Məni həyata tutundurmaq üçün dəridən-qabıqdan çıxan həyat yoldaşıma ithafən
● Açıqlama
1. Dostoyevskinin 'Ecinniler' adlı əsərinin məşhur inancsız obrazı.
2. Viktor E. Frankl - Avstriyalı psixiatr. 'Üçüncü Vyana Məktəbi'nin və loqoterapiyanın qurucusu.
3. Herman Hesse özünün 'Yalquzaq' adlı əsərində intiharı bir növ 'arxa qapıdan çıxış' olaraq adlandırır.
4. Viktor E. Franklın 'İnsanın Anlam Arayışı' kitabındandır sitat.
5. Viktor E. Franklın 'İnsanın Anlam Arayışı' kitabındandır sitat.
6. Bu barədə gələn analizdə daha geniş yazmağa çalışacam.
Alfred Alvarez - şair və tənqidçi. İntihar akt deyil, insan olsaydı əgər, tərcüməçisi, meneceri olacaq şəxs. Əvvəl uğursuz intihar cəhdi oldu, daha sonra boşandı, ən sonunda isə bunun üzərinə kitab yazdı və yaşadıqlarını harmanlayıb belə qeyd etdi; 'Boşanmak gibi intihar da bir başarısızlığın itiraf edilmesidir' (93. səh). Daha sonra da ikinci dəfə ailə qurdu və sanki həyatın inadına 90 yaş yaşadı..
Kitabın əsası intiharın tarixi üzərinədir. Uzun, çətin və ironik bir keçmişi var bu aktın. Seks qədər qədim deyil, bəlkə, amma çox keşməkeşlər gördüyündən bəhs edir Alvarez. Romada ucaldılıb, Qədim Yunan dövründə doruğu görən, daha sonra isə Nietzschse'nin 'kölə əxlaqı' deyə damğaladığı xristianlığın gəlişi ilə Avropada lənətlənib, ən nəhayətində isə Renessans ilə yenidən necə canlandığından bəhs olunur əsərdə. Lakin müəllif təkcə bununla yetinmir, həmçinin, Danteni salamlayıb Freuda alqış yağdırır, Dostoyevskinin şərəfinə sağlıq deyib, Kirilov¹ üçün də rəhmət göndərərək dadaistləri və daha çoxunu - əsas da şairləri - yad edərək mövzunu geniş şərh etmə çabası ilə çırpınır. Qədim Yunanların kamilliyin ən uca pillələrini ayaqları altına ala bildiklərini düşünürəm. Bunun səbəbi isə intiharla bağlı olan bənzərsiz və yəqin ki, əsla