Abşeron Yarımadamı

Ramil Əhməd

Abşeron Yarımadamı Hakkında

Abşeron Yarımadamı konusu, istatistikler, fiyatları ve daha fazlası burada.
0/10
0 Kişi
3
Okunma
Beğeni
237
Görüntülenme

Hakkında

Abşeron – küçələri tənhalığın təkrarına qafiyələnmiş qoca və yorğun şərqin almasız nağılı, oyan bu yuxunu. Üzüqara gecələrinə de ki, utanmasınlar günəşi yandırsınlar, təkliyin qaradərilisini qaranlıqla qorxutmasınlar! Gölməçələrinə, şüşəli binalarına və aynalarına de ki, göstərməsin əksimizi, çoxaltmasın yalnızlığımızı, çoxaltmasın Abşeron yarımadamlığımızı...
Türler:
Tahmini Okuma Süresi: 3 sa. 17 dk.Sayfa Sayısı: 116Basım Tarihi: 2022Yayınevi: Parlaq İmzalar
ISBN: 9789952547382Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Yazar Hakkında

Ramil Əhməd
Ramil ƏhmədYazar · 2 kitap
Ramil Əhmədov 1994-cü il yanvarın 1-də anadan olub. 2000–2011-ci illərdə Şuşa rayon Malıbəyli kənd 2 saylı orta məktəbində təhsil alıb. 2006–2011-ci illərdə Şuşa rayon Malıbəyli kənd uşaq musiqi məktəbində musiqi təhsili alıb. 2011–2015-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 2015–2018-ci illərdə "Yunus Əmrə Türk Dili Təqaüd Proqramı"nı qazanaraq Memar Sənan Gözəl Sənətlər Universitetinin Türk Dili və Ədəbiyyatı ixtisası üzrə magistr təhsili alıb. 2018–2023-cü illərdə İstanbul Universitetinin doktorantı olub.2023-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Müxtəlif illərdə "525-ci qəzet"in mədəniyyət müxbiri olaraq işləyib. 2013–2015-ci illərdə fəaliyət göstərən Azərbaycan Yazıçılar Birliyinin və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbi"nin məzunudur. 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin 21 nəfərdən ibarət Gənclər Şurasına üzv seçilib. 2015–2016-cı illərdə İstanbul Elmlər Akademiyasında "Türk Dili və Ədəbiyyatı" dərslərində iştirak edib. 2017-ci ildə Avrasya Yazarlar Birliyinin təşkil etdiyi "Türk Dünyası Gənc Yazarların Görüşü"ndə Azərbaycanı təmsil edib. 2019-cu ilin fevral-may aylarında Anadolu Yazarlar Birliyinin təşkil etdiyi "Çeviri Atölyesi" layihəsində iştirak edib. 2019-cu ildə İstanbul Universiteti Azərbaycan Kültür və Dayanışma Topluluğunun Mədəniyyət koordinatorluğunu icra edib. 2019-cu ildə Dünya Ədəbiyyatı jurnalının redaksiya heyətinə üzv qəbul edilib. "Ulduz", "Naşir", "Kitabçı" jurnallarında, "525-ci qəzet", "Ədəbiyyat qəzeti" və s. qəzetlərdə şeir, publisistik məqalə, tərcümə və müsahibələri dərc olunub. Türkiyənin müxtəlif dil və ədəbiyyat araşdırmaları jurnallarında Azərbaycan, Türk və dünya ədəbiyyatlarına dair bədii və elmi məqalələri işıq üzü görüb. Bir çox elmi araşdırmalarıyla İstanbul Universiteti, Trakya Universiteti, İstanbul Mədəniyyət Universiteti, Avrasiya Araşdırma Mərkəzi kimi nüfuzlu qurumların təşkil etdiyi konfranslarda çıxış edib. 2020-ci ildə Makedoniyada keçirilən "VI Yəhya Kamal Beyatlı Şeir Festivalı"nda Azərbaycanı təmsil edib. 2021-ci ildə Xocavənd rayonu üzrə nümayəndə təyin edilib. 2023-cü ildə II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Macarıstan günlərinin koordinatoru olub.