Ceyhun Cəfərli

Ceyhun Cəfərli
Evli
İki sevgi...
Gözəl qız, sən saf susan, İki qəlb arzususan. Mən səni sevirəm Sususzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir rahatca bardaş qurub, - Kabab üstdən sərin su pis olmaz - deyən kimi Gözəl qız, sən işıqsan, Yurduma yaraşıqsan. Mənsə səni sevirəm iynənin ucu boyda İşığa həsrət qalan göz işıq sevən kimi O isə səni sevir Bir şən mağarda, toyda, İşıqlardan yaranmış yaraşıq sevən kimi. Danış, ucalsın səsin, Qısılmasın nəfəsin. Mən ki səni sevirəm Bakıdan, Daşkəsəndən Gələn bir səda kimi, Səs kimi, Qüdrət kimi O isə səni sevir, Gizli deyil ki səndən, Bir otaq küncündəki qəmli sükunət kimi. Bu mən, bu o, bu da sən, De görək nə deyirsən! Amma yaxşı fikir ver bu iki məhəbbətə. Daha heç nə demirəm Nöqtə, nöqtə və nöqtə.
Sayfa 157
İlişkiler
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Bəzən boş kimi görünən cümlələr o qədər kövrəldici olur ki...
Burda qızın gedişinin onu kədərləndirdiyini ifadə eləyən cəmi bircə söz, bir adicə cümlə desəydi... desəydi ki, xahiş eləyirəm qalasan...
1000Kitap
Xoş mütaliələr...
9/10
·288 syf.··
2020 170. kitabı
·
4 günde okudu
·
Okunma: 09 Ekim 2020 07:24
Gəlin, həyatımıza nəzər salaq... İnsanların 90%-i günlük qayğılar, maddi çətinliklər, şöhrət, heçkimdən geri qalmama çabası ilə günlərini keçirdir. Bunlar çox mu önəmlidir?! Xeyr! Əslində hər kəs ona verilən həyatı qəbullanıb çevrəsində "cənnət" yarada bilər. Dino Bussotinin "Tata çölü" romanında çox incə məqamlara toxunub. Orada təsvir olunmuş qala, elə yaşadığımız bu həyatı təmsil edir, mənə görə. O qalaya leytenant, hərbçi kimi gedənlər əvvəllər bundan razı olmasalar da, sonradan oranı tərk etməkdə çətinlik çəkirdilər. Nə idi onları orda saxlayan?! Şöhrətmi, hansısa igidliyə görə ad qazanmaq mı?! Məsələn, Covanni Droqo qaladan öz evlərinə tez getmək üçün günlərini saysa da, qərarını bir anın içində dəyişir. Onun fikrincə, qalada hər an nəsə dəyişiklik ola bilər. Bu düşünce ilə qalada illərini qurban verir. İllər sonra evinə dönən Covanniyə hər şey yadlaşmışdı. Hətta doğma anası belə. Çox təsirlidir elə deyil mi?! Böyük bir sevinclə evinə gedirsən, ama gördüklərin səni böyük xəyal qırıqlığı yaşadır. Yazıçı təbii lövhələrlə bəzən obrazların keçirdiyi hislərdən arzulardan bəhs edir. Elə o zaman anlayırsan ki, "pəncərədən sənə gülümsəyən bir qız", bahar fəslində açan çiçəklər, ailənin doğmalığı bu qalada qalıb dəyişiklik gözləməkdən, şöhrət qazanmaqdan qat-qat artıq idi. Covanninin yanlışı sadəcə olaraq, nələrinsə dəyişəcəyini oturub gözləmək idi. Düşünürəm ki, insan arzular, xeyallar qurursa, həyata keçməsi üçün mübarizə aparmalıdır. Leytenant Anqustino rəngarəng, gözəl arzulardan çoxdan əl çəkənlərdən idi. O surət mənə bunları öyrətdi: İnsan layiq olmadığı, məcburən yaşamağa məhkum olduğu həyatdan tez bir zamanda gərək ki, ayrılsın. Yoxsa bu həyat onu içinə çəkib məhv edəcək. Onun qaladan ayrılan dostu Anqustino'nu özü ilə getməyə məcbur etsə də, o getmir. Öz hisləri
1000Kitap
Tatar ÇölüDino Buzzati · Qanun Nəşriyyatı · 019,9bin okunma
Çəmənliklər yaşıllaşıb və lap təzəlikcə xırda çiçəklərlə örtülüblər. Əgər burdan, Qaladan baxılarsa, ağ rəngdə görünəcəklər. Ağaclar da əlbəttə ki, təzə yarpaqlar açıblar. Heç bir məqsəd güdmədən at belində ətrafı dolaşmaq necə də xoş olardı! Hələ bir alçaq hasarların ətrafına dolanaraq gedən cığırda bir qəşəng qızla rastlaşsaydın, qız lap sənin atının yanından keçib-gedib, mehribancasına sənə gülümsəsəydi... Gülməli deyilmi? Bastioni qalasının zabiti belə axmaq arzulara düşə bilərdimi?
Felsefe
İlahi adalet...
Gecmi, tezmi hər kəs nəyə layiqdisə, onu da alır.
Felsefe