Yağış yağır, döyəcləyir pəncərənin şüşəsini O yağışın damlaları mənəm, gülüm. İstərdim ki, mən yağış yox, şüşə olum pəncərədə Gecə-gündüz qoy döyülüm damlalarla Təki hər gün səni görüm…. Sən açanda pəncərəni Həsrətində olduğum o əllərinlə tumarlanım. Çöldən əsən bir xəfif meh, saçlarını sığallasın, Sonra dönüb mənə gəlsin Mən ətirindən xumarlanım. Baxım sənə həsrət dolu baxışlarla Uzandıqca yatağında. Zəif lampa işığında. Səhərləri o dağınıq saçlarından bu yaralı ürəyimə Sevgi axsın sən bilmədən… Öpüm sənin saçlarından Sən görmədən… Nə deyim mən. Bəlkə bir gün boylananda pəncərəndən Bütöv şüşə üzərində Şüşə kimi çatlar vermiş ürəyimi görə bildin. Bəlkə onda anlayaraq mənim nələr çəkdiyimi çox demirəm, Öz evinin şüşəsitək bəlkə məni seva bildin. Yağış yağır, döyəcləyir pəncərənin şüşəsini O yağışın damlaları mənəm, gülüm. İcazə ver şüşə olum pəncərəndə Orda qalım, orda ölüm….
Şiir
Umid xilasdir,umid umidsizliyin uzerinde hakimiyyetimizdir,bizi yasadan gucdur.Əgər yaşadığımız hər çətinlikdə, qarşılaşdığımız çarəsiz vəziyyətlərdə hər şeyə məntiqin gözüylə baxsaydıq, onda hərə öz əzabıyla, Allah bilir, harada məhvə məhkum olardı. Rasional olmağı özünə qəti yaxın buraxmayan ümid bizə nikbin bilinməzlik vəd edir. Məntiq zahirən haqlı olsa da, ümid qeyri-müəyyən dəlillərlə bizi yaşamağa sövq edir. Başımıza nə gəlirsə gəlsin, necə yaşayırıqsa yaşayaq, gözəl gələ-cəyin bir gün gələcəyi ümidi bizi heç vaxt tərk etmir. Məhz heç yaşanmamış həmin qızıl anın gələcəyi ümidi içimizdə dözüm inşa edib bizi təslim olmaqdan qoru-yaraq mübarizəyə səsləyir.
Sayfa 19·Kitabı okuyor
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
“ Dünya necə qurulubsa, elədir, o, diqqətlə mənə baxaraq sözünə davam etdi. - O ən aşağı səviyyəli, ən kiçik motivlərlə hərəkətə gətirilir. Ən bayağı, ən gülünc, ən fani məqsədlərə xidmət edir. O, cənnət deyil, bir-birinə bağlı və mehriban qardaşlardan ibarət xoşbəxt bir ailə deyil. O özlərini insan zənn edən çərənçi, davakar meymun sürüsü ilə ifrat dərəcədə dolmuş bir koloniyadır. Keçmiş zamanlarda filosoflar belə bir düşüncəni təlqin etməyə çalışıblar ki, meymunkimilər məhv edilməli və əvəzində daha alicənab irq bərqərar olmalıdır. Lakin onlar əbəs yerə vaizlik ediblər. Heç vaxt kifayət qədər əsl insan olmayıb ki, sürətlə artmaqda olan vəhşi sürüsünə üstün gəlsin. Deyilənə görə, Tanrı özü də yanlışları düzəltmək və insanlığın təhrif olunmuş əsl surətini bərpa etmək üçün göydən yerə mələklər endirmişdi...”
Sayfa 198 - Səbat Nəşriyyatı·Kitabı okudu
İlk sitat gəlsin
Adamları başa düşmək üçün hər şeyə onların gözü ilə baxmaq lazımdır, yoxsa heç vaxt onları düz başa düşə bilməzsən.
Sayfa 51 - Qanun nəşriyyatı
Maarifçilik yolunda
"Mən istəyirəm ki, əsrlərdən bəri donub qalmış bu bataqlıq bir hərəkətə gəlsin. Gözlər günəş görsün, bu yeni yaranan aləmə alışsın. Oxunan mahnı bir vuruş çağırışıdır" – Almaz müəllimə
Sayfa 86 - www.qanun.az·Kitabı okudu
Mənalı, ağlabatan fikir hər zaman sənin özündə olmalıdır. Həyatını mənalı qurmalısan ki, hər zaman ağlabatan fikirlər beyninə gəlsin.
Sayfa 119
Edebiyat