Əsas məsələ --
başqalarını özün kimi istə, bax, əsas şey budur, vəssalam, artıq heçnə lazım deyil
— o saat hər şeyin yolunu tapacaqsan. Halbuki bu — milyon dəfə təkrarlanıb
oxunulan, ancaq baş tutmayan köhnə həqiqətdir! “Həyatı dərketmə həyatdan
üstündür, xoşbəxtlik qanunlarını bilmək — xoşbəxtliyin özündən üstündür” —
bax, bu fikirlə savaşmaq gərək! Savaşacağam da! Hamı istəsə, elə indi hər şey
düzələr.