~Darısqal küçələrdə varlıları aparan faytonların şığıyaraq kasıb-kusub adamları basıb əzməsinin, ömürlük şikəst etməsinin adi hala çevrildiyi həmin susqunluq dövrü, o lal-kar şəhərdə də hərdən şikayət səsləri eşidilirdi. Amma o şikayətlərə baxan yox idi, hər kəs öz başına çarə qılmalıydı...