305 syf.
8/10 puan verdi
spoiler ola bilir
Ümimilikdə xoş təəssürat oyatmasına baxmayaq, xırdalıqlarına nəzər salsaq o qədər də mükəmməl kitab deyildir. Fikir gözəldir, yazılma zamanını nəzər alsaq, yazarın zəkasına heyran qalmamaq mümkün deyil. Ama bəlkə də mövzunun zövqümə hitab etməməsindəndir ki, bəzən canımı sıxırdı. Bəzi anlarda həyəcan verici idi. Ama bu uzun çəkmirdi. Kitab adından da göründüyü kimi "cəsur yeni dünya"nı tərənnüm edir. Burda insanlar xoşbəxtdir. Ana, ata, ailə, doğum kimi həyatımızı əhatə edən məhfum və alışqanlıqlar bu dünyada gülünc və faciə kimi tanımlanır. İnsanlar daim gənc və problemlərdən uzaq qaldığı üçün Tanrıya belə ehtiyac görmürlər. Daha doğrusu artıq bunu düşünmürlər belə. Hər şeyin bu qədər rahat olması məndə dərin rahatsızlıq oyadır. Eynilə ayrıdünyadan gətirilmiş Vəhşi adıyla tanınan John kimi. O dünyadan illər əvvəl ayrı düşən Linda adlı qızın oğlu idi. Hadisələrin gedişatı Johnu bu dünyayı gətirmiş, burda davam etdiyi həyat ona acı dolu günlər yaşatmışdır. Məncə kitabın ən gözəl bölümlərini Johnun dialoqları olduğunu deyə bilərik. Əslində bu dünyada da sinifləndirmələr mövcuddur. Alfalar, epsilonlar və s. Amma bizim dünyadan fərqli olaraq insanlar öz səviyyəsindən razı halda yapılandırılmışlardır. Bir növ təlqin edilmişdir. Kitab bizə yaşamaq istədiyimiz bir həyatı sunur və bizlərdən birini bu dünyaya buraxır. Sonda əslində bunu yaşamaq istəyirikmi deyə sual yaradır beynimizdə. Bəzi xırdalıqları nəzərə almasaq oxumağa dəyər sanıram. Xoş mütaliələr.
Cesur Yeni Dünya
Cesur Yeni DünyaAldous Huxley · İthaki Yayınları · 202160,8bin okunma
SEN En güzel günlerimin üç mel'un adamı var: Ben sokakta rastlasam bile tanımayım diye en güzel günlerimin bu üç mel'un adamını yer yer tırnaklarımla kazıdım hatıralarımın camını.. En güzel günlerimin
Reklam
270 syf.
8/10 puan verdi
Öncelikle ben çok fantastik okuru olmadığım için ilk başlarda biraz garipsedim dünyayı ama sonra
GuGi
GuGi
tüm kafamdaki soruları yanıtlayınca okuması çok daha keyifli oldu :)) kitapın ilk 50 sayfası merak uyandırıcı diğer ilk 150 biraz durgun ama ondan sonra olaylar çok hızlı gelişiyor ve ikinci yarısını çok daha sevdim , evet karakterlerin çok derin bir kişiliği yok dünyası da çok yüzeysel ama önemli olan okurken seni merakta bırakmsı ve keyif alman bende ikisi de oldu o yüzden puanı düşük vermek istemedim , tabi beğenen ve beğenmeyen var ben beğenen taraftarı olduğum için çok mutluyum. Konusuna gelince : Fani olan rowan doğum gününü bir barda arkadaşıyla kutlarken kaos lordu Onu kendi zindanına kaçırır İkizi gibi benzediği mortana sanıyor rowan’ı ama Orion onun kanını tadınca Fani olduğuna ikna olup onu bırakmak isterken Rowan Orion’a bir anlaşma sunuyor dikenler şehrinde kalıp annesinin katilini bulup intikam almak istiyor. Not : Bu kitabı okumama sebep olan
•İpek•
•İpek•
yorumu oldu iyiki okumuşum :) .
Dikenler Şehri
Dikenler ŞehriC.N. Crawford · Olimpos Yayınları · 2023490 okunma
Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!
O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər məsələn fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükamalar buyurublar: sözünü o kəslərə de ki, sənə luqa vermirlər. Ey mənim müsəlman qardaşlarım! Zəmani ki məndən bir gülməli söz eşidib ağzımızı göyə açıb və gözlərimizi yumub o qədər xa-xa edib-güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə üz-gözünüzü silib "lənət şeytana" dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz. Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza. Sözümü tamam etdim, ancaq bir üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki mən siz ilə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eybdir və şəxsin elminin azlığına dəlalət edir, amma hərdən bir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Axırı biçarə ananız sizə deyirdi: "Bala, ağlama, xortdan gələr, səni aparar" və siz dəxi canınızın qorxusundan səsinizi kəsib ağlamaqdan sakit olurdunuz. Hərdən bir ana dilini danışmaq ilə keçmişdə gözəl günləri yad etməyin nə eybi var? Molla Nəsrəddin, Tiflis. 7 aprel 1906
Celil Memmedguluzade
Celil Memmedguluzade
Avuçlarımdan kumrular uçtuysa, Yüzümde rengârenk çiçekler açtıysa. . Ana sırtına binerken güven duydumsa, Ana kucağında meme emerken huzur buldumsa. . Aşk havliyle sırılsıklam sevdimse, Güneş vurmuş sular gibi güldümse, Onların eseri bu Dünyada güzel ne gördümse. . “K a d ı n l a r d a n ö ğ r e n d i m;  Bu hayatta ne öğrendimse...!” Tahsin ÖZMEN
408 syf.
9/10 puan verdi
Sevgini çoxda romantikaya girmədən( belə desək vıcıxlaşdırmadan), lakin bütün hissləri gözəl ifadə edərək anladan bir eşq kitabı idi. Bir çoxlarına görə çox sıxıcı bir kitabdır. İlk başlarda mənə də elə gəlirdi. Kitab ilk başlayan zaman hadisələr o qədər sakit cərəyan edir ki, istər istəməz sıxıcı gəlir kitab. Ancaq kitaba davam elədikcə sevdim. Kitab daha çox "evlilikdən başqa dərdiniz yoxdu sizin?" dedirtən kitab kimi gəlir, lakin mənə görə diqqətlə oxunarsa daha çox şey öyrənmək olar. Kitab da sevmədiyim qızların evlilikdən başqa xəyalları olmaması. Hər qızın bir idealı, məqsədi olmalıdır. Evlənmək, həyat yoldaşı olmaq, ana olmaq- bütün bunlar əlbəttə vacib məsələlərdir, lakin bir ideal, məqsəd deyil. Atadan mirasın qızlara qalmaması, oğlan övladının vacibliyi, oğlun yoxsa bütün mirasın qohumlardan olan bir oğlana veriləcək olması- bunlar o dönəmdəki qadın haqqının olmamasını göstərir. Kitab da kişi obrazları içərisində ən sevdiyim Mister Darsi oldu. Kollinz obrazını isə heç sevmədim-_- Qadınlarından isə Missis Bennet və Lidiya obrazından iyrəndim. Ceyn isə hər zaman öz sakit təbiətini qoruyan bir obraz. Əsas obraz Elizabet isə özümə yaxın bildiyim və ən sevdiyim qız obrazlardan oldu. Romanda olan hər obraz real həyatımızda qarşılaşdığımız, var olan xarakterlərdir. Məncə hər kəsin bir şans verməli olduğu kitablardandır. İndidən oxuyan hər kəsə xoş mütaliələr :)
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 076,7bin okunma
Reklam
1.000 öğeden 121 ile 130 arasındakiler gösteriliyor.