Kitab Levi üslubunda; axıcı, maraqlı və mən deyərdim yenə də "Yerlə göy arasındadır" (Yeri gəlmişkən, müəllifin ilk əsərinin adı da məhz belədir "Yerlə göy arasında") Mən bu bənzətməni niyə etdim? Çünki Levi həmişə qəhrəmanlarına elə fantastik şanslar verir ki, kitabları maraqla oxunur. Bu dəfə müəllif öz qəhrəmanı Endryu Stilmana ölümündən sonra onu kimin öldürdüyünü öyrənməsi üçün vaxt və şans verir.
Kitab Madam Dü Defanın "Başqalarından imtina etdiyimiz kimi, özümüzdən də imtina edə bilsəydik çox xöşbəxt olardıq" sözləri ilə başlayır. Əsər boyu baş verən hadisələr bizi yenə bu cümlələrə gətirir.
Endryu jurnalistdir və öz həmkarları arasında rəqabət hissi yaradan insandır.
Endryu jurnalist araşdırmasının gedişində öz uşaqlıq sevgisi Valeri ilə rastlaşır və onlar yenidən birlikdə olmağa qərar verir. Bu qərar onları evliliyə qədər aparır. Lakin Endriyunun qərarsızlığı və hərdəmxəyal olması bu toyun baş tutmamasına gətirib çıxarır. Belə ki, Endryu toyu günü nişanlısını tərk edir və restoranda görüb heç tanımadığı bir insanın ardından gedir. Bu gedişlə Valeri həyatının ən ağır zamanlarını yaşayır.
Bundan sonra Endryu Stilman səhər idman qaçışı zamanı naməlum şəxs tərəfindən ölümcül bıçaqlanır. Jurnalist huşunu itirir və özünə gələndə həyatının 2 ay öncəki gününə qayıtdığını anlayır. Tale ona 2ci dəfə şans verib, bircə Qatili tapmaq qalır..
Stilmanı öldürmək istəyənin kimliyi sizi çox təəccübləndirəcək və sonda ona qalan elə Valeri olacaq
Kitabı oxumayan kitabsevər dostlarıma mütləq önərirəm. Xoş mütaliələr! Kitabı oxuyanlar rəy bölməsində kitabla bağlı təəssüratlarını mənimlə bölüşə bilərlər
Məqsəd kitabı oxumaq deyil - məqsəd kitabsevər olmaqdır.
Məqsəd marafon qaçmaq deyil - məqsəd qaçışçı olmaqdır.
Məqsəd musiqi alətində ifa etməyi öyrənmək deyil - məqsəd musiqiçi olmaqdır.
Davranış dəyişikliyinin arxasında inanc dəyişikliyi dayanmırsa, bu dəyişiklikləri uzunmüddətli perspektivdə saxlamaq sizə çətin olacaq Şəxsiyyətin bir hissəsinə çevrilməsə, bütün yaxşılaşmalar müvəqqəti xarakter daşıyır.
• Məqsəd kitabı oxumaq deyil - məqsəd kitabsevər olmaqdır.
• Məqsəd marafon qaçmaq deyil - məqsəd qaçışçı olmaqdır.
• Məqsəd musiqi alətində ifa etməyi öyrənmək deyil - məqsəd musiqiçi olmaqdır.