9/10
·420 syf.··
2026 2. kitabı
İnsanı gözyaşlarına boğan o əsər... Düşünürəm ki,gənc qızlar bu əsəri oxumalıdı Fars ədəbiyyatı və qadın azadlığı ilə bağlı əsərlər hər zaman diqqətimi çəkib. Bu əsərin yeri isə tamam başqa oldu. Məsumə-heç vaxt özü ola bilmədi,bütün həyatını buna həsr etdi,amma bacarmadı,əvvəl atasının qızı,qardaşlarının bacısı,sonra Həmidin yoldaşı,uşaqlarının anası oldu. Amma heç vaxt əsl Məsumə ola bilmədi.Uşaqlıq yaşlarından oxumaq eşqi var idi içində,amma buna da icazə vermədilər. Yoldaşı buna icazə verdikdə isə dəstək olmadı. Həmidə bəzən çox əsəbləşdim. Xoşbəxt ailə qurmaq varkən həm öz həyatını,həm də ailəsinin həyatını bilərək oda atdı. Kitabdakı mənfi obrazlar- Əhməd,Mahmud,Əli isə məni bir başqa əsəbləşdirdi. Günümüzdə də bu cür insanlar çoxdu. Hərşeyi qınayıb gizlində isə qınadıqları şeyin 5 qat artığını edənlər...
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,412 okunma
Puan vermedi·224 syf.·
2026 7. kitabı
Əsər həyatından məmnun olmayan gənc bir qızın gələcəyini dəyişmək üçün sehrli bir aləmə getməsindən bəhs edir. Hekayədə qızın tez-tez fikir dəyişdiyini və gələcəkdə əslində nə istədiyini bilmədiyini görürük. Hekayə boyu o, fərqli insanlarla tanış olur bəzilərinin zəngin olmasına baxmayaraq, nə üçün özlərini bədbəxt hiss etdiklərini və həyatlarını dəyişmək istədiklərini anlamır. Hekayənin sonunda isə o, sadəcə bir şey istəyir “sevilmək”. Əsər bizə həyatda bir insan olaraq ən çox ehtiyacımız olan duyğunun sevilmək olduğunu göstərir. Zəngin olmağın, yaxşı bir işə və ya yaxşı bir təhsilə sahib olmağın həqiqi xoşbəxtlik gətirmədiyini hər bir insanın xoşbəxt olub həyata davam etməsi üçün onu sevən insanlara sahib olmasının vacib olduğunu xatırladır.
Yağmur Mevsimi PazarıYou Yeong-Gwang · Epsilon Yayınları · 2025220 okunma
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
9/10
··
1 saatte okudu
·
Okunma: 23 Haziran 2026 22:26
Svayqin eserlerində heçbir yaziçida olmayan xsusi bir ruh var ve hikmetli sozlerle doludur Bu Əsərdə insanın öz iradəsi ilə cəmiyyətin ondan gözlədikləri arasındakı qarşıdurma təsvir olunur. Kitab Birinci Dünya Müharibəsi dövründə yaşayan gənc rəssam Ferdinandın daxili mübarizəsindən bəhs edir. O, müharibəyə getmək istəmir, lakin vətən, vicdan, qorxu və şəxsi azadlıq arasında seçim etmək məcburiyyətində qalır.Kitabda müharibənin insan psixologiyasına təsiri ön plandadir.
MecburiyetStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202175,1bin okunma
6/10
·80 syf.··
2026 133. kitabı
Alvaro obrazı heç də sadəcə bir yazıçı deyil. O, ədəbiyyatın qaranlıq üzüdür. Bəs niyə mən ondan nifrət etmək əvəzinə, az qala ona acıdım? Çünki Cercas bu qəhrəmanı elə bir nöqtəyə qoyub ki, o, artıq reallıqla kitab səhifələri arasındakı o nazik pərdəni qırır. Alvaro qonşularını personaj kimi görməyə başlayanda mən düşündüm: "Bəs görəsən, mən də kiminsə romanında personajam?" Bu sual məni bir müddət universitet vaxtlarımda oxuduğum Borgesin labirintlərinə apardı. Amma etiraf edim ki, Cercas hələ bu meta-ədəbi oyunu tam cilalaya bilməyib. Bəzən hiss olunur ki, müəllif özü də Alvaronun dəliliyi ilə yazıçı sənəti arasında qalıb və bu qarışıqlığı o qədər də ustalıqla həll etmir. Kitabın ən güclü tərəfi, şübhəsiz ki, onun qısalığıdır. Bu saplantı uzansaydı, mən yəqin ki, boğulardım. Amma 60-80 səhifəlik bu novella məni sıxıcı bir fəlsəfi traktat kimi deyil, daha çox psixoloji triller kimi saxladı. Səhifələr çevrildikcə hiss edirsən ki, Alvaro əslində öz romanını yazmır, əksinə, həmin roman Alvaronu yazır. Bu, mənə obrazların müəllifə qarşı üsyanı kimi gəldi və bu fikir məni çox heyran etdi. Bəs zəif cəhətləri? Qonşu obrazları mənim üçün çox yastı qaldı. Onlar sadəcə Alvaronun güzgüsünə çevriliblər. Kölgə kimidirlər. Cercas onlara nəfəs verməyə, ya da heç olmasa bir az daxili aləm bağışlamağa tələsmir. Bu da kitabı bir qədər "laboratoriya təcrübəsi" səviyyəsində saxlayır. İkincisi, Alvaronun əxlaqi süqutu məni heyrətləndirsə də, bu süqutun psixoloji dərinliyi məni tam qane etmədi. O, niyə bu qədər asanlıqla manipulyator oldu? Cavabı "ədəbiyyat eşqi" ilə ötüşmək mənə bir az bəsit gəldi. Bu kitabı oxumaq mənə bir gənc rəssamın ilk kətanına baxmaq kim idi – fırça vuruşları qeyri-bərabərdir, rənglər hələ tam qarışmayıb, amma orada artıq böyük bir rəssamın gələcək qoxusu var.
SaplantıJavier Cercas · Everest Yayınları · 2016701 okunma
Samuray
9/10
·135 syf.··
Beğendi
·
2026 31. kitabı
·
5 günde okudu
·
Okunma: 21 Haziran 2026 22:40
Sinyor Bayramlı Məhəmməd - Samuray. Gənc yazarımızın qələmindən oxuduğum artıq üçüncü kitabdır. Növbəti kitabını da birlikdə oxuyub dəyərləndirmək qərarına gəldik. "Kitab öz zamanını bilir" deyə bir cümlə oxumuşdum. Həqiqətən də, bu kitab bunu mənə bir daha sübut etdi... Kitabın ilk səhifələrindən başlayan macəra böyük bir həyəcanla keçmişi, bu günü və yaşanan hər şeyi öz içində birləşdirir. "Samuray" üz qabığı ilə tam uyğunlaşan, çox bəyəndiyim kitablardan biri oldu. Baş qəhrəmanlarımızdan biri olan Katsumi Tokioda yaşamaq üçün münasib bir ev tapır. Hətta bu evin daha yüksək qiymətə satılmalı olduğu halda belə münasib qiymətə satılması onu düşündürür. Lakin evdə dəyişməyən bir şey var idi – Samuray postu Bu evdə yaşadığı müddətdə Atsuşi adlı bir inspektor ona müraciət edir və vaxtilə bu evdə baş vermiş cinayətləri araşdırmağa başlayır. Atsuşi və Katsuminin Samuray posteri ətrafında yaşadığı macəra onları gözlənilməz hadisələrə və fərqli sirlərə aparır. Əgər siz də sirr, həyəcan və macəra axtarırsınızsa, bu kitab əla seçim olacaq.
Edebiyat & Roman
SamuraySignor Bayramlı Məhəmməd · Mücrü nəşriyyat · 202310 okunma
Öz'ünü aşmaq üçün
10/10
·372 syf.·
2026 10. kitabı
Kitab Ağalar Məmmədovun çoxsaylı məqalələrinin ümumi toplusundan ibarətdir və açığı, nə bu kitabdan, nə də Ağalar Məmmədovdan xəbərim var idi. Açığı, kitabın kontentindən çox daşıdığı mənəvi dəyəri nəzərə alaraq, 10/10 verməyim qaçınılmaz idi, çünki maraq dairəmə uyğun olaraq hədiyyə olunmuşdu, yəni ki, mənə uyğun və uğurlu hədiyyə idi deyə 10/10 düşür. Əsasən fəlsəfi mövzular əhatəsində qələmə alınıb, ən çox diqqətimi çəkənlər din/islam, ekzistensializm və siyasət mövzuları oldu. İllər əvvəl qələmə alınmış məqalələrin günümüz problemləri ilə səsləşdiyi məqamların çox olması məyus edici idi. Cəmiyyətimizin (müşahidələrimə əsasən) əvvəlki dövrlərə nisbətən daha tolerant olduğunu düşünürəm və bu bir qədər yeni generasiyanın yeni ailə modeli yaratması ilə bağlıdır. "Köhnə düşüncəli azərbaycan kişisi/qadını" yeni generasiyalarla əvəzlənir, zəncirlər qırılır, insanların fərqindəliyi artır. Kitab və filosof barəsində araşdırarkən qarşıma o qədər bir-birinə zidd örnəklər çıxdı ki. Filosofa qarşı münasibət də bir-biri ilə ziddiyyət təşkil edir, ya fikirləri bəyənilir və sevilir, ya da lənətlənir. Düşünürəm ki, bu sırf səsləndirdiyi fikirlərin özü ilə bağlıdır, çünki onlara qarşı neytral qalmaq mümkün deyil və hər insanın həyatının bir dönəmində düşündüyü və ya düşünməli olduğu fikirlərdir. Məsələn, ölüm məqaləsi – məni dərindən sarsan bir məqalə oldu. Ağalar Qut qeyd edir: "Ölüm individualdır, hər kəs özü təcrübə etməlidir." Bildiyin bir faktı kimsə yenidən xatırladanda gözünün önündəki bir şeyi görə bilirsən, gözün açılır. Ölüm üzərinə düşünməkdən qaçırıq, bəzən ölümü xatırladan dindən də qaçırıq, dinə yalnız çarəsizlik anlarında və ya yenə başqa birinin ölümü vasitəsilə üz tutub yada salırıq. Kim öləcəyini xatırladan bir vasitəni həyatının mərkəzinə qoymaq istəyər ki?
AşmaAğalar Məmmədov · Qanun Nəşriyyatı · 201228 okunma