxumaq istəyirdim və maraqla nə olacağını gözləməkdən daha çox, Bəyaz dişin necə dəyişdiyini görməyi istəyirdim. Həyatda sehrinə bələd olduğumuz çox az şey var, ümid edirəm ən gözəlləri bizim qarşımıza çıxar :)
Beyaz DişJack London · İndigo Yayınları · 202195,7bin okunma
Puan vermedi·376 syf.··
2026 16. kitabı
Çilidən olan yazıçı Isabel Allendenin bu əsəri onun oxuduğum ikinci romanıdır. Bu əsərdə də müəllif qəhrəmanların təxminən yarım əsri əhatə edən həyat yolundan danışır. Hadisələr İspaniya Vətəndaş Müharibəsi dövründən başlayır və bu müharibədən əziyyət çəkən insanlar Çiliyə mühacirət edir. Əsərdə həmçinin şair Pablo Nerudanın da həyatı yer alır, o, Winnipeg adlı gəmi ilə İspaniyadan olan qaçqınları Fransa vasitəsi ilə Çiliyə aparır. Əsərdə sonrakı hadisələr Çilidə davam edir. Burada qəhrəmanlar yeni həyata başlamağa çalışsalar da Pinoçetin hakimiyyətə gəlməsi ilə nəticələnən 1973-ci il hərbi çevriliş onların həyatını yenidən dəyişir və ailə bir daha qaçqınlıq həyatı yaşamağa məcbur olur.
Denizin Uzun TaçyaprağıIsabel Allende · Can Yayınları · 2022233 okunma