7/10
·232 syf.··
2026 17. kitabı
·
5 günde okudu
·
Okunma: 11 Nisan 2026 19:28
Əsəblərim korlandı e oğlanın qorxaqlığından. Qız yaxşı elədi başqası ilə ailə qurdu. İnsan gərək öz zəifliyini 'tale' və ya 'xarakter' deyə qələmə verən, məsuliyyətdən qaçan, özünü yaxşı oğlan kimi göstərməyə çalışan amma sadəcə qorxaq olan insanlardan uzaq dursun. Sevgi sadəcə gözəl cümlələr qurmaq deyil, həm də o cümlələrin yükünü çiyinlərində daşımağı bacarmaqdır. Madam qorxurdu ictimai qınaqdan, onu hər fürsətdə görüşə çağırmazdı ilk başlarda.Səkkiz il boyu bir addım atmayıb, bircə dəfə axtarmayıb qızı, o qədər şeydən sonra qız axtarıb tapıb onu, amma yenə bütün düşüncələri ancaq "mən"lə başlayır, 8 ildə heç dəyişməyib yenə qızı daxildə qınayır ki niyə axtarmayıb onu. Bu necə kişidir və necə "sevəndir" ki, oturub gözləyir qız onun qapısına gəlsin? Bəzən ən düzgün seçim, səni yarımçıq qoyanlardan qaçıb, səni bütöv görmək istəyənlərə sığınmaqdır. Əslində baş obrazın o cür insanla dostluq etməyə davam eləməsi göstərirdi ki o əslində xaraktersiz biridir özü də. Sadəcə imicini qorumağa çalışır insanların gözündə
Duygu ve Düşünce
Dostluq Yoxsa Məhəbbət?Dilşad Talıbova · Teas Press Nəşriyyatı · 2024101 okunma
10/10
·192 syf.··
Beğendi
·
2026 28. kitabı
·
30 saatte okudu
·
Okunma: 28 Şubat 2026 11:44
Heyvanıstan ilk baxışda sadə bir hekayə kimi görünür: fermadakı heyvanlar üsyan edib sahiblərindən qurtulurlar. Əslində bu sadə hekayənin altında XX əsrin ən böyük siyasi dramlarından biri gizlənir. Heyvanıstana rəhbərlik edən donuz Napoleon təsadüfi obraz deyil. Onun simasında Joseph Stalin ümumiləşdirilmiş şəkildə canlandırılır. Hakimiyyətə münasibəti sadə və sərtdir: qorxu yaratmaq, gücü əlində toplamaq və həqiqəti dəyişdirmək. Əsərdə Napoleonun əsas rəqibi digər lider donuz Snoubolldur və o, Leon Trotsky obrazının alleqoriyasıdır. Üsyan zamanı Snouboll daha fəaldır, daha enerjilidir. Gözəl natiqdir, intellektualdır və Napoleondan fərqli olaraq daha ziyalı, daha demokrat təsiri bağışlayır. İnqilabın gələcəyi haqqında təsəvvürü də fərqlidir. Lakin tarixdə tez-tez gördüyümüz bir qanun burada da işləyir: ideyalar çox vaxt güc qarşısında məğlub olur. Necə ki, Joseph Stalin Trotskini Sovet İttifaqından qovmuşdu, Napoleon da Snoubollu fermadan - Heyvanıstandan didərgin salır. Bundan sonra bütün repressiyalar onun tərəfdarlarına qarşı yönəlir. Napoleonun hakimiyyətini qoruyan əsas mexanizm isə təbliğatdır. Bu təbliğatın siması Çığırğandır. Bu obraz həm Vyacheslav Molotov fiqurunu, həm də sovet təbliğatının əsas ruporu olan Pravda qəzetini təcəssüm etdirir. Çığırğan həqiqəti dəyişdirmir, sadəcə yenidən izah edir. O, dili elə manipulyasiya edir ki, prinsiplərin dəyişməsini heyvanlar hiss etmir. Beləcə onların düşüncəsini idarə edir. Bir tərəfdən də qoyunlara baxsaq, onların öz düşüncələrinin olmaması bir qırağa dursun, həm də onlara təlqin olunan şüarları təkrarlamaqla düşünə bilən heyvanları da susdururlar. Bu da kütlə psixologiyasının təhlükəsini göstərir. Göstərir ki, avtoritar rejimlərin hakimiyyətini qoruyub saxlamasında ən əsas istifadə etdikləri düşünməyən
1000Kitap
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018296,8bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Puan vermedi·192 syf.··
2025 21. kitabı
·
7 saatte okudu
·
Okunma: 29 Temmuz 2025 20:12
İlk başlarda tam başa düşmürdüm .sonra sualları bölümü gəlir orda tam başa düşməyə başladım Bir hissə Nilgün adinda birindən bəhs edir.hərşeydə özünü əksik görur hər səhvi özündə görür,hətda sevgilisin ona xəyanətində belə özünü səhv görür . Bəzi yerlərdə qiza o qədər əsəb olurdumki oxumadan keçirdim bəzi cümlələri. Oğlana pul verir dəfələrlə oğlanda başqa qızlara öz əyləncəsinə xərcləyirdi.(onda belə üıza yenə onu bağışlayır səhvi özündə görür və mənasiz səbəblə) Bir oğlan dostuda var qızın ,hər səhvində ğlanın ona sən düzsən deməyini gözləyirdi. bu ayrıca bir əsəb verirdi Ayrılıqda kitab cox gözəl bir dərs verib,oxuyacaq olanlar məncə dəyər Xoş mütaliələr !
1000k
Qoy Həyat Olduğu Kimi GəlsinMüthiş Psikoloji · Qanun Nəşriyyatı · 20233,288 okunma
9/10
·95 syf.··
Beğendi
·
2025 2. kitabı
·
5 günde okudu
·
Okunma: 14 Ocak 2025 22:40
2025-in 2ci kitabi ilə qarşınızdayammm "Pollyanna örnek eş" Pollyanna seriyasının son kitabıdır. Məndəki "Zuhal yayınları" 1968-ci il baskılı olanıdır. Bu nəşriyyatda 5 hissəli çap olunub kitab seriyası: POLLYANNA 1 (Mutlu olmanın sırrı) POLLYANNA 2 (Seyahatte) POLLYANNA 3 (Genç kızlığı) POLLYANNA 4 (Evleniyor) POLLYANNA 5 (Örnek eş) Məndə "Zuhal yayınları"-nın son 2 kitabı var. İlk 2-si isə Qanun nəşriyyatındandır. Qanun nəşriyyatında sadəcə ilk 2 kitab var: Pollianna Pollianna böyüyür Bu 2 kitab "Zuhal yayınları"-dakı ilk 3 kitabın birləşməsidir. Keçək kitab haqqındakı fikirlərimə: İlk dəfə Pollyanna-nı sadə uşaq nağılı kimi düşünüb, işə aparmışdım ki, arada fasilələrdə oxuyaram. Amma oxuduqca, o qədər bəyəndim ki, özümlə daşımağa başladım kitabı. İlk 3 kitabı 2023-cü ildə oxumuşam. Bu il isə, axır ki, ən sonuncu kitabı da əldə edib oxudum. Ümumilikdə, kitabda Pollyanna-nın atasının yaratdığı "Xoşbəxtlik oyunu"-dan bəhs olunur. Düşünürəm ki, uşaqlıqdan insanlara bu oyun öyrədilməlidi. Oyunun əsas məqsədi: başımıza nə gəlir gəlsin, ən pis hadisənin belə xoş bir tərəfini tapıb onun üçün xoşbəxt olmaqdır. Başımıza gələn hadisə nə qədər pis olarsa, oyun daha maraqlı olmağa başlayır. Əslində, həyatımıza bu şəkildə yanaşsaq, yaşamaq daha rahat və xoş olar deyə düşünürəm, elə ona görə də uşaqlara bu kitabı oxumaq, bu oyunun qaydalarını örətmək lazımdır. Kitablar haqqında daha başqa məlumat vermək istəmirəm. Böyük, kiçik, yaşlı, gənc, qadın kişi fərq etmədən, hamı oxumalıdır bu kitab seriyasını. Oxuyun, oxutdurun, kitabla qalın əzizlərim "Belki de doğuştan neşeli bir insanım. Fakat unutmamalı ki, insanların karakterleri bahçeye benzer. İşlenecek olursa, istenilen şekil alabilir."
Pollyanna Örnek EşEleanor H. Porter · Zuhal Yayınları · 19682 okunma
"Qoy həyat olduğu kimi gəlsin"
4/10
·192 syf.··
2025 10. kitabı
·
4 günde okudu
·
Okunma: 28 Ocak 2025 15:11
Müthiş Psikoloji Dramdan sonra bir az beyin rahatladıcı kitab seçmişdim sanırdım.Amma kitabı heç bəyənmədim.Öncəliklə 189 səhifənin 89-u təkrarçılıqdı.Eyni cümlədən neçə dəfə istifadə edilər axı((( Çox yordu məni. Yerdə qalan 100səhifədə də digər yazarlardan sitatlar gətirilmişdi.Hətta Şeksprin "Otello"su və Ç.Aytmatovun "Qırmızı yaylıqlı qovağım mənim"kitabının qısa məzmunu da yazılıb.(((Düzdür,məzmundan çıxan nəticə psixoloji problemlərlə əlaqələndirilir.Amma düşünürəm ,əvvəldə psixoloji çatışmazlıqlar xəyali obraz olan Nilgünün üzərində necə açılırdısa,digər problemlər də elə açılsaydı daha yaxşı olardı.Digər əsərləri oxumayanlara da spoiler olmazdı.((( Hardasa,bir anlamda az da olsa ,öyrənəcəklərim oldu.Lakin daha fərqli bir kitab olaraq təxmin edirdim.((( #qoyhəyatolduğukimigəlsin 4/10
Qoy Həyat Olduğu Kimi GəlsinMüthiş Psikoloji · Qanun Nəşriyyatı · 20233,288 okunma
İşıqlı dünyadan, dostdan, aşinadan ayrı düşən şair...
9/10
·174 syf.··
2025 3. kitabı
Dilbər Axundzadənin"Müşfiqli günlər "əsəri Müşfiqin həyatını, yaradıcılığını öyrənmək üçün əvəzsiz bir seçimdir. Ümumiyyətlə məşhur şəxsiyyətlərin həyat yolunu, xatirələrini öyrənmək mənim üçün həmişə maraq oyadıb. Bu əsərlə paralel sovet repressiyaları zamanı qadınların yaşadığı ağır həyatdan bəhs edən Ülviyyə Tahirin "Aljir" əsərini oxumağım dövrün ictimai-siyasi vəziyyəti ilə daha dərindən tanış etməklə yanaşı həm də bu əsəri mütaliə etmək istəyimi artırdı. Bu əsəri fərqli edən cəhət məncə, Dilbərin Müşviqin də şeirlərindən də istifadə edərək sadə, axıcı bədii üslubu oxuculara təqdim etməsidir.İndiyə kimi oxuduğum əsərlərdə Müşviqlə Dilbərin saf sevgi nümunəsinə rast gəlmişdim desəm doğru olmaz yəqin ki. Əsərin əvvəlindən axırına kimi Müşviqin ailəsinə, insanlara qarşı nəcib insaniyyəti onun şəxsiyyət kimi hansı pillədə olduğunu göstərir.Müşviqin dediyi kimi gör həyatda necə daş qəlbli, iyrənc adamlar olub ki belə sənətkarlara böhtan atıb, onun həyatına qıyıblar. Dövrün görkəmli yazıçılarının Müşfiq haqqında xatirələri isə əsərə ayrı gözəlllik qatan məqamlardandır. Dilbər də əsərdə ən az yarı qədər sevdiyi insana sədaqət nümunəsi göstərir. Dilbərin həbsxanada olarkən "Mənə deyirlər dəli olmusan.. Mən yarımın yolunda ölməliyəm. Müşviqim gəlsin, atam gəlsin... Gedin, qapını, döyün, deyin atam gəlib məni aparsın" deyə sayaqlaması nə qədər acı səhnə olsa da, eyni zamanda Dilbərin məhəbbətinin ifadəsi idi. Dilbər Axundzadənin 1988-ci ildə Mikayıl Müşviq haqqında verdiyi müsahibəsində simasında həsrəti, nisgili görmək ürək parçalayan səhnədir. Fikirlərimin sonunu əsərdə mənə xüsusilə təsir edən şeir parçası ilə bitirmək istəyirəm : Sevgilim, həyata məhəbbətlə bax! Bu sulu, torpaqlı dünya gözəldir. Yer gözəl, göy gözəl, təbiət gözəl, Asiman gözəldir, dərya
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019420 okunma