Puan vermedi·173 syf.··
2026 17. kitabı
Bəhram Əhməd - “Paramneziya” Bu gün sizə Bəhram Əhmədin "Paramneziya" kitabı barədə danışacam. Bu, yazıçıdan oxuduğum ikinci kitabdır. İlk oxuduğum "Vorkuta əkizləri" pis deyildi, bəyənmişdim. Amma mənə görə, yazıçının bu kitabı birincidən qat-qat yüksək səviyyədədir. Sözsüz ki, zövqlər müxtəlifdir, amma mənim fikrim budur. Bu kitabı mənə hədiyyə edən dostuma təşəkkür edirəm bir daha. Bildiyim qədərilə hal-hazırda satışda yoxdur və tapılması bir az çətindir. Amma təhlilə başlamazdan öncə dərhal bir məqamı vurğulamaq istəyirəm: bu kitabı harda görsəniz, mütləq şəkildə alın və oxuyun. Bu il oxuduğum və sonunda rəsmən "vau" dediyim, heyran qaldığım ən yaxşı kitablardan biridir. Bunu öncədən deyim, biləsiniz. Kitabın mövzusuna gəlincə, qarşımızda kiçik həcmli, bir oturuşa, bir nəfəsə oxuyub bitirə biləcəyiniz hekaye var. Elə buna görə də mövzu haqqında çox ətraflı danışıb, spoiler vermək istəmirəm. Hadisələrin mərkəzində Nərmin adlı bir psixoloq, həyat yoldaşı və övladı dayanır. Kənardan hər şey olduqca normal görünür və standart, sakit bir ailə həyatı sürürlər. Lakin günlərin bir günü onun qəbuluna Sevda adında bir qadın gəlir. Məhz bu görüşdən sonra Nərminin bütün dünyası alt-üst olur. O, öz keçmişinin və yaşadıqlarının görünməyən tərəflərini, gizli qalan əsl həqiqətlərini öyrənməyə başlayır. Sevda xanımın nə danışdığını və bu görüşün Nərminin həyatını necə dəyişdiyini bilmək üçün isə bu kitabı mütləq oxumaq lazımdır. Ümumiyyətlə, mən bu tərz psixoloji triller kitablarını çox sevirəm. Müəllifin məni ustalıqla aldatmasına, kitab boyu ilk səhifədən son səhifəyə qədər böyük bir yalana inandırmasına heyranam. Çünki kitabin sonunda o yalanın əsl üzünü, gizlənən həqiqəti sənə elə çarpıcı ve heyratamiz şəkildə göstərir ki, donub qalırsan. Bir sözlə kitab "tərs köşə" - mən
ParamneziyaBəhram Əhməd · 048 okunma
8/10
·80 syf.··
2026 2. kitabı
·
1 saatte okudu
·
Okunma: 21 Haziran 2026 18:38
Anton Çexov’un “Qılaflı adam” kitabında 5 hekayə yer alır: -“Qılaflı adam” -“Qüssə” -“Rotşildin skripkası” -“Buqələmun” -“Çaxnaşma” Hekayələr kiçik həcmli olsalar da, hər birinin mənaları çox böyükdür. Qılaflı adam müasir dövrdə də ətrafımızda bəzi insanların protipidir. Öz qılafında yaşayan, həmişə narazı olan, az gülən adamlarda az deyil bu dünyada. Ən çox bəyəndiyim hekayə isə “Qılaflı adam” və “Qüssə” oldu. Oxumağınızı tövsiyə edirəm. (Bu kitabı hərbidə oxumuşam) Anton Çehov Qılaflı Adam
1000Kitap
Qılaflı AdamAnton Çehov · Parlaq İmzalar · 202462 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
17 yaşından yetkinliyə: Paşanın böyümə hekayəsi
9/10
·392 syf.··
Beğendi
·
2026 14. kitabı
·
5 saatte okudu
·
Okunma: 20 Haziran 2026 19:02
Mahbud Siracinin “Tehranın damları” əsəri ilk baxışda bir sevgi romanı kimi görünür. Lakin romanın dərin qatlarına endikdə onun əslində bir gəncin yeniyetməlikdən yetkinliyə keçidini, həyatın sərt həqiqətləri ilə qarşılaşmasını və daxili dəyişimini görürük. Əsərin baş qəhrəmanı Paşa, romanın əvvəlində Tehranın damlarında dostu Əhmədlə birlikdə gələcək haqqında xəyallar quran, həyatın gözəlliyinə inanan, məsum və xəyalpərəst bir gəncdir. Tehranın damları onun üçün sadəcə bir məkan deyil, azadlığın, ümidin və insanın özünü sərbəst hiss etdiyi bir dünyanın simvoludur. (Mənə görə Dam məfhumu burda göy üzü ilə yer arasındaki o boşluğun gətirdiyi xoşbəxtliyi simvolizasiya edir) Paşanın həyatı Zariyə duyduğu sevgi ilə yeni bir rəng qazansa da, onun həqiqi dəyişimi qarşılaşdığı ağır sınaqlarla başlayır. Doktorun siyasi səbəblərlə həbs edilməsi və ölümü Paşanın dünyaya baxışını dəyişir. O, ilk dəfə anlayır ki, dünya hər zaman ədalətli deyil və bəzən yaxşı insanlar da siyasi sistemin və ictimai şəraitin qurbanına çevrilə bilirlər. Romanın ən təsirli hissələrindən biri xəstəxana bölməsidir. Mənə görə, Paşanın həqiqi böyüməsi məhz burada başlayır. O, yalnız bədənindəki yaralarla deyil, daxilindəki günah hissi, kədər və itki duyğusu ilə də mübarizə aparır. Nənəsi ilə olan söhbətləri vasitəsilə həyatın hər zaman insanın istədiyi kimi davam etmədiyini, bəzi itkilərin qəbul edilməli olduğunu və insanın bütün ağrılarına baxmayaraq yoluna davam etməli olduğunu anlayır. Əsərdə məktəb mühiti də diqqət çəkən məqamlardandır. Məktəb cəmiyyətin kiçik bir modeli kimi göstərilir; burada güc münasibətləri, qaydalar və insanın öz fikrini ifadə etmə mübarizəsi görünür. Bu təcrübələr də Paşanın ədalət anlayışının formalaşmasına təsir edir. Mənim fikrimcə, “Tehranın damları”nın ən
Tehranın DamlarıMahbod Serajı · Qanun Nəşriyyatı · 2021609 okunma
8/10
·137 syf.··
Beğendi
·
2026 20. kitabı
·
5 günde okudu
·
Okunma: 18 Haziran 2026 01:13
Kitab olduqca kiçik həcmli və son dərəcə axıcı bir əsərdir; bu sayədə çox qısa bir zaman ərzində rahatlıqla bitirilə bilər. Mən də onsuz da oxunması daha praktik və rahat olduğu üçün kiçik ölçülü nəşrini seçdim. Kitabın quruluşuna gəldikdə isə; əsər əsas olaraq bir gənc ilə bir yaşlı adamın qarşılıqlı dialoqundan ibarətdir. Kitab boyu proses tamamilə bu iki personaj arasındakı fasiləsiz fəlsəfi mübahisə və dialoqlar üzərindən irəliləyir. ​Kitab həcm olaraq kiçik olmasına baxmayaraq, son dərəcə düşündürücü bir quruluşa sahibdir. Əsərdə ən çox sevdiyim hissə mexanika üzərinə keçən dialoqlar oldu. Orada yaşlı adam insanın mütləq bir yaradıcı olmadığını, sadəcə funksional bir iş gördüyünü, müəyyən kiçik vəzifələri yerinə yetirdiyini müdafiə edir. Kitab tam olaraq bu mexanikləşmə mövzusuna toxunur: İnsanların birər maşın olduğunu, sadəcə müəyyən vəzifə sərhədləri daxilində hərəkət etdiklərini, sıfırdan bir şey var edə bilmədiklərini, yalnız gördükləri və düşündükləri şeyləri yenidən formalaşdırıb onların üzərində bir struktur qurduqlarını izah edir. ​Kitabda ən çox diqqətimi çəkən və məni həyəcanlandıran şey isə, daha əvvəl üzərində uzun-uzun düşündüyüm və fikir yürütdüyüm bir mövzubunun eynilə işlənməsi oldu. "Əgər bir insan kimsəsiz bir adada doğulsa, hər kəsdən uzaqda və heç bir şey görmədən beynində hər hansı bir fikir formalaşa bilərmi?" Mənim fikrimcə, bu sualın cavabı qəti bir "Xeyr" idi. Çünki digər insanların həyatı, çöldən olan təsirlər və hər bir xarici amil insana təsir edir; sən isə yalnız bu təsirlərin nəticəsində öz daxilindən ortaya bir şey çıxara biləsən. Kitabda da tam olaraq bu düşüncəmin fəlsəfi qarşılığını tapdım. Əsərdə bu vəziyyət Şekspir nümunəsi üzərindən izah olunur: Şekspir bir adada doğulsa, heç bir şey görmədən və yaşamadan o əsərləri ortaya
İnsan Nedir?Mark Twain · Karbon Kitaplar · 202319bin okunma
Puan vermedi·48 syf.··
2026 6. kitabı
"Para ölümü zehirlerse ölümden bir tek öfke çıkar" – məhz fransız naturalizminin atası Émile Zola-nın "Nasıl Ölünür" (Comment on meurt) kitabının ana ideyasını, ruhunu əks etdirir. Zola bu qısa, amma sarsıdıb insanı silkələyən əsərində olduqca çılpaq bir sual verir: Ölüm hamını bərabərləşdirirmi? Müəllif bu suala "Xeyr" cavabını verir. O, cəmiyyətin 5 fərqli təbəqəsindən (aristokrat, burjuva, xırda dükançı/esnaf, fəhlə və kəndli) olan insanların son nəfəslərini və sonrasını 5 qısa hekayədə təsvir edir. Zola göstərir ki, insan necə yaşayırsa, elə də ölür; sosial siniflər, kapital, pul və status insanın yalnız həyatını yox, onun ölüm döşəyini, tabutunu və arxasından tökülən göz yaşlarını da formalaşdırır. Kitabdakı 5 fərqli ölüm portreti təxminən belədir: 1. Aristokratın Ölümü (Qraf de Çalye): Ölüm tam bir teatr səhnəsidir. Hər şey protokollara, "soyadın şərəfinə" uyğun idarə olunur. Əsl kədər yoxdur, sadəcə cəmiyyətə nümayiş etdirilməli olan "alicənab bir yas" rolu var. 2. Burjuvanın Ölümü (Madam Guérard): Həyatı boyu rahatlıq və lüks içində yaşamış bu təbəqə üçün ölüm böyük bir qorxu, qəbul edilə bilməyən bir təhdiddir. Həkimlər, dərmanlar və pul tökərək ölümdən qaçmağa çalışırlar, lakin qaçış yoxdur. 3. Xırda Dükançının Ölümü (Madam Rousseau): Pul qazanmaq hər şeydən üstündür. Qadın yuxarıda can çəkəndə belə, həyat yoldaşı müştərilərə mal satmaq, qəpik-quruş hesablamaq məcburiyyətindədir. Çünki dükkanı bircə saatlıq bağlamaq maddi itki deməkdir. Ölüm yatağında belə pulun zəhəri var. 4. Fəhlə Ailəsinin Ölümü (Kiçik uşaq - Charlot): Yoxsulluq içində yaşayan fəhlə ailəsində ölüm bəzən "boğazın birinin azalması" kimi acı bir rahatlıqla qarşılanır. Çarəsizlik, tibbi yardıma çata bilməmək və ölümün gətirdiyi o soyuq, kimsəsiz reallıq bura hakimdir. 5. Kəndlinin Ölümü
Nasıl ÖlünürEmile Zola · Can Yayınları · 202024,4bin okunma
Svetlana Alexievich – Last Witnesses
10/10
·293 syf.··
2025 69. kitabı
·
8 günde okudu
·
Okunma: 06 Aralık 2025 09:52
Bəzi kitablar var ki, onları bitirdikdən sonra da uzun müddət insanın fikrindən çıxmır. “Last Witnesses” - “Son Tanıklar” mənim üçün məhz belə kitablardan biri oldu. Bu kitab İkinci Dünya Müharibəsini uşaqların gözündən göstərir. Burada nə hərbi strategiyalardan, nə də döyüşlərin gedişatından danışılır. Əvəzində, müharibənin insanların həyatında qoyduğu izləri, xüsusilə də uşaqların yaddaşında açdığı yaraları görürük. Müharibə başlayanda hələ çox kiçik olan insanların xatirələri illər sonra belə eyni ağrı ilə danışılır. Svetlana Alexievichin ən güclü tərəflərindən biri insanların səsini olduğu kimi oxucuya çatdırmasıdır. O, hadisələri izah etməyə və ya qiymətləndirməyə çalışmır; sadəcə danışanlara yer verir. Nəticədə oxucu özünü sanki həmin insanların qarşısında oturub onları dinləyirmiş kimi hiss edir. Hər bir hekayə qısa olsa da, içində bütöv bir həyat, bir itki və yarımçıq qalmış bir uşaqlıq var. Kitabı oxuyarkən məni ən çox təsirləndirən məqam müharibənin uşaqlardan nə qədər çox şey aldığını görmək oldu. Onlar yalnız evlərini və ya yaxınlarını itirmirdilər; təhlükəsizlik hissini, qayğısızlığı və dünyaya olan sadə etimadlarını da itirirdilər. Bəzən cəmi bir neçə abzasdan ibarət olan xatirələr belə yüzlərlə səhifəlik romanlardan daha güclü təsir bağışlayırdı. Bu əsəri oxuyarkən tez-tez düşünürdüm ki, tarix kitablarında müharibələr adətən rəqəmlər, tarixlər və nəticələr vasitəsilə izah edilir. Amma “Last Witnesses” həmin rəqəmlərin arxasında duran insanları göstərir. Kitab müharibənin siyasi və ya hərbi tərəflərindən çox, onun insan ruhunda buraxdığı izlərdən bəhs edir. “Last Witnesses” tarixi hadisələr haqqında məlumat almaq üçün deyil, həmin hadisələrin insan talelərində yaratdığı izləri hiss etmək üçün oxunmalı olan kitablardandır. Ağır mövzusuna baxmayaraq, son
Son TanıklarSvetlana Aleksiyeviç · Kafka Yayınları · 2019421 okunma