2 il əvvəl onu ilk dəfə görəndə həmişəki kimi özümü itirmişdim. O gün bu dünyadakı ən haqsız, ən ədalətsiz mübarizənin kişinin gücü ilə qadının gözəlliyi arasında olan mübarizə olduğunu anlamışdım... Sonradan düşünəndə gəlib gözümün önündə dayanır, kişi dünyasında verdiyim savaşlar, bəzən ağılla, bəzən güclə, bəzən isə iradə ilə qalib gəldiyim mübarizələr. Amma onun gözəlliyi ilə olan mübarizəm bunların heç birinə bənzəmədiyi kimi, nəticəsi də bənzəmədi. Mən bu günədək uda-uda gəlmişdim halbuki. Bənzətmələri bir kənara qoyub öz ruhuma baxsam da dəyişən heç nə olmur. Nə oxuduğum kitablar çatdı köməyimə, nə qan tər içində çıxdığım idmanlar, nə ağlım, nə də iradəm. Heç biri bəs eləmədi. Qurduğum bütün o möhkəm xarakter də bir baxışın qarşısında aciz qaldı. Düzü istəyirdim bu məğlubiyyət biraz pisimə gəlsin. Axı mən də özümü yetişdirənə qədər kifayət qədər yorulmuşdum, əziyyət çəkmişdim. O da insandı nəticədə... necə olur ki, insan bir cüt gözə, qaşa, bir gülüşə, bir baxışa yox olub gedir? Amma qəribəsi odur ki, pisimə də gəlmədi. Gəlmir hələ də)) Ona ilk dəfə görəndə biraz da özümə yazığım gəldi. Çünki içimdə bildim ki, bir gün onu unutmalı olsam, buna bir ömür də çatmayacaq. Təxminən hesablamışdım hətta)) Hardasa 95 il lazım idi ki, mən o üzü yaddaşımdan silim. Yəni ömür çatmazdı onu unutmağa...
Bəzən insan öz yarasında ev tikər
Ləpirçi: Mən Yeməli Deyiləm Bəzi kitablar var ki, onları sadəcə oxumursan — yaşayır, hiss edir, hətta bəzi yerlərində özünü itirirsən. “Mən yeməli deyiləm” mənə görə məhz belə kitablardandır. Çünki bu kitab hadisələrdən çox, insanın içində baş verən görünməz savaşlardan danışır. Elə savaşlar ki, başqaları görmür, amma insanı içəridən yavaş-yavaş dəyişdirir. Kitabı oxuduqca bir şeyi başa düşürsən: insanın ən təhlükəli düşməni həmişə qarşısında dayanan biri olmur. Bəzən ən təhlükəli düşmən insanın öz beynidir, qorxularıdır, susdurduğu hissləridir. Biz həmişə elə bilirik ki, həyat bizi insanlar vasitəsilə yaralayır. Kiminsə xəyanəti, yarımçıq qoyduğu sevgilər, deyilən ağır sözlər bizi dəyişdirir sanırıq. Amma insan bir az dərinə baxanda anlayır ki, əslində onu ən çox incidən yaşadıqları deyil ,yaşadıqlarından sonra içində böyütdüyü səssizlikdir. Çünki bəzi ağrılar keçmir, sadəcə formasını dəyişir. İnsan onları unutduğunu zənn edir, amma onlar sakitcə ruhun bir küncündə yaşamağa davam edir. Bir gün bir söz, bir baxış, bir xatirə hər şeyi yenidən oyadır və sən anlayırsan ki, bəzi yaralar bağlanmayıb, sadəcə üstü örtülüb. Məncə kitabın ən ağır tərəfi insanı öz həqiqəti ilə üz-üzə qoymasıdır. Çünki insan özünü tanıdığını düşünür, amma əslində çox az adam öz içini həqiqətən tanıyır. Biz özümüzə belə maska taxırıq. Güclü görünməyə çalışırıq, normal görünməyə çalışırıq, heç nə olmamış kimi davranırıq. Amma insan özündən qaçanda qəribə bir şey baş verir : getdiyi hər yerə öz ağrısını da aparır. Sən şəhər dəyişirsən, insanlar dəyişirsən, həyatını dəyişirsən, amma içində həll etmədiyin şeylər səninlə gəlir. Çünki insan dünyadan qaça bilər, amma özündən qaça bilmir. Bəlkə də kitabın adına görə ən dərin məna elə budur: “yem” olmaq. İnsan həmişə düşünür ki, yem olmaq yalnız başqalarının
İnsan ve Duygular
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Şahı gəlsin, bu ürək səni heç vaxt unutmaz. 🤍
İlqar Kamil
Ümidlərin də böyüsü, kiçiyi, yenisi, əskisi olur, qızım; məsələn, "yaxşı olacaq" adlı ümid var ha qoca ümiddi - Nuh əyyamından qalma; nəsə yeni bir ümid tapmalı, düşünməli... Sən ümidli danışanların səs rənginə fikir ver əsas, əgər bir adam tez-tez "yaxşı olacaq" deyirsə bir az da boğuqsa səsi... Çox ağrılı mənzərədir saçı ağarmış yekə bir kişinin əl açıb diqqət dilənməsi... Dərdlər həmişə ayıb olduğuyçün gizlədilmir, mələk qızım, başqa səbəbi də var bu xəcalətin; məsələ xəstələnmək deyil bəzən məsələ "ağrın mənə gəlsin" deyənin olmaması. Heç kimin sənə sadiq qalmaması, xəstəliyin şəbi-yəlda kimi uzandıqca hamının fərqli bəhanələrlə çıxıb getməsidir. Həyat, xərçəng xəstəsinə deyilən quru "Allahşəfaversin"lər qədər saxta olsa da, Şəkərparəm, çarə möcüzələrə inanmaqdır.
Edebiyat
Sevgi böyük bir qumar idi
İndi, bəy-gəlin bazarında Qoymuşam özümü satılığa Həm alan, həm satan, həm də satılan, ala bu necə işdi? Necə bir bela? Bu qızın saçını, o qızın burnunu Qarpız seçər kimi seçirik eşqimizi Online ya offline nə fərqi? Sağa itələ, gəlsin təki Yatdı, qalxdı, Gəldi, getdi Belə keçdi Sevgilər bizimki Sevgi bir oyun idi Oynadıq və bitdi Önəmi yox idi qalib kimdi Sex eləməyə bir bəhanə idi Sevgi böyük bir qumar idi Kartları əlində tutan bilirdi Mən kitab axtarırdım Anladım ki, hər kəs reelsdi
Şiir
Azərbaycan dilində deyilir: "Anamı çox sevirəm. " Poeziyada deyilir: Ana varsa bir ocaqda, bir evdə İzi-tozu kölgəsi də əzizdi Təki evdə səsi gəlsin eybi yox Onun acı kəlməsidə əzizdir...🤍