Özgürlük
Puan vermedi·%67 (135/200 syf.)··
6 günde okudu
·
Okunma: 09 Haziran 2026 16:50
Osho çərçivələrdən kənar düşünmə bacarığını bu kitabda da nümayiş etdirir. Oshoya görə azadlıq anlayışı heç bir dindən, ideologiyadan asılı deyil. Azad insan özünü heç bir qrupa, cəmiyyətə, dövlətə aid hiss etməməlidir, çünki bütün bunlar insan üçün məhdudiyyətlər yaradır. Osho deyir ki, insan yeni doğulanda müsəlman, xristian, yəhudi, hindu və s. kimi doğulmur, hətta adı belə olmur, bunların hamısı insana sonradan proqramlaşdırılır. Əsl azadlıq elə bunlardan azad olmaqla başlayır, amma sadəcə bu mərhələ ilə bitmir. Nələrdənsə azad olduqdan sonra əldə etdiyin azadlığı yaradıcılıq üçün istifadə etməlisən, deyir Osho. Yaratmaq üçün istifadə edilməyən azadlıq insana kədər gətirir. Həmçinin, sənin azadlığın digər insanların azadlığına mane olmamalıdır. Deyir ki, nə vaxt ki, davranışlarının, fikirlərinin proqramlaşdırılmış olduğunu, sənin robotdan fərqlənmədiyini başa düşsən, elə o gündən azadlıq üçün ilk addımı atmış olacaqsan. Maraqlı kitab idi, tez-tez düşündüyüm mövzulara toxunulub deyə yorulmadan oxudum.
Özgürlük - Kendin Olma CesaretiOsho · Butik · 2021773 okunma
And
Puan vermedi
2026-cı il, iyun ayının 9-u. And içirəm ki, bir də bədii ədəbiyyat oxumayacağam. Bu əllaməçi, fırıldaqçı yazıçı ilə xurafatpərəst nəşriyyat fikrimi tam qətiləşdirdi.
EtirafLev Tolstoy · Parlaq İmzalar · 202429,2bin okunma
Hadisələr insanı kitabdan ayrılmağa qoymur.
Puan vermedi·
Bəzi kitablar sadəcə oxunmur, hiss olunur. Bu əsər insanın qəlbinə toxunur, hadisələri və qəhrəmanları ilə uzun müddət yadda qalır." "Oxuduqca insanı öz dünyasına aparan kitablardandır. Hər səhifədə fərqli duyğular yaşadır və düşündürür."
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,3bin okunma
9/10
·179 syf.··
2026 62. kitabı
·
26 saatte okudu
·
Okunma: 06 Haziran 2026 20:19
Platonun bu kitablari felsefeye yeni başlayanlar uçun bezen çetin gorune biler.Kitab Tamamilə sual-cavab üzərində qurulub ve İnsan zehnini işlətməyə məcbur edir. Platonun novbeti sorğu sual dialoqa esaslanan kitabi ,bu kitablarini en çox sevmeyimim sebebi antik yunan /roma felsefesine olan sevgim ve dialoqlarin bir terefinde hemise Sokratin olmasidir.Bildiyimiz kimi Platon Sokratin telebesidir ve demek olarki butun kitablarin ekser hissesini Sokratin heyatina ,dialoqlarina,Sokrat felsefesine hesr etmişdir ve onun sozlerini yazmişdir .Platon okuyarken eslinde siz Sokrati oxumuş sayilirsiz ve onu daha yaxindan tanimiş olursuz. Platon bu əsərdə Sokrat ilə gənc riyaziyyatçı Theaitetos arasında söhbət qurur. Onlar insanın necə bildiyini, həqiqətin nə olduğunu və biliyin tərifini araşdırırlar. Bilik hissiyyatdırmı?,Bilik doğru fikirdirmi?,Bilik əsaslandırılmış doğru fikirdirmi?
TheaitetosPlaton (Eflatun) · Milli Eğitim Bakanlığı Yayınları · 1997354 okunma
Puan vermedi·208 syf.··
2026 30. kitabı
Salam Qədirzadə - “Kəndimizdə bir gözəl var" Yazıçıdan oxuduğum dördüncü kitabdır və qələminin şirinliyinə, doğmalığına bir daha heyran qaldım. Bütün kitablarını bezmədən, ard-arda oxuya
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2024318 okunma
6/10
·128 syf.··
2026 5. kitabı
·
5 saatte okudu
·
Okunma: 08 Haziran 2026 20:49
"Mənim üçün həyat, insanların nə düşündüyünü təxmin etməyə çalışdığım qorxulu bir teatrdan ibarət idi..." Osamu Dazainin "İnsanlığımı yitirirken" romanını oxumaq, kiminsə gizli gündəliyini oxumaq kimi bir şeydir. Osamu Dazainin avtobioqrafik xarakter daşıyan bu şedevri, baş qəhrəman Yozo vasitəsilə bizə cəmiyyətin ritminə ayaq uydura bilməyən, "normal" insan maskası taxmaqdan yorulan bir ruhun intiharını anladır. Yozo uşaqlığından bəri insanları anlaya bilmir, onlardan qorxur və bu qorxunu gizlətmək üçün "təlxək" rolunu oynayır. Amma taxdığı maskalar onu xilas etmir, əksinə, özünə yadlaşdırır. Kitab boyunca bir insanın addım-addım öz ləyaqətini, ümidini və ən nəhayət, "insanlığını" necə itirdiyinin şahidi oluruq. Bu əsər xoşbəxt sonluq və ya təsəlli vəd etmir. Əksinə, cəmiyyətin ikiüzlülüyünü və fərdin bu ikiüzlülük qarşısındakı çarəsizliyini soyuq bir şəkildə üzümüzə vurur. Əgər insan psixologiyasının ən qaranlıq tərəfləri ilə üzbəüz gəlməyə hazırsınızsa, mütləq oxumalısınız.
İnsanlığımı YitirirkenOsamu Dazai · İthaki Yayınları · 202560bin okunma