Məşhur rus yazıçısı İvan Turgenyev.
Və onun şah əsəri sayılan "Babalar ve oğullar"
Kitab ilk başlarda adi, sıradan və monoton irəliləyir. Lakin bu hissələrdə obrazları daha dərindən tanımaq mümkündü. Sonlara doğru isə çox axıcı və maraq doğuran bir kitaba çevrilir.
Arkadiy və Bazarov adlı iki oğul , onların ailələri və umumən həyatlarından bəhs olunur.
Əsərin fərqi ilk dəfə "nihilizim" "nihilist " kimi anlayışların olmasıdır ki, bu da rus ədəbiyyatında bir ilk olmuşdu.
Turgenyev kitab yayımlandıqdan sonra " Avropalı bir düşüncəyə malik yeganə Rus yazar" adlandırılıb.
Bazarovun sonunu isə heç belə təsəvvür etməzdim.
Kitabın sonunda demək olar ki bütün obrazların həyatlarının geri qalanı təsvir edilib.
Bir rus klassiki oxumaq istəsəniz , ilk oxuyacağınız kitab bu ola bilər.