‘’ … Lakin çirkab arasında yaşayan müqəddəslər isə əsl möcüzədir! Elə bu möcüzə xatirinə yaşamağa dəyər! İyrənc haqsızlıq mühitindən doğan yüksək əxlaqi idealı görmək, böyümək və hələ də çirklə örtülmüş gözlərinlə gözəlliyinin ilk əlamətlərini: zəiflikdən, əxlaqsızlıqdan, miskinlikdən və heyvani kobudluqdan həm qüdrət, həm də mənəvi nəcibliyin doğduğunu görmək lazımdır.’’
“İnsan tək düşüncəsi ilə deyil, həm də hiss-həyəcanı ilə insandır. İnsan orqa- nizminin iki qütbü olmasını yetər ki hamı qəbul etsin. Beyin və ürəkdir bu qütblər. Tək beynin komandası ilə - ağılla insan yaşaya bilməz, belə olsaydı nə var idi ki. Heç kim səhv etməzdi, hər şey monoton axarında davam edərdi. İnsan çox zaman qəlbinin diktəsi ilə hərəkət edir, bax onda düşüncə, əql bir kənarda qalır, ürəyin verdiyi qərarlar isə bəzən yanlış ola bilir.”
Sayfa 3·Kitabı okudu
Reklam
..həyatda uğrunda qurban gediləsi heç bir şey yoxdur. Hər şey yaşamağa, daha doğrusu, bizim yaşamağımıza kömək etməlidir. Sən isə o boş başındakı ölüm adlı yoxluğa o qədər aludə olmusan ki, uğrunda qurban gediləsi bir şey axtarır və özün də əməlli-başlı bir boşluğa yuvarlanırsan, halbuki yaşamaq, hamıdan yaxşı, hamıdan daha yaxşı yaşamaq, insanlara hakim olmaq, həm güclü, həm də, görünür, bir az da qəddar olmaq, yaşamaq lazımdır... Dünyada bundan savayı nə arzulamaq olar? Həyatını bu məqsədə həsr etsən, o vaxt görəcəksən ki, birdən-birə daxilən zənginləşdin, yüksəklərə qalxdın.
Sayfa 31·Kitabı okuyor
“Dağlıq Qarabağın “qara bağı” bu günə qədər bir çox rejimi, dövlət başçısını və vasitəçini yuttu.Bununla yanaşı, Cənubi Qafqazın əvvəlki nəslinin tarixini də formalaşdırdı. 1988-ci ildə alovlanan münaqişə həm ermənilərin, həm də azərbaycanlıların Moskvanın müstəmləkəsi olmaqdan qurtulmaq hərəkatlarını sürətləndirdi. Hər iki sovet respublikasında kommunizm əleyhinə müxalifət yaratdı; sonradan bu müxalif qruplar müstəqilliklə birlikdə hakimiyyətə gəldilər.”
Məsələn, kişi yanındakının ona güvənməsindən, özünü möhtac hiss edərək ona sığınmasından zövq alır, qadın isə istəyir ki, kiməsə güvənsin, sığınsın. Bir-birinə tam əks düşüncələr deyilmi? Hə, həm əksdir, həm də birləşdirici, tamamlayıcı. Eynən mənfi ilə müsbət zərrəciklər kimi. Belə olmasaydı, bir kişi ilə bir qadın uzunmüddətli yaxınlıq qura bilməzdi.
Sayfa 95·Kitabı okuyor
"həyatımdakı heç kəs məni özüm qədər təəccübləndirə bilmədi; heç kəs mənə özüm qədər yaxşı yalan danışmadı və heç kəs özüm qədər yaxşı anlamadı hansı sözüm yalandır, hansı yox. heç kəsi tanımadım bu qədər ikiüzlü olan. saxta. riyakar. ürəyim bu qədər sevgisizliyə necə tab gətirdi, bilmirəm. ya da vicdanım necə götürdü bu qədər saxtalığı ? necə bu qədər təbii göstərə bildim hissetmədiyim qayğıları ? necə gülə bildim səmimi ? anlamıram. beynimin bunu anlaya bilməsi deyəsən mümkün deyil. baxışlar hər şeyi açığa çıxardı axı ? o qayda da artıq keçərli deyil ? deyəsən deyil. çünki heç vaxt baxmaqdan çəkinməmişəm. qarşımdakının gözlərinin tam içinə. ta ki orada öz əksini görənə qədər. özümlə üzləşmək bu deyilmi ? deyəsən dünya qanunlarını çeynəyirəm. tərbiyyəli, saf, səmimi olmayanı sevmək olmaz. O halda mən özümü necə sevə bildim ? Həm də bu qədər çox...
Reklam
Reklam