"...təsadüf etdiyi ağaclara, küləşli damlara, şumlanmış düzlərə, yolun dönüşlərində dəyişən təbiət mənzərələrinə baxırdı. Belə tamaşalar bəzən insanın qəlbini büsbütün məşğul edərək onu, demək olar ki, düşünmək zərurətindən azad edir. Minlərlə şeyi birinci və son dəfə görməkdən kədərli və eyni zamanda dərin mənalı bir hal ola bilərmi? Səyahət etmək – hər saniyədə doğulmaq və ölmək deməkdir."
Bir kəndli kiçik küpəyə bal töküb hər gün satmağa çıxarmış. Bütün günü uca səslə "Bal!Bal!", -deyə qışqırsa da,bir qaşıq belə satmadan axşam evə qayıdarmış. Arvadı narahat olmağa başlayır: "Axı o niyə balını sata bilmir?"
Bir gün ərinin arxasınca düşüb onu güdür. Görür ki, kişi üz-gözündən zəhrimar yağa-yağa "Bal! Bal!",- deyə qışqırır.
Kişi həmin gün yenə də balını satmadan evə dönəndə arvadı deyir:
-Mən bilirəm,sən niyə balını sata bilmirsən; sənin dilin bal satır,üzün isə sirkə...
“Bütün insan hikməti bu iki sözdə cəmlənir: gözləmək və ümid etmək.”
Bəzən həyatın ən çətin anlarında insanın əlində qalan yeganə şey ümiddir. Zaman isə hər şeyi öz yerinə qoyan səssiz hakimdir. Ona görə də nə qədər çətin olsa da, gözləməkdən və ümid etməkdən vaz keçməmək lazımdır.