Bəyaz Gecələr

Fyodor Dostoyevski

Yüksek Puanlı Bəyaz Gecələr Yorumları ve İncelemeleri

Yüksek Puanlı Bəyaz Gecələr sözleri ve alıntılarını, yüksek puanlı Bəyaz Gecələr kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

7.910 üzerinden
18bin Kişi · 2475 İnceleme
104 syf.
10/10 puan verdi
·
Beğendi
·
17 saatte okudu
Nastenkanı qınama, o bir yeniyetmə idi!
Fyodor Dostoyevski həqiqətən qəlbə toxuna bilməyi bacarır da. Şablon sözlərdən istifadə edib təhlil etməyəcəm. Nastenkanı qınayanlar olsada, mən qınaya bilmədim. Çünki Nastenkanın 10 sözündən 9-u elə kirayəşin idi, xəyalpərəstlə elə ancaq onun haqqında, ona olan məhəbbəti haqqında danışırdı. Xəyalpərəstin sanki bəxtinə elə təklik yazılıbmış. Nastenka da yeniyetmə qız idi, elə bu səbəbə görə də Nastenkanın "ümidverici" sözlərinə, vədlərinə inanmırdım, insan gənc olanda fikirləri çox tez dəyişir, nəyin ki, yeniyetmə olduqda. Nastenka kaş sonda xəyalpərəstə vədlər verməzdi, yoxsa hər şey əla gedirdi, amma bunuda Nastenkanın uşağlığına bağışladım))). Yeniyetməlik dövründə olur belə şeylər. Dostoyevskinin qələmini çox sevdim, elə yazırki sanki onu mən yaşayırmışam kimi hiss edirəm, amma Tolstoyun kitablarında elə olmadı, ona görə yarım buraxdım. Amma sonra Xəyalpərəstə də acımadım, çünki o xəyallarında həmişə xoşbəxt idi, bəlkə də elə onu yaşadan onun sevgi dolu xəyalları idi. Spoyler ola bilər! Amma bundan daha pisini yaşayan elə yeniyetmələr var ki, onlar qərarlarında daha ağıllı davranırlar. Amma təbii ki, bunu hər adam bacarmaz. Nənəsinin bu hərəkətinə görə kim zərər çəkmiş oldu sonda? Xəyalpərəst((. Məncə Nastenka kirayəşini də sevmirdi, sadəcə sancaqlı qalmış balaca otaqdan canını qurtarmaq istəyirdi, buna vasitə kimidə kirayəşini görmüşdü, bilmirəm bəlkə də həqiqətən sevirdi, amma Nastenkanın sevgisi həqiqi olsaydı ondan sonra elə Xəyalpərəstə verdiyi vədi tutardı.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201975,4bin okunma
104 syf.
10/10 puan verdi
·
Beğendi
Əsər çox sevdiyim əsərlər sırasına daxil oldu. Obrazların hissləri çox gözəl şəkildə, oxucuya çatdırılır. Dostayevskinin oxuduğum bir neçə əsəri içində ən axıcı əsəri olduğunu deyə bilərəm. Oxumağa dəyər, yenidən oxuya biləcəyim əsərdir.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201975,4bin okunma
Reklam
104 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Dostoyevskidən oxuduğum ikinci kitab, mini klassika. Bəyaz gecələr... Az səhifəsi olmasına baxmayaraq bir dəfə yarıya kimi oxuyub bitirə bilməmişdim. Və bu dəfə kitabı sona çatdırdım). Tərcümə olmağına baxmayaraq yazıçının fikirləri, cümlələri və obrazların hissləri aydın ifadə olunmuşdur. 4 gecənin və bir gündüzün əks olunaraq xəyalpərəst bir gəncin bəyaz eşqindən bəhs edir. Nastenka adlı gənc qızla təsadüfən tanış olan xəyalpərəst oğlan qıza aşiq olur. Qız isə onu yalnız dost, qardaş kimi görür. Daha sonra qız onun sevgisinə qarşılıq vermək istəsə də, əvvəlki sevgilisinə qayıdır. Və xəyalpərəst oğlan yenidən öz xəyallarına, yalnız həyatına geri dönür. Oxumağa dəyər bir kitabdır..)
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201975,4bin okunma
104 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Oxuduğum ən gözəl klassiklərdən biri oldu. Oxuduqca daha çox oxuyasım gəlirdi. Və baş obrazda özümə aid bir şeylər tapmaq, bəlkə də kitabı mənə daha çox sevdirdi. Bəyaz gecələr deyə başlayan bu kitab. Baş obrazın Nastenka adlı gənc qızla olan görüş günlərinin adıdır. Bütün həyatı kədərli və yalnız keçən adam bir gün həyatına işıq salan gənc qıza aşiq olur. Təsadüfi qarşılaşma onun bütün alışqanlıqlarını geridə buraxır. O yalnızlığa, kədərə alışmışdı,amma Nastenkaya olan sevgisi onda bütün bu kədərdən qurtulması üçün ümid işığı olmuşdu. Nə yazıq ki, Nastenkanın sonda etdiyi o iyrənc hərəkət sizə bu obraza nifrət hissi bəsləməyinizə də səbəb ola bilər. Xülasə məndə belə oldu. Kaş belə bitməsəydi,amma hər zaman xoşbəxt sonluqlar olmaz. Bəzən kədərli bitişlərdə olur. Nə demişlər kədərli bitən sonluqlar yazılar, xoşbəxt sonluqlar yaşanar. Xoşbəxtliyin bəhs ediləsi bir yanı yoxdur. Çünki xoşbəxtlik ancaq yaşanılaraq görülməlidir. Bu kitabı sizə çox çox tövsiyyə edirəm. Oxuduğunuza əsla peşman olmayacaqsınız. Və bir də çalışaq ki, Nastenka kimi amansız olmayaq. İnsanların duyğuları bu qədər dəyərsiz olmamalıdır.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201975,4bin okunma
104 syf.
9/10 puan verdi
·
13 günde okudu
İhanet mi, sadakatsizlik mi...ya da ne istediğini bilememek mi?! İnsanoğlu aşk derken ne anlıyor acaba?! Aşk gitmek mi, kalmak mı?! Aşk bitirmek mi, başlatmak mı?! Aşk var mı, yok mu?! Aşk bir tek insana karşı oluyor mu?! Hangi beyaz gecede yitirdik aşk duygumuzu acaba...
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201975,4bin okunma
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.