10/10
·455 syf.··
Beğendi
·
2026 20. kitabı
·
13 saatte okudu
·
Okunma: 01 Mayıs 2026 11:54
Bu kitabı mən Universitetin ikinci kursunda aldım, amma sırf müəllifi haqqında məlumatı olduğumdan onun xətrinə alınan bir kitab idi. Bir kitabsevər olaraq, bu kitabı 2022-ci ildən bəri nə mövzsuna baxmış, nə də əlimə almışdım. Sanki, kitabdakı personajların taleyi kimi, kitaba qarşı içimdə qəribə bir biganəlik vardı. Kitab oxumaq həyatımın çox önəmli bir hissəsi olsa da, bu kitabı unutmuşdum. Dünən bir dostum keçiriləcək kitab klubunda bu kitabın müzakirəsi olacağını, mənimdə gəlmək istəyib-istəmədiyimi soruşdu. Məndə razılaşdım, eləcə də dünən əlimə aldığım bu kitabın dörd illik məndə olan lənətini qırdım. İnanın mənə, kitabı bir günə bitirdim və oxuduğum zaman əlimdən buraxa bilmirdim, sanki ordakı dünyada yaşayırmışam kimi, məni o qədər içinə çəkdi ki, ordakı obrazların halına ağlayır, qəhr çəkir, heyrətlənirdim. İndi isə kitabı oxuyacaq olanlar bu hissəni görməzdən gəlsinlər, yəni spoilər kimi düşünün. Hadisələri ilk səhifələrdə anası ilə ucqar bir kənddə kasıb bir daxmada yaşayan, Nanasının (anasına belə səslənirdi) acıqlı sözləriylə, Cəlilin hər həftə evlərinə cümə günü gəlişini səbirsizliklə gözləyən intizarıyla, evlərinə arada qonaq gəlib onlara pay gətirən Bibicanıyla, Molla Feyzullahın ona öyrətdiyi biliklərlə, quran oxumasıyla kiçik dünyasının içində yaşamını sürdürən balaca Məryəmin dilindən oxuyuruq. Kitabın ilk səhifəsində görürük ki, Nanasının ona dediyi “hərami” sözünün hələ uşaq dünyasına yad olduğundan mənasını anlaya bilmir. Beləcə, o sanki gələcək həyatından xəbər verən Nanasının gözü kimi baxdığı, nənəsindən qalan qabı əlindən salıb sındırması paramparça olacaq həyatına nişan verir və hərami olduğunu ilk dəfə anasından eşidir. Həyatın ağırılı günlərini yaşayan Nanası Cəlilin evində qulluqçu işləyərkən onun qeyri-qanuni şəkildə Cəlildən hamilə
Möhtəşəm qadınlar
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,6bin okunma
"Gənc Verterin acıları"
6/10
·152 syf.··
2025 69. kitabı
·
8 günde okudu
·
Okunma: 23 Eylül 2025 13:03
Johann Wolfgang von Goethe-nin “Gənc Verterin acıları” faciəvi sevgi hekayələrindən biri oldu mənimçün.Əsərin qəhrəmanı Verter həssas,duyğusal və romantik bir gəncdir.O,təbiəti, incəsənəti,azadlığı sevir.Onun həyatını dəyişən əsas hadisə Lotty ilə tanışlığı olur.Verter bütün varlığı ilə onu sevir,amma bu məhəbbət mümkün deyil.Çünki Lotty Albert adlı bir gənclə nişanlanıb. Verterin acısı elə buradan başlayır.O,sevgisi ilə reallıq arasında sıxılır.Nə Lottydən uzaq qala bilir,nə də onunla birgə xoşbəxt ola bilir.Bu daxili mübarizə getdikcə dözülməz hala gəlir və faciəvi sonluqla bitir.Sonu haqqında spoiler vermək istəmirəm. Mənə görə əsər depressiv bir əsər idi.Təsiredici cümlələr çox idi.Amma mövzu baxımından sadə gəldi.Hətta sonda sinir krizi keçirdim. Sizə isə 2 sualım var,əziz kitabsevər dostlarım. 1.Sizcə sevgi uğrunda hər şeyə dəyərmi? 2.Yoxsa bəzən hisslərimizi susdurmağı öyrənməliyik?
1000Kitap
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Halk Kitabevi · 2021150,2bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
İftarı gözləyərkən
5/10
·176 syf.··
2025 5. kitabı
·
17 günde okudu
·
Okunma: 12 Şubat 2025 15:32
Kitabı mənə çox hörmət etdiyim, dəyərli bir kitabsevər yaxınım hədiyyə etmişdi və oxumağımı xahiş etmişdi. Kitabı hər dəfə metroda oxuyurdum. Yazarın qələmi çox axıcıdır və sadə dildə insanın mövzuları asanlıqla anlamasını təmin edir. Bəlkə də səhv vaxtda oxudum, ya da müəyyən qədər din mövzusunda fikirlərim fərqli olduğu üçün kitab məni Carpe Diem #k:ilqar İlqar Kamil 379331 diem__book bir az sıxdı, deyə bilərəm. Təbii ki, bu, şəxsi düşüncələrimdən irəli gəlir. Məncə, dindarlarımız bu kitabı çox bəyənəcəklər və onların ən sevdikləri kitab olacaq. Hər dəfə fərqli bir mövzu və yeni bir fikir aşılayır. Dinə aid bir kitab olmasına baxmayaraq, məncə, burada yalnız din yox, həm də insanlıq, fəlsəfə və digər mövzulara çox gözəl toxunulub və hər kəsin rahatlıqla anlaya biləcəyi şəkildə izah edilib.
Din
Həzrət Eşqİlqar Kamil · İrşad Nəşriyyatı · 202337 okunma
Fəlsəfəəəəə
8/10
·72 syf.··
2025 4. kitabı
·
22 saatte okudu
·
Okunma: 16 Ocak 2025 13:00
~ Salamlar, kitabsevər dostlar! Bilirəm, bu ara oxuyub bitirdiyim kitabların təhlilləri arasında uzun aralar verdim amma ilk bunu paylaşım (üstündən neçə həftə keçib) Fəlsəfəni necə sevdiyimi bilirsiniz və bu dəfə də ilin oxuduğum ilk kitablarından biri də, məhz @destekyayinlari ‘nın ‘fəlsəfə seriyası’ndan olan Diogenes Laertios ‘in Sen Beni Aşağılayabilirsin Ama Ben Aşağılanmam kitabı oldu. Və onu deyim ki, nəşriyyatın bu seriya kitablarını çooox sevirəm Diogen’ə görə, ən doğru yol insanın batininə olan, ən gözəl inkişaf isə özünü kəşfetməsi ilə başlayır. Və insan xoşbəxt, hüzurlu yaşamaq istəyirsə, ‘artıqlıq’ olan hər şeydən qurturmalı və mənəvi zənginliyinə zənginlik qatmalıdır. “Əsl xoşbəxtlik, insanın həm zehni, həm də ruhunun sevinc içində olmasıdır” deyərək xoşbəxtliyin izahını da çox incə şəkildə vermiş olur. Kitabda; Diogenin fəlsəfi görüşləri, xoşbəxtlik, sevgi, insanlığa aid fikirləri yer alır. Zahirin keçici, batinin isə əbədi olmasını vurğulayır və insanların bədənimizi deyil, ruhumuzu sevməsinin önəmli olduğunu, zehnin səhərdlərinin olmadığını izah edir. Mən sevərək mütaliə etdim və aydınlandım. Oxuyacaq olanlara indidən faydalı mütaliələr və növbəti paylaşıma qədər ədəbiyyatla qalın ’
Felsefe
Sen Beni Aşağılayabilirsin Ama Ben AşağılanmamDiyojen · Destek Yayınları · 20203,091 okunma
Puan vermedi·256 syf.··
2024 3. kitabı
·
3 günde okudu
·
Okunma: 31 Temmuz 2024 00:00
Oxuduğum ən maraqlı detektiv əsərlərdən biridir və bu kitab mənə hədiyyədir. Burdan da hədiyyə üçün minnətdarlığımı bildirirəm,bir kitabsevər üçün ən gözəl hədiyyə heç şübhəsiz ki,elə kitabdır. Gələk kitaba,hadisə qatarda baş verir və Erkül Puaro da təbii ki,həmin qatardadır. Burda cinayətkarı tapmaq çox çətindir,çünki hərkəs şübhəlidir. Lakin Erkül Puaro öz iti ağlı və bacarığı sayəsində bu cinayətin sirrini aşkara çıxarır. Əsər çox axıcı və maraqlı idi. Hərkəsə xoş mütaliələr
Şərq Ekspresində QətlAgatha Christie · Qanun Nəşriyyatı · 202036,1bin okunma
10/10
·779 syf.··
2024 8. kitabı
·
49 günde okudu
·
Okunma: 01 Nisan 2024 00:09
Budala'nı niyə oxudum? Mən bu kitabın adını ilk dəfə 18 yaşımda eşitmişdim. O zaman kitablardan çox danışırdım və dinləyənlərdən birinin "İdiotu oxumusan" sualını verməsi məni çox zavallı bir vəziyyətə salmışdı. Hətta dinləyən (rusdilli idi, onun deyəsən, xəbəri yox idi ki, elə bizim dildə də, kitabın adı İdiotdur.) "Budalanı deyirəm" deyib düzəltmişdi guya.  Sanki o da, inana bilmirdi ki, necə oxumamışam o kitabı. Bir müddət bu məsələ məni narahat etsə də, sonra unutdum. Bu kitabı da, beləcə illərlə oxumadım. Bu ilə qismət imiş. Budala deyəndə mənim gözümdə saf, insansevər, hər cür iyrənc əməldən uzaq İsa peyğəmbər gözümdə canlanır. Bu mənim artıq Budala deyə son müraciətim olacaq, onu öz adıyla, Mışkin deyə ifadə edəcəm, çünki özü də, Budala sözündən heç xoşlanmır. Mışkin bir gün, xəstəliyi sağalmayınca İsveçrədən Rusiyaya qayıdır. O burada eyni soydan gələn Lizaveta Prokofyevnanın evini ziyarət edir. Bir-birinin ardınca maraqlı hadisələr bundan sonra başlayır. Bəzi yerlərdə Mışkin oxucuya İsveçrədəki yaşadığı torpağa aparıb miskin həyatını göstərir. Bu əsərdə də, Dostoyevskinin digər əsərlərində olduğu kimi epilepsiya xəstəsi var. Karamazov qardaşlarında olduğu kimi güclü qadın obrazı var. Güclü sözünü bir az açmaq istəyirəm. Nastasya Filippovna əslində kitabsevər, empatiya qurmağı bacaran, humanist biridir. Lakin ictimaiyyətə o, alaycı, sayğısız, çirkin tərəfini göstərir. Bu da, əslində, bəlkə də, Filippovnanın yaşamaq üçün o cür davranmalı olduğunu düşünməsindən irəli gəlir. Təbii ki, onun özünü artıq sayğısız biri kimi tanıtmasının da, böyük əhəmiyyəti var. Artıq o, istəsə belə, şərəfli bir insana çevrilə bilməyəcək. Kitabda ən çox xoşuma gələn obraz Gavrila obrazı oldu. Həyatında indiyə qədər heç bir şey etmədiyinə görə, əlindən gələni edirdi ki, (hətta buna
BudalaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 201231,6bin okunma