Nüsrət Kəsəmənli - Mənim bu şəhərdə kimim var axı...
Mənim bu şəhərdə kimim var axı, Hər qapı döyməyə əlim gəlməyir. Üzümü taleyə tutub gedirəm, Tale də həmişə üzə gülməyir... Ayağım altında tanış səkilər, Önümdə açılan mənzərə bozdur. Çoxdan köhnəlibdir əynimdəkilər, Nə qədər çırpsam da yenə də tozdur. Gözdən oxuyuram bic tərifləri, Məqsədli sağlıqdır hirsimi boğur, Kiminsə başlayır həsəd ağrısı, Mənimçün telefon hədəsi doğur... Mənim bu şəhərdə kimim var axı, Taleyin verdiyi paya – paxıllıq, Boyu ki mən özüm qazanmamışam, Allahın verdiyi boya – paxıllıq. Mənim bu şəhərdə kimim var axı, Köhnə məhəbbətin qız tanışları... Hər səhər gördüyüm oyaq bir yuxu, Salam tanışları, üz tanışları... Bir də ilhamımın tanış nəfəsi, Onun da küsülü anları çoxdur, Həftənin beşgünlük qazanc qəfəsi, - Bəs edər... Nəfsimin gözləri toxdur...
Şiir
Hələ balaca uşaq idim, başa düşmüşdüm ki, dünyada ən pis şeylərdən biri kiməsə/kimlərəsə həsəd aparmaqdır. Böyüdükcə belə insanları o qədər gördüm ki, ətrafımda. Ümumiyyətlə, çox zəhləm gedir başqalarının xoşbəxtliyinə həsəd aparan, başqalarını qısqanan insanlardan. Əgər xoşbəxt deyilsənsə, həyatında pis hadisələr baş verirsə, səbrli olmalısan, fikirləşməlisən ki, bu günlər də gəlib keçəcək, heç bir əzab onsuz da sonsuza qədər olmur. Ətrafa baxıb digərlərinin necə yaxşı, xoşbəxtlik içərisində olduğunu görəndə isə üzülməməlisən, şikayət, üsyan etməməlisən Tanrıya və ya taleyinə. Özün üçün yaxşısı olana qədər çalışmalısan, əlindən gələni etməlisən, başqa da heç nə. Hələ insanlar var, başqalarının xoşbəxtliyinə kölgə salmağa çalışırlar, paxıldırlar, onların həyatının da pisləşməsi üçün nələr edirlər hətta. Bu tip insanlar sadəcə qaraqəlbli, qəlbləri çoxdan kirlənmiş, çirkin insanlardır. Ətrafınızda belə adamlar varsa, uzaq durun, uzaqlaşdırın onları. Mən belə edirəm.
Alıntı
Etimoloji Defteri
Mücellit Nedir ?
Cabir Novruz - Zirvələrdəyəm
Zirvələrdəyəm... Dərələrdən duman sürünür... Səmalardan qatar-qatar buludlar köçür. Aşağıdan yuxarılar böyük görünür, Yuxarıdan aşağılar balaca, kiçik... Uca dağlar, uçurumlar ruhuma həmdəm, Sıldırımlı qayalardır çəkən fikrimi. Sanıram ki, bir basılmaz gücəm, qüvvətəm, Bərqəraram yerin, göyün hakimi kimi. Məni burdan yıxan olmaz, tərpədən olmaz, Sanıram ki, mənimkidir bu zirvə çoxdan. Lap Allahın özü gəlsə, mənə tən olmaz, Unuduram amma necə buraya çıxdım... Gah süründüm, gah yıxıldım - gördü çoxları, Gah yalvardım taleyimə, gah dinməz oldun Nə zaman ki, diş-dırnaqla qalxdım yuxarı Birdən-birə mən dəyişdim, ayrı kəs oldum. Dağlar ilə dayanmışam indi yanaşı, Qartallar da həsəd ilə mənə baxırlar. Aşağılar gözlərimdə balacalaşıb, Cılızlaşıb nəzərimdə yollar, cığırlar... Qəribədir bu dünyanın yönü, görümü, Nəsillərin arxasınca nəsillər köçüb, Aşağıdan yuxarılar böyük görünüb, Yuxarıdan aşağılar balaca, kiçik...
Şiir
13-ün mənasız fikirləri)
Heç özünüzü kənardan seyr etmək kimi bir imkanınız olub? Bəzən həyatını a-dan z-yə bildiyim insanların sosialda və ya tanış olmayan insanların içində davranışlarını müşahidə etməyi çox sevirəm. Xarakter olaraq müşahidəçi olmaq, vəziyyəti analiz etməyi və ətrafa nəzər salmağı çox sevən tipəm bu bəzən mənə ilham verir, bəzən isə mənim özümdədə bir çox suallar yaradır və ya yaranan suallara cavab tapmağıma kömək olur. Eynən indiki kimi. Başqalarını el dilində desək "qınamaqdan" əvvəl özümü "qınasam" yeridir. Özümü bəzi məqamlarda zəif və gücsüz, bəzən ağılsız, təcrübəsiz göstərdiyim çox olub. İndi isə hərdən mənə niyə belə davranır(lar) deyə əsəbləşdiyim məqamlar çoxalıb bir sözlə. Əslində fərqinə vardım ki, bu şəraiti mən yaratmışammış. Daha şirin, daha sevəcən olmaq naminə, qarşımdakı insan özünü daha dəyərli hiss etsin deyə və bla bla bla kimi mənasız bir sürü "bəhanə" saya bilərəmmiş. Bu mənə nə verdi? Siz deməyin özüm deyim - HEÇNƏ.... İndi isə anlayıram onlar özlərini olmadıqları insan kimi başqalarına "sataraq" öz daxili xoşbəxtliklərini tapırlar. Əsas odur qarşındakı ya sənin varlılığınla əzilsin, yada həsəd aparsın yaxşı yaxşı daha positive düşünüm sənin xoş günlərinə baxıb "sevinsin"( bilirəm, bilirəm heç inandırıcı deyil ) . Öz həyatımı yaşayıram deyənlərin bir çoxu başqaları üçün yaşayır əslində. Tutaq ki mən bu mənasız fikirləri yazdım deyə o insanlar üçün nəsə dəyişəcəkmi? Əlbəttə yox. Bəs mən? Mən tətmin oluram bununla? Ümid edirəm ki, yox. (cavab hə də ola bilər) Fikirlərim oxuyanlarında iç səsinə və düşüncəsinə görə fərqli-fərqli çalarlar alacaq. Biri dəli olduğumu düşünəcək, digəri mənasız yazılar oxuduğunu, okeyy biraz positive olsam ən azından bir neçəsi (mənim kimi dəlilər) düşünəcəkki az da olsa məna tapmaq olar bəlkə?) ya da heç biri) Nəysə...
Duygular
Mən bütün filmlərə ağlamışam, bilirsən? Həm də mühüm bir şeyi anlamışam, bilirsən, Bir xoşbəxtlik görəndə niyə ağlayır adam? Bir gün xoşbəxt olmağa ümid bağlayır adam. Sən xoşbəxt sonla bitən filmə ağladınmı heç? Sən xoşbəxt adamlara həsəd apardınmı heç? Sənin də ürəyindən xoşbəxt olmaq keçdimi? Sevilmək istədinmi xoşbəxt adamlar kimi...? Ağlayanda gözünü gizlədə bildinmi heç? Köynəyin biləyinə yaşını sildinmi heç? Yalandan gözlərinə çöp düşdümü sənin də? Soğan göynətdimi heç gözlərini, düzün de...!? Üst-üstə yığıldımı boğazında düyünlər? Gözündən damladımı köksünə ötən günlər? Titrəməkdən sənin də əllərin yoruldumu? Gülən adam görəndə ağlamağın oldumu? Yataqda tərli-tərli üşüdümü bədənin? Gecələr bir adamı canın çəkdimi sənin? Yolunu gözlədinmi gəlməyən bir adamın? Sən heç ölü bildinmi ölməyən bir adamı? Heç süni gülüşləri sezdirdinmi üzündə? Sən də bütün bunları yaşadınmı, düzün de...!? Düzün de, dost, yaşamaq səni də yordumu heç? Bu yolu tək yerimək gözünə durdumu heç? Düzün de, istədinmi, xoşbəxt olmaq, düzün de...?! Bunu kim istəməz ki, mən demirəm, özün de...?! Bilirəm, çətin gəlir adama düzün demək!? Səncə ayıb deyilmi xoşbəxt olmaq istəmək, Bu qədər bədbəxt adam var ikən yer üzündə...?! Onlardan utanmağa gücün varmı, düzün de...?!
Şiir
Orxan Bahadırsoy-Düzünü de
Mən bütün filmlərə ağlamışam, bilirsən? Həm də mühüm bir şeyi anlamışam. Bilmirsən, bir xoşbəxtlik görəndə niyə ağlayır adam? Bəlkə xoşbəxt olmağa ümid bağlayır adam. Sən xoşbəxt sonla bitən filmə ağladınmı heç? Sən xoşbəxt adamlara həsəd apardınmı heç? Sənin də ürəyindən xoşbəxt olmaq keçdimi? Sevilmək istədinmi xoşbəxt adamlar kimi...? Ağlayanda gözünü gizlədə bildinmi heç? Köynəyin biləyinə yaşını sildinmi heç? Yalandan gözlərinə çöp düşdümü sənin də? Soğan göynətdimi heç gözlərini, düzün de...!? Üst-üstə yığıldımı boğazında düyünlər? Gözündən damladımı köksünə ötən günlər? Titrəməkdən sənin də əllərin yoruldumu? Xoşbəxt adam görəndə heç gözlərin doldumu? Yataqda tərli-tərli üşüdümü bədənin? Yanında olmayanı canın çəkdimi sənin? Yolunu gözlədinmi gəlməyən bir adamın? Sən heç ölü bildinmi ölməyən bir adamı? Yalançı gülüşləri sezdirdinmi üzündə? Sən də bütün bunları yaşadınmı, düzün de...!? Düzünü de, yaşamaq səni də yordumu heç? Bu yolu tək yerimək gözünə durdumu heç?