Puan vermedi·173 syf.··
2026 17. kitabı
Bəhram Əhməd - “Paramneziya” Bu gün sizə Bəhram Əhmədin "Paramneziya" kitabı barədə danışacam. Bu, yazıçıdan oxuduğum ikinci kitabdır. İlk oxuduğum "Vorkuta əkizləri" pis deyildi, bəyənmişdim. Amma mənə görə, yazıçının bu kitabı birincidən qat-qat yüksək səviyyədədir. Sözsüz ki, zövqlər müxtəlifdir, amma mənim fikrim budur. Bu kitabı mənə hədiyyə edən dostuma təşəkkür edirəm bir daha. Bildiyim qədərilə hal-hazırda satışda yoxdur və tapılması bir az çətindir. Amma təhlilə başlamazdan öncə dərhal bir məqamı vurğulamaq istəyirəm: bu kitabı harda görsəniz, mütləq şəkildə alın və oxuyun. Bu il oxuduğum və sonunda rəsmən "vau" dediyim, heyran qaldığım ən yaxşı kitablardan biridir. Bunu öncədən deyim, biləsiniz. Kitabın mövzusuna gəlincə, qarşımızda kiçik həcmli, bir oturuşa, bir nəfəsə oxuyub bitirə biləcəyiniz hekaye var. Elə buna görə də mövzu haqqında çox ətraflı danışıb, spoiler vermək istəmirəm. Hadisələrin mərkəzində Nərmin adlı bir psixoloq, həyat yoldaşı və övladı dayanır. Kənardan hər şey olduqca normal görünür və standart, sakit bir ailə həyatı sürürlər. Lakin günlərin bir günü onun qəbuluna Sevda adında bir qadın gəlir. Məhz bu görüşdən sonra Nərminin bütün dünyası alt-üst olur. O, öz keçmişinin və yaşadıqlarının görünməyən tərəflərini, gizli qalan əsl həqiqətlərini öyrənməyə başlayır. Sevda xanımın nə danışdığını və bu görüşün Nərminin həyatını necə dəyişdiyini bilmək üçün isə bu kitabı mütləq oxumaq lazımdır. Ümumiyyətlə, mən bu tərz psixoloji triller kitablarını çox sevirəm. Müəllifin məni ustalıqla aldatmasına, kitab boyu ilk səhifədən son səhifəyə qədər böyük bir yalana inandırmasına heyranam. Çünki kitabin sonunda o yalanın əsl üzünü, gizlənən həqiqəti sənə elə çarpıcı ve heyratamiz şəkildə göstərir ki, donub qalırsan. Bir sözlə kitab "tərs köşə" - mən
ParamneziyaBəhram Əhməd · 048 okunma
Yarım kalmışlık hissettirdi
7/10
·304 syf.··
2026 4. kitabı
Gerçekden potansiyeli olan bir kitap çok güzel düşünülmüş ama daha detaylı olamasını bekliyordum aynı zamanda kitabla daha unutulmaz bağ kurmabilmek için. Devam serisi olarak Bir kitap daha basıla bilirdi yada bu kitabı 600 sayfalık felan düşüne bilirlerdi. Kısa olması çerezlik gibi hiss etdirdi. Yinede hoşuma gitdi akıcıydı. Yazarı tebrik ediyorum, ilk kitabı olduğunu düşünürsek iyi iş çıkarmış!
İnceleme
KullanıcıMelisa Şentürk · Ephesus Yayınları · 202665 okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Keçmişin səsi yoxsa Şəxsiyyət bölünməsi?
9/10
·936 syf.··
Beğendi
·
2026 6. kitabı
·
22 günde okudu
·
Okunma: 23 Haziran 2026 00:00
Bu kitab mənə ən çox nəzarətin tədricən itməsi hissini verdi. Lews Therin ilə daxili dialoqlar getdikcə daha real hiss olunur. Bu artıq sadəcə “səs” kimi yox, Randın içində ikinci bir varlıq varmış kimi təsir bağışlayır. Bunun dəlilik, yoxsa keçmiş həyatın yaddaşı olması açıq qalır. Taim`in bölümlərini çox sevdim. Ümumiyyətlə Taim`in favorit personajım olacağını düşünürəm. Asha’manların ortaya çıxması ilə güc balansı dəyişməyə başlayır. Taim və Logain xətti xüsusilə maraqlı idi, gələcəkdə böyük rol oynayacaqları hiss olunur. Egwenenin Amyrlin olması ilə White Tower daxilindəki parçalanma daha da aydınlaşır. Hər tərəf artıq açıq şəkildə fərqli istiqamətə gedir. Randın Aes Sedai tərəfindən ələ keçirilməsi artıq adi “əsir düşmə” yox, onun nə qədər tək və qırılğan vəziyyətdə olduğunu göstərən bir nöqtə idi. Fikrimcə Therin`in daim təhdid, qorxu, özünüqoruma instinkti ilə etdiyi çıxışlar Randı daha da yalnızlaşdırmışdı. Ümumilikdə kitab sakit başlamır, amma sonda hər şeyi dəyişdirən bir nöqtəyə gətirir. Dünya daha qarışıq, daha sərt hala gəlir. Kaos Lordu Robert Jordan
1000Kitap
Kaos LorduRobert Jordan · İthaki Yayınları · 2021772 okunma
Puan vermedi·80 syf.··
2026 2. kitabı
Poprişin cəmiyyət içində özünü dəyərsiz hiss etdiyi üçün dərdini insanlarla bölüşə bilmirdi və bu da onu cəmiyyətdən uzaqlaşdırdı. O, öz xəyal dünyası ilə baş-başa qaldı. Əsərin baş qəhrəmanı nə cəmiyyətdə, nə də öz beynində sığına biləcəyi bir yer tapa bilirdi.
Dəlinin GündəliyiNikolay Gogol · Qanun Nəşriyyatı · 018,1bin okunma
Çəhrayı eynəyin digər üzü: narahat edici amma gerçək.
Puan vermedi·360 syf.·
2026 5. kitabı
Din, seks, cinayət, narkotik, şiddət... Bu kitabda hər şey var. "Hər şey” olsa da, mənim üçün ən çox hiss olunan şey “azlıq” idi. İnsanlıqdan az, mərhəmətdən az, ədalətdən az, dinin öz mahiyyətindən az… Sanki hər şeyin içi boşalmış, yalnız sərt forması qalmışdı. Hakan Günday bu “azlığı” sadəcə ad olaraq yox, hiss olaraq da oxucuya ötürür. İnsan münasibətlərində istilik azdır, seçim azdır, azadlıq azdır. Hətta elə bir nöqtəyə gəlir ki, insanın özü belə azalır  içində daşıdığı duyğular, inamlar və ümidlər yavaş-yavaş sönür. Bəlkə də romanın ən ağır tərəfi budur: hər şey mövcuddur, amma heç nə yetərli deyil. Hər şey var, amma heç nə tam deyil. Hakan Günday bu romanında bizi zorla cəmiyyətin görmək istəmədiyi yerlərə aparır. Təriqətlər, məcburi evliliklər, qadına qarşı zorakılıq, narkotik və cinayət romanın görünən tərəfidir. Əslində isə müəllif daha dərin bir sual verir: İnsan həyatı başqalarının qərarları ilə nə qədər məhv edilə bilər? Roman iki uşağın taleyini göstərir. Uşaqlıqdan yetkinliyə qədər şiddətin, ağrının və təkliyin içində böyüyən iki insanın hekayəsi… və bu hekayə onların cəmi on bir yaşında ikən başlayır. Dərdâ - uşaqlığı əlindən alınmış, həyatı başqalarının qərarları ilə yazılmış bir qız. Dərda - sevgi və qayğının yoxluğunda, həyatın sərtliyində formalaşan bir oğlan. Mən sadəcə Dərdânın hekayəsi yazacağam. Onun hələ uşaq yaşında evləndirilməsi, həyatının başqaları tərəfindən müəyyənləşdirilməsi və illərlə azadlıqdan məhrum qalması sadəcə bir obrazın taleyi deyil. Bu, minlərlə insanın yaşadığı, lakin çox vaxt görünməyən bir faciənin təsviridir. Roman boyunca din adı altında edilən saxtakarlıqlar və zorakılıqlar da hər zamankı kimi göz önündədir. Hakan Günday inancın özünü deyil, inancın arxasına gizlənərək insanlara hökm edən sistemi tənqid edir. Bu
Duygu ve Düşünce
AzHakan Günday · Doğan Kitap · 201926,9bin okunma
Puan vermedi·448 syf.··
2026 5. kitabı
·
20 saatte okudu
·
Okunma: 19 Haziran 2026 18:00
Xalid Hüseyni'nin digər 2 əsərini oxumuş biri olaraq bu əsər üçün özümü mental olaraq hazırlamaq 3 ilimi aldı. 3 il kitabxanamda gözlətməyin ardından indi anlayıram ki,heç vaxt bu kitaba hazır oluna bilməzdi.. Ayrı-ayrı obrazların yaşadıqları üçün özümü çox məyus və ağır hiss edirəm.. Amma mənim üçün "Min möhtəşəm günəşin" yeri yenə də ayrı qalacaq. O əsər, mənim üçün aralarındakı ən parlayan əsərdi. Mənə də ən çox toxunan əsər o olmuşdu. Ümidvaram yazıçının yeni əsərləri də ərsəyə gələr və böyük məmnuniyyətlə yollarımız kəsişər..
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011192,4bin okunma