Sevdiyimiz yazıçıların həyatlarını oxumasaq kaş....
Cek London haqqında yeni şeylər oxudum bu gün. Adam sevdiyi qadın sırf güclü qadındı deyə qorxub onunla evlənmir. Yazılarının üzünü köçürsün deyə özü kimi müəllim olan başqa qadınla evlənir. Ancaq xoşbəxt ola bilmir. Sonra yenidən evlənir. Bu dəfə evləndiyi qadınla dost olmağı bacarır, lakin həmin qadın ona bir övlad verə bilmir. İçki və ətrafında olan insanlara nifrət onu intihara sürükləyir. İntihar edərkən arvadı onu xilas edə bilərdi, lakin etmir. Çünki Cek həyata qayıdarsa, bu dəfə də onu tərk edəcəyini yaxşı bilirdi...
Bir də bir oğlu olmasını, onu yetişdirməyi çox istəyirdi, lakin həyat ona ancaq ədəbiyyatda " xoşbəxt" olmağa izn verir...