Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Agnes Gönderileri

Agnes kitaplarını, Agnes sözleri ve alıntılarını, Agnes yazarlarını, Agnes yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
152 syf.
10/10 puan verdi
Beyin yakabilme potansiyeli yüksek. 3 kere okumuş olmama rağmen asıl olayı çözebilmiş değilim. Sosyal platformlarda farklı teoriler uyandıran, ince düşünülmüş, fazlasıyla başarılı yazılmış bir kitap.
Agnes
AgnesPeter Stamm · Fischer Taschenbuch · 200927 okunma
İnsan gördüklərində yaşayır və ölür, deyib Paul Valery, amma insan yalnız düşündüyünü görür.
Reklam
Və bunun xoşbəxtlik olduğunu yalnız uzaqdan baxanda görmək olar.
-Həmişə bir kitabı oxuyub qurtaranda kədərlənirəm. - Aqnes dedi, - elə bil ki, bu kitabın bir personajina çevrilirəm. Əsər qurtaran kimi bu obrazın da ömrü başa çatır. Bəzən da sevinirəm. Belə halda qorxulu bir yuxudan oyanmış kimi oluram, özümü yenidən dünyaya gəlmiş kimi yüngül və azad hiss edirəm. Hərdən öz özümdan soruşuram ki, yazıçılar bizə nələr elədiklərini, bizi nə hallara saldıqlarını bilirlərmi?
Sayfa 102Kitabı okudu
Sən məni sevmirsən, heç mən də səni sevmirəm. Burda bir şey yoxdur. - o, gülərək dedi. Əsas məsələ odur ki, biz bir-birimizə sevinc bəxş edirik.
Xoşbəxtlik nöqtələrlə, bədbəxtliksə xətlərlə ifadə olunur, - o dedi. - Əgər sən bizim xoşbəxtliyimizi təsvir eləmək istəyirsənsə, Sorat kimi çoxlu balaca nöqtələr çəkməlisən. Və bunun xoşbəxtlik olduğunu yalnız uzaqdan baxanda görmək olar.
Reklam
Məni Aqnesdən yalnız bir santimetr qalınlığında şüşə ayırır- cəmi cümlətanı bir addım. Amma pəncərələri açmaq olmur.
132 syf.
6/10 puan verdi
Xaotik kiçikhəcmli roman
Bu kitabı “Kibrit kitab evi”ndən 2 manata (50% endirim ilə) aldım. Kitabı da dərs aralarında oxuyub bitirdim. Kitab çox axıcıdır, bəzi məqamlar müəmmalı qalır, düşünürəm ki, müəyyən informasiyalar öz əksini tapmalı idi, amma anonim qalıb. Kitabı oxuyanda müəyyən epizodlar öz həyatıma yaxın idi deyə doğma hiss etdim (quote-larım da var, amma bura yazmağa ərinməyim gərək). Bəzi yerlər də elə axmaq idi ki, personajları, hərəkətlərini öz həyatımla əlaqələndirdiyimə görə əsəbdən pis hiss edirdim. Hamiləlik və qısqanclıq haqda olan hissələr daha əvvəl fikirləşdiyim mövzuları təkrarən düşünməyimə səbəb oldu. Yekunda, kitabı pis adlandıra bilmərəm, amma xoşuma da gəlmədi. Tərcüməsi də daha yaxşı ola bilərdi.
Aqnes
AqnesPeter Stamm · 027 okunma
132 syf.
9/10 puan verdi
Kitab yazmağa çalışan orta yaşlı jurnalist və ondan yaşca iki dəfə böyük olduğu sevgilisi Aqnes... Aqnesin istəyi ilə sevgilisi onlar haqqında hekayə yazmağa başlayır. Bir müddət sonra hekayənin nə qədər real, reallığın nə qədər hekayə olduğunu təyin etmək olmur. Qəribədir ki, roman boyunca ölüm düşüncəsinin həzin külək kimi əsdiyi və bəzən də yaşananların kölgəsi altında şiddətli qasırğaya çevrildiyi hiss olunur. Jurnalistin (əsərdə adı verilmədiyi üçün onu belə adlandıracağam) etdiyi hərəkətlər məni çox qəzəbləndirdi. Lakin hər şey sanki belə olmalıymış kimi, onu qınaya bilmədim. Bəlkə də Aqnes heç yaşamamışdı, bəlkə tək yaşayan Aqnes idi, bəlkə heç bunun fərqi də yoxdu.. Sıradan bir cütlüyün münasibətlərini əks etdirən bu sadə hekayəni çox sevdim.
Aqnes
AqnesPeter Stamm · 027 okunma
Biz inanırıq ki, hamımız bir dünyada yaşayırıq. Eyni zamanda hər kəs öz tunelinin içiylə gedir, nə sağa, nə də sola baxmadan. Yalnız öz ömrünü xərcləyir və arxasında buraxdığı zir-zibillə geriyə yolunu bağlamış olur.
Sayfa 108
Reklam
Sivilizasiya nazik bir dəridir, ona qulluq etməyəndə tezliklə yırtılıb gedir.
Sayfa 61
Allahım nasip etme -_-
Yeva heç olubmu ki, saçından tutub sürüyürlər, amma sən sevinirsən. İnsan qəribə varlıqdır. Səni saçlarından tutub dağlar, dərələr boyu sürüyürlər, amma kimsə soruşanda ki, nə olub, sən sevincək cavab verirsən ki: "Məni saçlarımdan tutub sürüyürlər!" Əgər soruşsalar ki: "Səni xilas edək?" -sən cavab verirsən: "Yox". Əgər soruşsalar: "Dözə biləcəksənmi?" - sən cavab verirsən: "Hə, dözəcəyəm, çünki məni sürüyən əli sevirəm..." Yeva, sən bilirsən ümid nədir?
Sayfa 131Kitabı okudu
Biz inanırıq ki, hamımız bir dünyada yaşayırıq. Eyni zamanda hər kəs öz tunelinin içiylə gedir, nə sağa, nə də sola baxmadan. Yalnız öz ömrünü xərcləyir və arxasında buraxdığı zir-zibillə geriyə yolunu bağlamış olur.
Sayfa 108Kitabı okudu
İnsan gördüklərində yaşayır və ölür, deyib Paul Valeri, amma insan yalnız düşündüyünü görür.
31 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.