8/10
·220 syf.··
Beğendi
·
2026 3. kitabı
·
12 günde okudu
·
Okunma: 12 Haziran 2026 00:00
Kitabda Azərbaycanlı repressiya qurbanlarının haqqında yer almasa da mən oxuduqca o qurbanları, onların dostluqlarını, onların gördüyü işgəncə və həbs günlərini hiss edirdim. Dili çətin deyildi, lakin bəzi hissələr da da düşündürücü idi. Sona qədər hansı ideologiya haqlı, hansı haqsızdır anlamaq olmur. Çünki hər bir sonrakı nəsil digərindən daha da oyanmış, ayıq gəlir. Lakin keçmiş nəsilin gördükləri və təcrübələri də var. Bu səbəblə kitab sizi Stalin vaxtına, keçidlərə aparacaq.
Gözqamaşdırıcı ZülmətArthur Koestler · Xan Nəşriyyatı · 2020568 okunma
Ruhu öldürülmüş iki canlı
9/10
·504 syf.··
Beğendi
·
2026 96. kitabı
·
8 saatte okudu
·
Okunma: 07 Haziran 2026 18:31
“Ne derse desin, annesi ona iyi geceler öpücüğü verseydi, onu kollarına alıp ninniler söyleseydi ve kendini güvende hissettirseydi o kadınları bu kadar rahat bir şekilde öldürür müydü?” Kitabı oxuyub bitirdikdən sonra haqqında yazılan rəyləri oxuyanda çox adamın mövzunu tamamilə səhv anladığını gördüm. Hamı kitabın içindəki o ağır yetişkin səhnələrə, iyrəncliklərə, toksikliyə ilişib qalıb. Çoxu kitabı sadəcə ucuz bir porno romanı hesab edib kənara atır. Yazar ilk səhifədə olacaqları qısaca izah edib. Bunu oxuyub ona görə davam edib-edilməyəcəyini qərar versə oxucu kitabın əsl verdiyi dərsin nə olduğunu anlayan çox olardı Amma heç kim oturub bu sualı vermir: Niyə? Bu insanlar niyə bu vəziyyətdədir? Ortadakı o iyrəncliklərə, pisliklərə yox, bir az da o insanların ruhunu öldürənlərə fokuslanmaq lazım deyilmi? Məncə, oxucuların bu cür səhv yerə fokuslanmasının ən böyük səbəbi elə yazarın özüdür. Müəllif o keçmiş travmalara, personajların daxili dünyasına tam fokuslansaydı, hər şey çox daha yaxşı və mənalı olardı. Əlində o qədər dərin mövzu var ikən, o, kitabı bəzəməyə, o ağır səhnələri ön plana çıxarmağa çalışıb və mövzunun əsl dərinliyini kölgədə qoyub. Məncə bu kitab bir eşq hekayəsi deyil, tam mənası ilə psixologiyası alt-üst olmuş iki insanın travmalarının toqquşmasıdır. İnsanlar Robbie-nin canavarlığına baxıb nifrət edirlər. Bəli, adam qorxuncdur, amma onu bu hala salan, içine o qaranlıq toxumları əkən öz anası, öz ailəsi olub. Robbie durduğu yerdə bu canavara çevrilməyib. Eyni şey Savannah üçün də geçerlidir. Hamı onun Robbie qarşısındakı acizliyinə, o xəstəlikli duyğulara niyə bu qədər tez təslim olmasına əsəbiləşir. Amma unudurlar ki, Savannah hələ 5 yaşında uşaq olarkən nələrə məruz qalıb. Bir qız uşağının ruhunu bu cür vəhşicəsinə öldürüblərsə, o qız
SaplantıHarleigh Beck · Prime Kitap · 2025228 okunma
Reklam
9/10
·424 syf.··
2026 4. kitabı
·
48 günde okudu
·
Okunma: 27 Mayıs 2026 00:00
Müəllifin oxuduğum ikinci əsəri idi. Həm siyasət, müharibə, sevgi, psixologiya, din, ədəbiyyat və s. demək olar bütün mövzuları əhatə edən, həm də oxuduqca yormayan kitab idi. Əsərin məğzi iki dostun dialoqu əsasında yazılsa da oxuduqca məkan darlığı problemi yaşamırdım, əksinə obrazların dili ilə keçmişə və fərqli ölkələrə səyahət edirdim. Müharibə səhnələrini oxuduqca bütün yaşanan hadisələr o qədər ağır gəlirdi ki, inanmaqda çətinlik çəkirdim. Arada düşünürdüm ki, belə bir hadisə mənim başıma gəlsə necə reaksiya verərdim? İnanın ki, cavab tapa bilmədim. Və ən amansız tərəfi də odur ki, kitabda yazılanların hamısı ildə minlərlə qadının, həmcinslərimizin başına gəlir, lakin biz yenə də onlardan xəbərsiz yaşayır və kiçik məişət və iş problemlərimizi gözümüzdə böyüdüb yaşamağın mənasızlığını dilimizə gətiririk. Kitab bütün bunları xatırlatdıqca insanı utandırır. Halbuki, həqiqət elə müəllifin də qeyd etdiyi kimi çox bəsitdir: "Gecə ailənlə oturub dincəlirsən. Çöldə soyuq olsa da yuvan istidir. İsti çaydan içib şirin söhbətlər edirsən. Xoşbəxtsən, yanındakılar da həmçinin." Təəssüf ki, reallığı başa düşsək də həmişə ən pisi başımıza gəldikdə daha yaxşı dərk edirik. Əsərdə, birmənalı olaraq, ən hörmət etdiyim obraz Əmin oldu. İstənilən bir (ən pis olsa belə) vəziyyətdə şərtsiz sevgini təmsil edirdi. Sevginin gücünün bioloji bağlardan və cəmiyyətin yaratdığı stereotiplərdən daha dərin olduğunu bir daha sübut etdi. Hətta kitabda tam olaraq xatırlamadığım bir sətir var idi, oxuduqca nəzərdə tutduqlarımı daha yaxşı anlayacaqsız: "Atanın dəstəyi insanı təkcə qorumur, həm də başqalarına qarşı qəddar olmadan iztirab çəkməyi öyrədir." Kitabda dünyagörüşünüzü artıracaq öyrədici kontent çoxluq təşkil edir və bəlkə də başqa kontekstdə, daha elmi kitablarda oxunsa daha çox
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,809 okunma
Siddhartha: Həqiqət olmaq
9/10
·148 syf.··
Beğendi
·
2026 4. kitabı
Həqiqəti axtarmaq yoxsa həqiqət olmaq? Həqiqət necə tapılır? Hermann Hesse Siddhartha adlı əsərində Siddhartha obrazı və onun daxili monoloqları üzərindən bu suallara cavab verir, mən isə sadəcə kitabları və analizi sevən mexaniki yönümlü IT tələbəsi kimi bu kitaba dair görüşümü bölüşürəm. Siddhartha. Brahman. Doğuşdan dini ayinlər içində, tanrılara sunaqlar verən, ibadət edən, meditasiya ilə məşğul olan ata ilə böyümüşdü. Buna görə də günahlardan uzaq, dünyəvi zövqlərin arxasınca düşüb özünü itirməmişdi. Bütün bunlara baxmayaraq, axtardığını tapabilməmişdi. Zaman keçdikcə daxilindəki suallar və şübhələr artmağa başladı, çünki nədən qaçdığını, özünü nədən qoruduğunu bilmirdi. Məqsəd "Nirvanaya" çatmaq idi, halbuki əgər atası, müəllimləri və digər Brahmanlar düzgün yolda idilərsə, niyə hələ də məqsədə çatmamışdılar? Niyə illərlə eyni rutinin daxilində ilişib qalmışdılar? Öz həqiqətini tapmaq istəyi ilə atası razı olmasada atasından ayrılır, öz iç səsini dinləyərək Samanalara qoşulur, axtardığı şeyi orada tapacağını umur. Qaçmalı və qamçılamalı olduğu şeyin dünyəvi zövqlər və istəklər olduğunu düşünür, dostu Govindanı da bu yolda özünə qoşur. Govinda – Siddharthanın daim dəstəkçisi, yaxın dosdu. Samanalar oruc tutur, yuxusuz qalır, dilənir, cırıq paltarla yaşayırlar və özlərinə əziyyət verirlər. Siddhartha da bu yolu seçir. Lakin zaman keçdikcə özünü hər şeydən məhrum etməklə fərqli bir eqo qazanır. Çünki artıq özünü günahlardan təmizlənmiş, nəfsinə hakim olmuş biri hesab edir. Digər insanları "uşaq insanlar" görür, çünki onlar maddiyyat uğrunda çalışıb-vuruşurlar, dünyəvi zövqlərin əsiridirlər, sevirlər, insanlara bağlanırlar və hissləri üzündən hərəkətlərini idarə edə bilmirlər. Bu, asketizmin gizli paradoksudur: özünü hər şeydən məhrum etmək eqonu öldürmür, yalnız ona yeni
Düşünce
SiddharthaHermann Hesse · Can Yayınları · 202447bin okunma
Puan vermedi·304 syf.··
2026 19. kitabı
Ceyn Ostin İngiltərənin ən məşhur yazıçılarından biridir. O, sərlərində əsasən sevgi, ailə münasibətləri və dövrünün cəmiyyətini təsvir etmişdir. Sadə, incə yumorla zəngin üslubu və insan xarakterlərini ustalıqla təqdim etməsi ilə tanınır. Ceyn Ostin qısa ömründə ingilis ədəbiyyatının ən gözəl nümunələri sayılan dəyərli romanlar yazıb. Təhrik romanı Ceyn Ostinin son tamamladığı əsərlərdən biridir. Əsərin əsas mövzusu sevgi, peşmançılıq, ikinci şans və cəmiyyətin insan qərarlarına təsiridir. Romanın baş qəhrəmanı Anna Eliot 8 il əvvəl sevdiyi Frederik Uentuort ilə nişanlanmaq istəyirdi. Lakin ailəsinin və yaxınlarının təsiri ilə bu münasibətdən imtina edir. İllər sonra Uentuort zəngin və uğurlu dəniz kapitanı kimi geri qayıdır. Anne isə keçmiş qərarının nəticələri ilə üzləşir. Hadisələr inkişaf etdikcə onların hisslərinin hələ də yaşadığı üzə çıxır. Yazardan oxuduğum ikinci romandır və çox bəyəndim. "Emma" romanını da oxumaq istəyirəm.
TəhrikJane Austen · Teas Press · 03,542 okunma
9/10
·160 syf.··
2026 125. kitabı
Bu kitabı açanda bilirdim ki, özümü rahat hiss etməyəcəyəm. Amma Cioran həmişə belədir – o, sənin qollarını, sonra ayaqlarını, sonra düşüncələrini bir-bir qoparır. Adı da elə deyilmi? “Parçalanma”. Orta əsr işgəncəsi: atlar sənin bədənini dörd tərəfə çəkib parçalayır. Cioran isə ruhunu elə edir. Mən bu kitabı oxuyanda heç vaxt “bəli, həqiqət budur!” demədim. Əksinə, hər səhifədə “niyə bunu yazırsan?” deyə soruşdum. Amma elə bu sualın özü Cioranın oyunudur. O, cavab vermir. O, yalnız səni daha da dibə çəkir. Mən nihilist deyiləm. Amma Cioranı oxuyanda özümü tuta bilmirəm: o haqlıdır. O deyir ki, biz parçalanmışıq – bir tərəfimiz yaşamaq istəyir, o biri tərəfimiz ölümü arzulayır. Bir tərəfimiz sevgidən danışır, o biri tərəfimiz bilir ki, sevgi də iyrənclikdir. Bir tərəfimiz səhər qalxıb işə gedir, o biri tərəfimiz isə yataqda qalıb tavana baxıb deyir: “Nə üçün?”. Və ən qorxulusu odur ki, hər iki tərəf də haqlıdır. O, ümidsizliyi elə bir zərifliklə yazır ki, sən ümidsizliyin özünə aşiq olursan. Məsələn, bir yerdə deyir: “Mən yalnız yuxusuzluğa borcluyam hər şeyi”. Yuxusuz qalan adam bilir ki, gecə saat üçdə beynin bir boşluqdur: nə keçmiş, nə gələcək, nə məna – yalnız boşluq. Və o boşluğun özü bir məna kəsb edir. Mənim baxış bucağım belədir: Parçalanma oxumaq üçün yox, içində yaşamaq üçün kitabdır. Onu bitirəndə sən dəyişmirsən. Sən daha da dərinləşirsən – öz əzabının dibinə. Amma qəribədir ki, bu dibdə bir növ rahatlıq var. Necə ki, Cioran özü deyir: “Hər şeyin mənasız olduğunu qəbul etdikdən sonra hər şey mümkün olur”. Mən onun bütün fikirləri ilə razı deyiləm. Məsələn, o, tarixə nifrət edir. O deyir ki, tarix fəlakətdir, uyqarlıq çürümədir. Bəlkə də haqlıdır. Amma mən yenə də insanların bir şey qurmağa çalışmasını sevirəm – nə qədər boş olsa da. Cioran mənə “sən
ParçalanmaEmil Michel Cioran · Metis Yayınları · 2020879 okunma
Reklam
Reklam