Sual verirlər ki, "Kişilər niyə ailə qurmaq istəmir?" Düzdü hələ gəncəm, əsgərəm 37 gün sonra tərxis olacam. Bu günə kimi mülki həyatımda bir neçə münasibətim olub. Sonuncu dəfə alınacağına inanmışdım, məni gözləsə onunla ailə quracağıma söz vermişdim, amma o bunu bacarmadı, mənim də artıq qadınlara inamım qalmayıb. Bu dəqiqə sosial mediada qadınlar o qədər fərqli şeylər görüb, beyinləri düşüncələri yuyulub ki, artıq çox rahatlıq istəyirlər. Hərşeyə tez nail olsunlar, çox pula sahib olsunlar. Öz atalarının çox gec yaşlarında əldə etdiyi şeyləri gənc bir oğlandan istəyirlər, eyni zamanda qarşılığında verəcəkləri çox da böyük şeylər yoxdur. Nə sədaqət, nə güvən, məgər evlillik yataqdan ibarətdir? Mən özünü sosial mediada reklam edən, seksi pozlar verib özünü imkanlı "papa uşaqlarına" göstərən, bu sistemin bir parçası olan qadınla necə ailə qurum? Mən də mənə sadiq olan, anam kimi heçnəyi olmadığı zaman atamın yanında olub, onunla birlikdə dırnağı ilə qazıyaraq qazanan qadın olsaydı evlənərdim. Bundan sonra bakirəlik bərpa edən həkimlərin komentində dolub daşan "qızları" görəndən sonra heç evlənəcəyimə də inanmıram..
Görüləməmək…
Çox tez böyüyürəm, çox tez böyüyürük. Məgər bu heç kimi narahat etmir? Etsə də, əlimizdən nə gəlir ki… Başa düşürəm amma düşməkdə istəmirəm. Dünən kimi yadımdadır — anamla atam əlimdən tutub Bakıya, "karusellərə" aparmaları. Hər hansı restoranda dönər yeyəndə necə də xoşbəxt idim. Yəqin ki, indi yadımdan çıxmayıbsa, heç vaxt da çıxmaz… Bəs indi? Bu gün Almaniyadan gələn dayım qızım və anamla şəhərə çıxmışdıq. Dayım qızı uşaqlıqdan məni gəzdirərdi, ona görə onu ayrı sevirdim. İllərdir Almaniyada olduğuna görə bura yadından çıxmışdı, çox darıxmışdı. Gözəl bir restoranda yemək yedik, sonra şəhərdə kofe içdik, başqa maraqlı yerlərə apardım onları. Dəfələrlə şəkillərini çəkdim, yol boyu onlara baxırdım — üzlərinə rəng gəlmişdi sanki. Əvvəl rayonda qalırdıq, şəhərə gəlmək böyük bir şey idi. İndi şəhərdə evimiz var, amma onlar istədikləri kimi gəzə bilmirlər. Əvvəllər valideynlərim məni şəhərə çıxarır, şəkilimi çəkirdilər; indi isə tam tərsinədir. O an həm xoşbəxt idim, həm də bu məni kədərləndirdi. Məgər həyat bu qədər sürətli və önəmsiz axmalıdır? Gözümü açıb bağlayacağam — uşağımla eyni ssenari yaşanacaq bəlkə də. Hələ çox gəncəm, 24 yaş… Bəlkə də çoxdur, bəlkə də yox. İndidən bir çox yük var üstümdə, indidən çox fikirliyəm, çox çətin yaşayıram bu həyatı, bu ki beləmi olmalıdır ? Bir gün mən də torpağın altında olacağam, amma bəlkə də heç vaxt bu dünyanın mənasını anlamayacağam — xoşbəxt olum ya olmayım. Hamınıza gözəl həyat arzu edirəm millət. Arxa fondakı mahnı: Nocturnal Waltz, Johannes Bornlöf
Hayata Dair
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Səssiz-sədasız getdi xatirələr. Əvvəlcə göz qapaqlarıma,sonra kirpiklərimə,ən sonda ürəyimə çökdü kədər. Götürə biləcəyim nəyim qaldı, sadəcə getmək istəyirəm.Yanımda apara biləcəyim biridə qalmadı onsuz.Çətin olmaz bu qaçışlar. Xatirələr səssiz-sədasız getdi, sancılar qiyamət gurultusu ilə qalıblar hələ. Amma bir yandan da içimdə çox dəhşətli gülmək hissi var. Bir ağac altında oturub həm özümə,həm bütün insanlara həm də bütün qurda- quşa gülmək istəyirəm. Qarışıq duyğular yorur insanı.Bu qədər yorğun olmaq üçün hələ çox gəncəm axı..
Duygu ve Düşünce
Mən gəncəm, bilirəm, istiqbalım var, Hələ bədr olmamış bir hilalım var. 05.06.1908 - ∞
Mikayıl Müşfiq
Can Yücel Zənnimcə 21'i salamlamaq üçün hələ çox gəncəm... Bu gun dunyayi istediğin bir renge boya Rengârenk batan günü al karşına Bir renk de kendinden kat Çocuklar gibi saf, temiz ve berrak Kapat gözlerini bir hikâye yarat Vazgeçme hissedilir biraz da sıcaklıgını kat Kalbindeki elleri bırakma sıkıca tut Cunku varlıktır sevgiye en guzel kanıt Yalnizligin saltanatini sur, sur ama Birikmiş sevginden, herkese bir parca ver Bir tebrik, bir arama bin umuttur insana Mutlu yıllar, mutlu yıllar sana …
Ayanım
Səni çox sevdim Ayanım Gəl günəşim ol Ayanım Buraxma məni Ayanım Gəncəm mən, üzmə Ayanım İmza : Səni hər kəsdən çox sevən Turan İlyas
Şiir