Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

383 syf.
9/10 puan verdi
·
15 günde okudu
Manipulyasiya Kölgəsində Üsyan
1984
1984
kitabı
George Orwell
George Orwell
tərəfindən 1949-cu ildə yazılmış distopiya və ya antiutopiya əsəridir. Kitab "Qara Dördlük"dən oxuduğum 3-cü əsər oldu. Əslində bu anlayış haqqında əvvəllər heç eşitməmişdim, sonra isə təsadüfən tanış oldum. "Qara Dördlük" müəyyən ədəbi çevrələrdə distopiya janrında olan 4 əsas klassika kitabına verilmiş addır. Bura,
Biz
Biz
,
Cesur Yeni Dünya
Cesur Yeni Dünya
,
Fahrenheit 451
Fahrenheit 451
1984
1984
əsərləri daxildir. 1984 kitabı da bu dördlüyə daxil olan digər kitablar kimi qadağan olunur, hətta məhkəməyə verilirdi. 1949-cu ildə Amerika və İngiltərədə, 1950-ci ildə isə Sovet İttifaqında qadağan edilmişdi. Stalinin kitabı qadağan etmə səbəbi isə tragikomik, eyni zamanda isə ironikdir. Stalin romanda satirikləşdirilən mövzunun öz idarəetmə sistemi olduğu səbəbi ilə kitabı qadağan etmişdir. "Totalitar rejimlərin özlərinə qarşı edilən tənqidə cavabları da bundan artıq ola bilməzdi", deyib keçirəm kitabın məzmununa: Əsərin baş verdiyi gerçəklikdə dünya 3 hissəyə bölünmüş vəziyyətdə idi: Avrasiya, Okeaniya və İstasiya. Baş qəhrəmanımız Winston Smith, Böyük Qardaş tərəfindən despotik rejim ilə idarə edilən Okeaniya bölgəsində yaşayırdı. Dövlət hərtərəfli şəkildə nəzarət altında saxlanılır və demək olar ki, hər künc-bucağa yerləşdirilən teleekranlar vasitəsilə vətəndaşların hər biri izlənilir. Təbii ki, prolları çıxmaq şərtilə. Prol sözs proletariat sinfini ifadə edir və onlar cəmiyyətin ən aşağı təbəqəsini təşkil edən işçi qüvvələr, bir növ kölələrdir. Amma bu təbəqədən olanlar partiyanın manipulyasiyasına daha az məruz qalırlar, buna görə də daha az şüurlu olurlar, öz hallarında yaşayırlar. Bundan başqa, nəzarətdə saxlanılan sadəcə xalqın özü deyil, həm də onların fikirləridir. Bunun üçün totalitar rejimin nəzarət və təbliğat mexanizmlərindən biri olan ikifikirlilik'dən istifadə olunur. İkifikirlilik iki əks ideyanı eyni vaxtda qəbul etmək və ya ona inanmaq bacarığını əks etdirir. Yəni insan eyni vaxtda həm həqiqəti, həm də həqiqət olmayan şeyi qəbullanır. Lazım gələndə isə partiya öz istədiyi fikirləri asanlıqla qəbul etdirə bilir. Nəticədə isə manipulyasiya ilə nəzarətdə saxlanılan bu insanlar heç bir şeydən şübhə duymadan asanlıqla Partiyaya boyun əyirlər. Winston isə nadir hallarda görülən özünəməxsus düşüncə tərzi ilə sistemi inkar etməyə başlayır və gerçəkləri üzə çıxarmaq qərarına gəlir. George Orwell'in oğlu Richard Blair'in BBC'də danışdığı zaman dediyi bir ifadə özündə gerçəklikliyi ehtiva etdiyi üçün çox xoşuma gəlir. O, bildirib ki, "Orwell yaşasaydı, indiki siyasətin vəziyyəti ilə bağlı "deja vu" hissi keçirərdi". Richard əlavə olaraq belə qeyd edib: "1984 dünyasından və Heyvanıstan'dan bu yana dünya dəyişibmi? Min ildir eynidir. Deyəsən, 100 il sonra da eyni olacaq. Cəmiyyət onun (atamın) gördüyü istiqamətdə inkişaf etdi. Dünya Orwellvari bir hal almağa başlayır." Həqiqətən də, hər şey onun qeyd etdiyi kimidir. Müasir dünyanın özündə biz hələ də 1984 ünsürləri ilə üz-üzə yaşayırıq. Nəzarət altında saxlamaqdan tut, ambivalentliyə qədər hər şey hələ də öz yerini qoruyub saxlayır. Kitabda olan dünyadakı kimi bizim dünyada da yalanlar öz başını alıb gedir. Saxta xəbərlər, yalan yanlış məlumatlar hələ də ictimai qavrayışa təsir edib insanları manipulyasiya etmək, onları gerçəkliklərdən uzaqlaşdırmaq, müəyyən qəliblərə sığışdırmaq məqsədilə istifadə edilir. Fikir azadlığı deyilən şey hələ də tam şəkildə mövcud deyil, Şimali Koreya kimi ölkələr özü elə buna misaldır. Bundan əlavə, hamımız bildiyi kimi, sosyal medyaların, texnoloji vasitələrin də bunda rolu böyükdür. Qısacası, bu kitab insanlığa, cəmiyyətə bir şillə xarakteri daşıyır. Bizi gerçəkliyin qollarına və yaxud da daha realist olsam, gerçəkliyin uçurumuna itələyir. Düşünürəm ki, hər kəs tərəfindən oxunmalı olan bir kitabdır. Sadəcə olaraq, özündə pornoqrafik ünsürlər yerləşdirməsəydi mənim üçün daha mükəmməl olardı. Oxuyun, oxutdurun. Xoş mütaliələr :)
1984
1984George Orwell · Qanun Nəşriyyatı · 2019165,4bin okunma
·
38 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.