Jalə İslam

Jalə İslam
@jaleislam_
Çərçivə yoxsa şəkil?
Elə məhz indi beynimdəki kiçik fraqmentləri bir araya toplayarkən fərq etdim ki, əksik parçalar var və mən hafizəmə nə qədər hakim kəsilsəm də, onları müəyyən edə bilmirəm. Yaşanan hər anın ağ-qara boyalar ilə xatirələrə həkk olunmasına rəğmən həmin anların yaşatdığı yaxşı, yaxud pis hisslər yeniliyini qoruyub saxlamır. Sanki tarix tilsimli boyaların ahəngində öz mövcudolma halını unudur. Amma bir hal məlumdur ki, o, ümid etməkdən də boyun qaçırmır. Bütün bunlar sənə boş görünə bilər, hətta mənə səfeh gözü ilə baxa bilərsən. Əmin ol ki, mən bütün bunlara rəğmən sənin aşağıda yazacaqlarımı bilməyini istəyirəm. Zamanında üsyanlar etdiyin hər şeyi bu gün sakit qarşılayırsansa, deməli sən özündə önəmli bir xüsusiyyəti tərbiyə etmisən. Bu, qəbul etməkdir. Qurduğun örnək çərçivədə isə keçmişin hər hansısa bir anını sənə xatırladan təbəssümdən savayı bir şey olmur. Deyirlər ki, çərçivəni adama xatırladan sınan şüşəsi olur. Hansı ki, xatırlanması ilə unudulması bir olan həmin şüşə... Amma mən belə düşünmürəm. Hər şəkil sənin içində böyütdüyün kiçik və xoşbəxt bir dünyanın üzündə yaratdığı dərin gülüşü özündə əks etdirir və həmin dünyanı bütün itirilənlərə rəğmən qoruyan sadəcə çərçivədir. "Hər şeyin bir sərhəddi var"- deyiminin mənası tamamilə budur. Hər son öz sərhəddini qoruyur..., hər son öz çərçivəsində dustaqdır... Hər şey bununla bitmir. Cavablamağını istədiyim bir sualım var. Şəkillərmi çərçivəyə sığmaq üçün var, yoxsa çərçivələrmi şəkilləri məhdudlaşdırmaq üçün?!
Reklam
6 Nömrəli Palata
Son bir ildir ki, həyatıma heç bir qatqısı olmayan və olmayacaq insanlar daxil olub. Bunların bəziləri ilə hətta eyni evdə yaşayırıq. Fərqli ailələrin yetirməsi olan insanlar olan bizlər məcburi olaraq bir-birinin varlığına və davranışlarına dözmək məcburiyyətində qalmışıq. Kaş belə bir məcburiyyətin qurbanı olmasaydıq.)) Çünki əvvəllər beş yüz qram ağlım və səbrim olmağına baxmayaraq indi o da yoxdur. Evdə hər ağılda adam var: Anarın Təhminəsi var, Çexovun İvanı, George Orvelin yekə baş donuzu, Rövşən Abdullaoğlunun Villisi, İvanın Bazarovu.Belə olanda da ev əsasən ev kimi olmur. Ən sadə bənzətmə ilə "6 nömrəli palata" olur. Məni çox düşünməyinizə ehtiyac yoxdur. Bu palatada hər zaman İvanam. Beynimdə hər gecə "Cinayət və Cəza" kitabınım ssenarisini yazıram, lakin ən çətin məsələ hansı birindən başlayım onu bilmirəm. Buna görə də həyatın var-yoxuna söyə-söyə beləcə yaşamağa davam edirəm 🔥
... +8
Nə hikmətdirsə, tanış olduğumuz insanlardan yalnız ən yaxşıları ilə bir müddət sonra vidalaşmalı oluruq. Ən gərəksiz insanları isə bir yük olaraq çiyinlərimiz hələ də daşımağa davam edir.

Okur Takip Önerileri

Tümünü Gör
Biraz eşq, biraz tütün, biraz marixuana!
Yenə adətim üzrə elə üşüyürəm ki, üstümə bircə litr benzin töküb yanardım! Bütün neft ölkələri, bütün neft savaşları, bir də sənin şəninə, küləklə sovrulardım! Bir üzümdə gic gülüş, bir üzümdə qəhərsən... bax, indicə söymüşəm həyatın var-yoxuna! Soruşma nə var, nə yox! Əlimdə, ovucumda, biraz eşq, biraz tütün, biraz marixuana! Nə qədər dözmək olar? Ciyər də tab gətirmir, bu ürəkbulandıran şəhərin tüstüsünə. Belə soyuq havada bütün sahibsiz itlər, qızınır maşınların mühərrik istisinə. Bu intihar qatında qışqıraram hirsimi, hikkə qəhət deyil ki, yenilmərəm qorxuma! Səbrimin daş yerində sükut-sükut ölürəm: biraz eşq, biraz tütün, biraz marixuana! Orxan Bahadırsoy 🦋
Reklam
Reklam
220 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.