Sənin ağlın elə o sarsaq hekayəndəki dovşan balasının ağlı qədər imiş. Xəyal idi sənin o yazdığın cızma-qara, ay yazıq! Əsl reallıqda o dovşan balasının başına gələnlərdən xəbərin varmı? Vəhşi heyvanlar onu çoxdan parçalayıb yeyiblər, ay bədbəxt!..
Sayfa 242·Kitabı okudu
Amma bir söz deyim, bunu heç də irad kimi qəbul etmə. Heyvanlar meşədə, insanlar isə cəmiyyətdə heç zaman o dovşan balası kimi azad olmurlar. Arzu edirəm ki, nə vaxtsa bu hekayənin ikinci hissəsini yazmalı olmaya- san. Yəni həyatda başına elə iş gəlməsin ki, ikinci hissəni yazıb orada dovşan balasını canavara rast gətirəsən.
Sayfa 81·Kitabı okudu
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Bunu həmişəlik yadında saxla: bəzi pis əməllər var ki, heyvanlar onu qətiyyən etmirlər. Lakin insanların edə bilməyəcəyi heç bir pis əməl yoxdur. İnsan sözün həm müsbət, həm də mənfi mənasında hər şeyə qadirdir.
Heyvanlar təəccüb dolu baxışlarını donuzlardan insanlara, sonra isə təkrar insanlardan donuzlara çevirirdilər.. Lakin artıq onları biri-birindən fərqləndirmək, kimin kim olduğunu ayırd etmək mümkün deyildi.
Sayfa 191·Kitabı okudu
Bütün heyvanlar bərabərdirlər, lakin bəzi heyvanlar başqalarından daha çox bərabərdirlər.
Sayfa 182·Kitabı okudu
..bütün heyvanlar qurban edilən vəhşilərdir – guya bizim bütün həyatımız qurban getmirmi? Nə zaman öz həyatımızı doğru-düzgün yaşayırıq ki? Bu bir tapmacanın cavabı deyilmi? Bütün həyatımız daxili savaş, qurban olmamaq uğrunda mübarizə şəraitində keçmirmi? Çalışırıq, vuruşuruq, qurban olmaq istəmirik-axırda onun haqqı da ölüm olur.
Sayfa 68·Kitabı okudu