Kazuza mənalı bir nəzərlə çevrilmiş piştaxtaya, darmadağın edilmiş stullara və sınmış, stəkanlara tamaşa edirdi. Bu, görünməmiş iş deyildi, bir də ki, axı bu reklamdır, belə bir vuruşmadan sonra bara çoxlu müştəri gələcəkdir. Bu dava-dalaşın xeyrini onun özü də bilirdi.