Bu ilin ilk kitabı! Sadəcə möhtəşəm idi, çox bəyəndim və bu il təkcə bir kitab oxumağıma rəğmən il sonunda ən sevdiyim on əsərdən biri olacağını düşünürəm.
Lakin redaktə və korrektə pis idi; hətta kitabda korrektor adı qeyd olunmayıb. Yenə də böyük nəşriyyatları nəzərə aldıqda @basla_herekati -na Rolan Toporu biz oxuculara qazandırdığı üçün təşəkkür etməliyik.
Kitabdakı bəzi səhnələri ən sevdiyim əsər olan Lavkraftın "İnssmut Üzərindəki Kölgə" uzun hekayəsinə bənzətdim. Ön sözü kitabı bitirəndən sonra oxudum və İnssmut adının keçməsinə çox sevindim :D