Hər şeyə öyrəşir adam, bir az sonra hər şeyə,
atılmağa, satılmağa, hətta unudulmağa.
Dizlərini qucaqlayıb, bir künc tapıb girməyə
Ən sevdiyin o adamı başqasıyla görməyə.
Ağrılara, acılara, dərmanlara öyrəşir.
Tənə vuran, böhtan atan insanlara oyrəşir..
Yay günündə dağda qara, qışda günə öyrəşir.
Öz içində əsarətə və sürgünə öyrəşir.
Güvəndiyi o dağların toz olub uçmasına.
Dostun sənin sirrlərini dostuna açmasına.
Evdə anasız olmaga, çöldə atasızlıga...
Göy qurşağını bürüyən o möhtəşəm bozluğa.
Bir-bir, az-az, asta -asta, yavaş-yavaş öyrəşir.
Zorla, güclə, müsibətlə, dava- dalaşla öyrəşir.
Öyrəşir ki, başqa evin işığına yatılmaz.
Səadət sənin deyilsə ha uzansan catılmaz.
Kimdən əl çəkəmmirsənsə səndən əlini çəkər...
Gələr göz yaşını silər, gedər gözünü tökər...
Kimdisə ən zəif yerin, hər kimdisə gedəcək.
Hər şeyə öyrəşir adam ölüm də adiləşir.
Növbə- növbə agrılar da, zülüm də adiləşir.
Sonra başlayır qəhqəhə, sonra sərxoş olursan
Boşluqlara düşə-düşə, özün bomboş olursan.
Daha darıxmaq da keçir, müqəddəs hisslər bitir.
Bir gün bütün gedənlərin itir gözündən itir..
Öyrəşdikcə dəyişirsən, it hürür karvan keçir.
Bu dünyaya öyrəşənlər, bu dünyadan tez köçür.
Hər şeyə öyrəşir adam daha hec vaxt qəm yemir
Daha hec vaxt öz-özünə
"Hər şey düzələr" demir..