Və sonunda o möhtəşəm kitab bitdi...
9/10
·376 syf.··
2026 3. kitabı
·
7 günde okudu
·
Okunma: 12 Mayıs 2026 21:54
İlk öncə kitab üçün əziz dostum Jamess -ə təşəkkür edirəm. Tək kəlimə ilə möhtəşəm idi. Kitabda dedektiv, gerilim və psixoloji vəziyyətlər əsas yer tuturdu , - ən çox bəyəndiyim janrlarr . Bəyəndiyim başqa bir cəhəti isə , kitabın yazarının həkim olması səbəbindən tibbi biliklərə də yer verilməsi idi. Böyük maraqla oxudum. Favori kitablarım ve yazarlarım arasına sözsüz ki daxil oldu .
CerrahTess Gerritsen · Doğan Kitap · 201817,2bin okunma
Abaddon
10/10
·384 syf.··
Beğendi
·
2025 9. kitabı
Rövşen Abdullaoğlu Rövşən Abdullaoğlunun aldığım ilk əsəri idi. Daha öncəkiləri oxusam da bu öz kitablarım olmayıb. Nə yaxşı ki də aldım! Kitab çox axıcı idi çox tez bitirdim. Bu əsəri digər oxuduqlarımdan daha çox sevdim. "Relslər üzərinə uzanmış adam"dan belə.. "Abaddon" psixoloji-detektiv janrında bir romandır. Əsər silsilə qatilin törətdiyi növbəti qətl hadisəsinin cinayət yerində araşdırılması ilə başlanır. Hadisələr İrlandiyanın Kork şəhərində baş verir. Silsilə qatil artıq neçənci dəfədir ki, oxşar xarici görünüşüə malik qadınları taparaq ağlasığmaz və amansız üsullarla öldürür. Qatilin kimliyini müəyyən etməkdə çətinlik çəkən şəhər polisləri paytaxt Dublindən Şon Onil adlı müstəntiqin bu işi çözmək üçün gəlməsinə səbəb olur. Yazıçı əsərində müxtəlif zaman və məkanlarda fərqli hadisələrə toxunaraq oxucunun fikrini yayındırır. Son səhifələrə kimi "qatil (ya da qatillər) axı kimdir?" sualı beynində dolanır. Eyni zamanda "görəsən bu hadisələrin bir-biri ilə və qətllə, qatilin kim olduğuyla nə əlaqəsi var?" sualı da.. Lakin sonda savadlı kriminal psixoloq Erin Parker və işində peşəkar müstəntiq Şon Onilin birgə səyi nəticəsində caninin kim olduğu müəyyən olunur. Amma bu qatil digər detektiv kitablarda olanlara bənzəmir... Əsərdə eyni zamanda Erinlə Onilin sevgi münasibətinə də azca yer verilib. Həmçinin Onilin daxili ədavəti də öz əksini tapır. Kitabda sevdiyim hissələrdən biri "Səmtslik effekti" idi, biri də dinin əslində elmə zidd olması anlayışının "düzəldilməsi" idi. Burda teoloq yazıçı yenə də öz zəkasını göstərib. PS: Kitabı 2 dəfə oxumuşam. İlkində Reyə yazığım gəlmişdi. İkinci dəfə oxuyanda isə əslində Reyin uşaqlıqdan satqın və zəif xarakterli olduğunu anladım. Amma sonluq belə olmamalıydı... 10/10.
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024766 okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
10/10
·398 syf.··
Beğendi
·
2025 8. kitabı
·
7 günde okudu
·
Okunma: 19 Temmuz 2025 19:57
“Ve dehşetin soğuk pençesini hissedeceksin” cümləsinin olduğu üz qabığı ilə başlayan kitabda, həqiqətən hər səhifədə bu cümlənin həqiqətini hiss edə biləcəksiniz. Baş obraz Psixiatr Jan Fornsterin qonşuları Alexandra, qardaşı Svan müəmmalı şəkildə arda arda ölür. Eyni zamanda atası da Bernard Fornster də həmin gecə maşın qəzasında ölür. İllər sonra Jan, öz keçmişi ilə üzləşmək üçün doğulduğu şəhərə — Fahlenbergə qayıdır. Burada bir psixiatriya klinikasında işə başlayır. Lakin bu işi araşdırmağa davam etdikcə geridə qalan sevdikləri, bu işdə ona kömək etmək istəyən insanlara da zərər gəlməyə başlayır. Daha sonra Nathalie, Carmen, Rudhi, Marnberg, Alfred və s kimi obrazlar da kitaba maraq qatır. Bu yazıçıdan oxuduğum ilk əsər idi. Və niyə bugünə kimi, yazıçının qələmi ilə tanış olmadığımı sorğulayıram. Yazıçının təxəyyülü, yaradıcılığı məni valeh etdi. Əsər bir dəfə belə olsun öz həyəcan dinamikasını itirmir. Və insanı davamlı maraqda saxlayır. Əsərin sonuna isə qatilin kimliyi məni yanıltdı. Qatil Klinikanın baş psixiatrı Rainmend Fleischer çıxır. Sonda isə Janın uşaqlıqdan bəri saxladığı səs yazma cihazı onu qurtarır. Və sonda gözyaşlarımı saxlaya bilmədim. Çünki əsərin hər obrazına (neqativ və ya pozitiv), xüsusilə baş obraz Jana dərin bir simpatiya duyurdum. Yazıçı o qədər ustalıqla hər obraza lazımı yeri verib ki, bunun üçün uzun müddət sonra oxuyuğum açıq ara ən yaxşı kitablarım arasında yerini ala bildi
ŞizofrenWulf Dorn · Pegasus Yayınları · 20166,9bin okunma
10/10
·384 syf.··
2025 17. kitabı
·
6 günde okudu
·
Okunma: 16 Temmuz 2025 17:05
Mənim ən sevimli kitablarım arasına daxil oldu. Saf , təmiz məhəbbət . İllər keçsə də, insanlar dəyişsə də ilk sevgi ilk məhəbbət unudulmur. Bu kitab bir daha bir şeyi xatırlatdı : həyatda hər şey hər zaman olmur. Alnimizdaki görünməz mürəkkəb elə ordaca qalır və bizim həyatımıza yön verir.
Edebiyat
Tehranda Kitab DükanıMarjan Kamali · Qanun Nəşriyyatı · 2023396 okunma
Puan vermedi·224 syf.··
2025 1. kitabı
·
1 saatte okudu
·
Okunma: 09 Nisan 2025 11:34
Bu kitab məndə çox uzun illərdi var.Və bir dəfə oxumuşdum. Kitablarım arasında yenidən gözümə dəydi və bir daha oxumaq istədim. Sanki ilk dəfə oxuyurmuş kimi hiss edir və heçnə xatirlamırdım. Taki Kənanla rastlaşana qədər. Kitabi çox sevərək oxusamda bəzi hissələr çox uzun gedirdi və sıxılırdım. Hekayə Qəmər adlı bir qızdan bəhs edir. Ailə ilə yaşadığı problemlərdən ,anasının onu tərk etməsindən,atasiyla sonra xoşbəxt olmasından. Ama onun üçün ən böyük xoşbəxtlik universitetə qəbul olduqdan sonra tapdığı sevgidir Yeni oxuyanlar üçün marağı qaçmasın deyə çox spoilər vermek istəmirəm. Sadəcə mənə bir məqam həmişə sual olaraq qalacaq, Əgər Qəmər Kənanın necə olduğu onunla vaxt keçirmədən ona bağlanmadan əvvəl bilsəydi,bu hekayə yenə belə davam edərdimi!? Yoxsa sevgi hərşeyə rəğmən deməkdimi. Hərkəsə xoş mütaliə’lər
ƏnMəsudə Cabbar · Digər Nəşriyyat · 2016314 okunma
2/10
'Milliyətçi bir rəssamın Führer'ə, yəni diktatora çevrilməsinin gerçək tarixçəsi' Herhangi bir cismin düşüş derinliği daima son durumu ile, düşmeden önce bulunduğu durumu arasındaki mesafe ile ölçülür (157. səh). Adolf Hitler ● Açıqlama: 1. 'Parazit' deyə xitab etməm o demək deyil ki, insanların seksual həyatı məni maraqlandırır, yox, sadəcə olaraq ümumi alqılara görə fikrimi izah etməyə çalışıram. 2. Açılımı: Qida Təhlükəsizliyi Agentliyi. 3. VVerner Maser'in 'Adolf Hitler' adlı biografik əsərində haqqında yazdığım mövzuya geniş yer verilir, baxa bilərsiniz. 4. Chuck Palahniuk özünün 'Ölüm Pornosu' kitabında bu barədə yazıb. 5. Hakan Günday'ın ilk əsəri olan 'Kinyas ve Kayra'nın baş qəhrəmanlarından biri. 6. Replika 'Ezel' serialına aiddir. 7. 125. səhifəyə aid olan alıntıdan kəsinti. Tam fikir belə idi: 'Propaganda daima ve sadece kitlelere hitap etmelidir. Aydınlar için yahut aydın denen kimseler için propaganda değil, ilmi izahat yapılmalıdır'. 8. Mənbə: Henrik Eberle & Matthias Uhl/Hitler Kitabı. 9. Mənbə: Henrik Eberle & Matthias Uhl/Hitler Kitabı. İsadan sonrakı təqvim 2016-cı ilin avqust ayının 18-ini göstərirdi və mən Stalin'in cəza olaraq insanları sürgün etdiyi torpaqlardan könülsüz olaraq ayrılmışdım. Yanımda iki çantam vardı və paltarlarım olandan daha da böyük olan digərinin içərisi - əsuslar olsun ki - nə spirtli içki ilə, nə də uşaq ikən dayımdan tez-tez istədiyim sarışın Nataşalarla dolmuş idi, yalnız - çoxlu - kitablar vardı. Klassik və underground əsərlər.. Bir də əlçatmazlıqdan pdfini - müdürdən xəbərsiz - vərəqə çap etdiyim vərəq-kitablarım. İçlərində ən gözdəm olan 'Mein Kampf' əsəri idi və onun da yanına zorla bir şüşə "pay olaraq filankəsə verərsən" deyilib içərisinə dürtüşdürülən vodka qoyulmuşdu. Azərbaycana çatdım, stüardessalar məni
İnceleme
KavgamAdolf Hitler · Anonim Yayıncılık · 202112,8bin okunma