Puan vermedi·484 syf.··
2026 3. kitabı
19cu əsr Fransasında həmçinin təəssüf ki indiki dünyamızda da var olmağa davam edən problemləri Mopassan bu əsərində diqqətimizə çatdırır. Dürua heç bir bacarığı olmayan, kasıb, köhnə zabitdir. Bir gün əsgərlik yoldaşı Forestye ilə qarşılaşıb onun köməyi ilə jurnalistikaya başlayır. Bu anlardan etibarən isə biz bir insanın içində doymaq bilməyən məmnuniyyətsizlik hissini, hədəfə çatmaq üçün nələr edə biləcəyini görürürük. Onun yeganə silahı görünüşü və hiyləgərliyidi. Lakin o bunlardan çox məharətlə istifadə edir. Hər dəfə öz məqsədinə çatır. Amma onun da cəzası heç vaxt nail olduqları ilə məmnun olmamaq, daima başqalarına həsəd aparmaqdır. Ümid edirəm real həyatda belə insanlarla yollarınız kəsişməz və ya kəsişsə də onların məqsədlərini ilk baxışdan anlayarsız.
Qəşəng DostGuy de Maupassant · Teas Press Nəşriyyatı · 2023915 okunma
7/10
·128 syf.··
2025 4. kitabı
Otuz yaşında ölməklə yetmiş yaşında ölmək arasında elə böyük fərq yoxdur,bunu da çox gözəl başa düşürdüm.Nə qədər yaşayırsansa yaşa,fərqi yoxdur,dünyada səndən sonra da yaşayan qadınlar və kişilər olacaq və onlara həsəd aparmaq,doğrudan da axmaqlıdır.
Alıntı
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020137,2bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Puan vermedi·92 syf.··
2025 2. kitabı
·
12 günde okudu
·
Okunma: 24 Kasım 2025 06:07
Əllamə Həsənzadə Amulinin "İlahinamə" əsərini bitirdikdən sonra ürəyimdə dinc, lakin dərin bir həyəcan var. Bu kitab sadəcə oxunub keçiləcək bir mətn deyil, ruhu oyadan bir yol xəritəsidir. Bu kitabı bəyənməkdən daha çox, o mənə toxundu. Kitabın mövzusu insanın ən təməl axtarışıdır. Özünü tanımaq yolu ilə Allahı dərk etmək. Bu, Əllamə Həsənzadə Amuli özünün İlahi Eşqlə dolu münacatları, ariflikdə qeydləri və fəlsəfi düşüncələridir. O, bizə göstərir ki, kamil insan olmaq üçün mütləq olan yeganə yol qəlbi mənalı bir azadlığa daşımaqdır. Bu kitabı oxuduqca, o İlahi Eşqi həqiqətən dərk edənlərə qarşı qəlbimdə dərin bir həsəd hissi oyandı. O uca məqama çatmaq, dini, Quranı bütün dərinliyi ilə dərk etmək istəyi... O ruhi azadlığa varmaq arzusu insanın qəlbini bütövlükdə doldurur. Kitab məni bir daha inandırdı ki, həqiqi "mən"ə çatmaq üçün atılmalı olduğumuz ən cəsur addım, məhz öz içimizə səyahətdir. Xoş mütaliələr!
İlahinaməƏllamə Həsənzadə Amuli · İbrət Nəşriyyatı · 202112 okunma
Mən dözməsəm də, qanadlarım dözər
8/10
·112 syf.·
2025 45. kitabı
Bu kitabı çox uzun müddətdir ki, oxumaq istəyirdim və gözləntilərim məni yanıltmadı. Əsərin obrazlarının "qağayı" olması, təbiətlərinə zidd şəkildə uçmağa cəhd etməsi kimi məqamlar təsadüfi deyil. Quşlar, səma və uçmaq hər zaman azadlıq hissiylə assosiasiya edilir. İndi kitabı bəhanə edərək öz düşüncələrimə keçmək istəyirəm. İnsanın qanadları yoxdur, aydın məsələdir. Lakin bu onun səmaya, kosmosa çıxmasının qarşısını ala bilməyib, bilməyəcək də. Məsələ də budur, özünə, öz gücünə inanmaq. Hər birimiz içimizdəki "alınmayacaq", "bacarmayacaqsan", "sən kimsən ki" kimi bizi dayanmadan, yorulmadan qınaq obyektinə çevirən səsi eşidirik. Eşitmək normaldır, dinləməyi isə biz özümüz seçirik. Bəlkə kimlərəsə həsəd aparmaq, ayağının altını qazımaq əvəzində, onların uçuşlarına baxıb ilham almaq lazımdır? Bəlkə onların bunu bacarması, mənim də bacara biləcəyimin bir sübutudur? Hamının qarşısına onu aşağı çəkən, əməyini alçaldan adamlar çıxır. Mən bu tərəfdən özümü çox şanslı hesab edirəm, çünki hər addımımda məni dəstəkləyən insanlarla əhatələnmişəm. Lakin içinizdəki qınayan səsi dinlədiyiniz müddət ərzində, çöldəkilər istəyir qulağınızın dibində meqafonla qışqırsın, xeyri yoxdur. Kitabdakı məsələlərdən birisi də, insanların nəyisə bacarmış insanın izindən getmək, ondan öyrənmək əvəzində onu "ilahiləşdirməsi", "bütləşdirməsi" məsələləri idi. Qağayılar simvolik olduğu üçün onları insanlarla əvəz edərək danışıram, çünki yazılanlar məhz elə cəmiyyəti əks edir. Guya peyğəmbərin adını çəkən kimi salavat gətirənlər, xaçları boynunda daşıyıb öpənlər - o dini gətirən peyğəmbərin əməllərini örnək alır, sözlərinə əməl edir? Mən dini aspektdən yanaşdım, çünki ilahiləşdirmək deyəndə ağlıma peyğəmbər gəldi. Bu hansısa məşhur müğənni, prezident, diktator və s. ola bilər. Beləcə, ideyalogiyalar
Qağayı Conatan LivinqstonRichard Bach · Parlaq İmzalar-Simurq Nəşriyyatı · 201980,1bin okunma
Uşaqlığın havası var başımda:)
Puan vermedi·150 syf.··
2025 24. kitabı
·
7 günde okudu
·
Okunma: 05 Ağustos 2025 16:05
Hər vaxtınız xeyir, 1K kitabsevərləri. Şeiri sevdiyimi bilənlər bilir, bilməyənlər üçün söyləyim, şeir mənim şəfalı bitkim kimidir. Nə vaxt kitab oxuya bilməsəm, onu da deyim ki, kitabla qidalanan ruhum var mənim, şeirlə müalicə edirəm özümü. Ona görə də harada şeir alıntısına rast gəlsəm, o kitab marağımı cəlb edir. Görəsən, necə kitabdır fikri ilə müşahidə edirəm. Belə ki, Ulkerizm alıntılarında bəzi şeirlər diqqətimi çəkdi. Niyə sonluqlar bu qədər yerində verilmir, niyə Ülkərin verdiyi başlıqlar fərqlidir. Nədir bu kitaba olan tənqidi yanaşma dedim, şərhlərdə də yazıçımızın özündən bəzi açıqlamaları oxuduqdan sonra "oxumadan qınama," "bilmədiyin şey haqqında danışma," prinsiplərimi əsas götürərək kitabı oxumaq qərarına gəldim. Və səbrimi özümə yoldaş edib oxudum da. Onu deyim ki, kitabı oxuya-oxuya gənc yazıçımızı dəng elədim. Məni narahat edən nə varsa ki, kitabda bəzi imla xətaları var, bu da kitabın redaktə edilməsi ilə bağlı olan hissədir. Bu mövzuda uzun-uzun Nail bəyin özü ilə müzakirələr apardığım üçün dərinə getməyəcəyəm. İkinci məni narahat edən isə qafiyələrdəki boşluq idi. Dərin mənalı sətirlərdən, məni cəlb edən kəlimələrdən necə deyərlər ləzzət ala bilmirdim. Bu da yazıçımızın öz sözləri ilə desək; "Bu kitabdakı şeirlər mənim 17 yaşıma qədər yazılan şeirlərdir. Bir xatirə olaraq qalsın deyə kitab halına gətirib çap elətdirmişəm." Bu açıqlamadan sonra belə nəticəyə gəldim ki, uşaq yaşlarından şeir yazmağa başlayan yazıçımız, öz uşaqlıq illərinin xatirəsini əbədiləşdirmək istəyib. Şeirlərdə də yeniyetmə ruhu hiss olunur. Ən sevdiyim sətirləri alıntı olaraq paylaşmışam. Özünün dediyi kimi, "siz ancaq mənfilərdən danışırsınız. Müsbətləri demirsiniz heç." Bəlkə də mən mükəmməlliyyətçiyəm. Bəlkə də oxuyub yan keçə bilmirəm. "Mənə nə, özü bilər,"
Şiir
Mən Qəribə AdamamNail Zeyniyev · Kişisel Yayın · 20259 okunma
8/10
·102 syf.··
2025 51. kitabı
·
2 saatte okudu
·
Okunma: 09 Temmuz 2025 01:05
İnci John Steinbeck'in Meksikanın xalq hekayəsindən təsirlənərək yazdığı bir romandır. İnci Meksikanın kasıb bir kəndində keçən bir hekayədir. Romanın əsas obrazı Kino, həyat yoldaşı Juana və körpə oğulları Coyotito ilə birlikdə sadə, sakit bir həyat yaşayırlar. Hekayə, Coyotitonu əqrəb sancması ilə başlayır. Kino oğlunu həkimə aparır, amma kasıb olduqları üçün həkim kömək etmir. Bu hadisə Kino və ailəsi üçün bir dönüş nöqtəsi olur. Beləliklə Kino və Juana oğlunu xilas edə bilmək üçün inci ovuna çıxırlar. Kino dənizdən tayı-bərabəri olmayan böyük bir inci tapır. Əvvəlcə bu onlar üçün böyük sevinc olur, çünki Kino və Juana düşünürlər ki, bu inci onların bütün arzularını reallaşdıracaq. Uşaqlarını oxudacaq və yaxşı bir həyat yaşaya biləcəklərini düşünürlər. Amma vəziyyət tam əksinə dəyişir. İncinin xəbəri bütün kəndə yayılır. İnsanlar inciyə göz dikib tamahlanır, həsəd aparır, Kino və ailəsinə zərər verməyə çalışırlar. İnci ilə birlikdə insanların iç üzü də ortaya çıxır. Kino da əvvəlki kimi olmur, getdikcə daha qəzəbli, aqressiv, şübhəçi, sərt biri olur və Juana ilə münasibətləri gərginləşir. Romanın ən təsirli anı Coyotitonun ölümüdür. Kino bu zaman anlayır ki, inci onların həyatına sevinc və xoşbəxtlik yox, qorxu və itki gətirdi. Və sonda isə incini dənizə atır. Amma ən böyük itkisini yaşadıqdan sonra.. İnci romanı sadə dildə yazılıb amma verdiyi mesaj dərindir. John Steinbeck Pulun, var-dövlətin, tamahın insanları necə dəyişdirəcəyinə, necə itkilərə səbəb ola biləcəyini göstərir. İnci də bunun bir nümunəsidir.
İnciJohn Steinbeck · Sel Yayıncılık · 202349,9bin okunma