Zülfünü ənbərfəşan etmək dilərsən, etməgil!
Qarəti-din, qəsdi-can etmək dilərsən, etməgil!
Büqrəi tərh eyləmişsən, ey qəmər, üzündən uş,
Fitneyi-axırzaman etmək dilərsən, etməgil!
Xəttü xalin "Məntiqüt-teyri"dir əhli-vəhdətin,
Quş dilin sən tərcüman etmək dilərsən, etməgil!
Çün ənəlhəqdən götürdü surətin mahı niqab,
Sən həqqi neçün