Nifrət İkidəqiqəliklərində dəhşətli şey hamının eyni cür hərəkət etməsi deyildi. Əksinə, ən qorxulusu hətta istəsən belə, bu ümumi prosesdən kənarda qala bilməməyin idi. İlk otuz saniyədən sonra artıq ətrafdakıları yamsılamaha ehtiyac duyulmurdu.
İndi ora gündəlik yazmaq istəyirdi. Bu, qanunazidd deyildi (artıq qanunlar özləri mövcud olmadığından qanunazidd sayıla biləcək heç nə qalmamışdı), lakin gündəlik mənzilində tapılsa, Uinstonu edam cəzası, ən yaxşı halda isə icbari əmək düşərgəsində iyirmi beş illik həbs gözləyirdi.