Fikirləşirsiniz ki, yaşlıyam deyə daha sevə bilmərəm? Zindana salınmış bu bərbad vücudun içində hiss edəcək, arzu edəcək və xəyal quracaq qədər gəncəm.
Sayfa 179·Kitabı okudu
Mən azadam: artıq həyatımda heç bir məna yoxdur - sadecə yaşamağı sınadım, alınmadı, başqa heçnə gəlmədi ağlıma. Hələ gəncəm, kifayət qədər güclüyəm, yenidən başlaya bilərəm. Amma nəyi başlamalıyam?
Sayfa 227·Kitabı okudu
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Mən iyirmi yaşlı gəncəm. Amma həyatda tərəddüd, ölüm, qorxu və hədsiz kədərlə mənasız, kor-koranə sürünmələrin qarışığından başqa bir șey görməmişəm. Görürəm ki, millətləri bir-birinin üstünə qaldırırlar. İnsanlar kor kimi iradəsinə tabe olaraq bir-birlərini öldürürlər. Onlar nə etdiklərini hansı günaha sahib olduglarını da bilmirlər. Görürəm ki, dünyada ən ağıllı başlar bu dəhşətləri uzatmaq üçün silahlar icad edir, sonra isə öz hərəkətlərinə daha incə şəkildə bəraət qazandırmaq üçün söz də tapırlar. Mənimlə birlikdə bizdə, bizimlə vuruşan ölkələrdə, bütün dünyada olan yaşıdlarımın hamısı - bütöv bir nəsil bunları görür, bu dəhşətləri yaşayır. Bəs bir gün qəbirdən qalxaraq atalarımızın qarşısında durub, cavab tələb etsək, onlar nə edərdilər?! Əgər müharibənin olmadığı bir zamana kimi yaşasaq, onlar bizdən nə gözləyərdilər?! İllərdən bəri biz öldürməklə məşğul olmuşuq. Bu, birinci həyatımızda ilk peşəmiz olub. Həyat haqqında anlayışımız ancaq ölümdən ibarətdir. Sonra nə olacaq?! Bəs bizimlə nə baş verəcək?!
Mən gəncəm, bilirəm, istiqbalım var, Hələ bədr olmamış bir hilalım var,
Sayfa 90·Kitabı okudu
Xəstə deyiləm! Yox! Mən gəncəm, sağlamam, güclüyəm. Damarlarımda qan öz qaydasında axır; bütün əzələlərim bütün şıltaqlıqlarıma adekvatdır, mən ruhən də, cismən de möhkəməm, hələ bundan sonra da uzun bir ömür sürə bilərəm; bütün bunlar öz yerində, ancaq mən xəstəyəm, ölümcül xəstəyəm və məni bu xəstəliyə salan - insanlardır.
Sayfa 80·Kitabı okudu
Alıntı
Mən gəncəm,bilirəm,istiqbalım var, Hələ bədr olmamış bir hilalım var, Yelkənim açılır,qara yel,əsmə! Mənim bu dəryada bir sandalım var.