Bəyaz Gecələr

Fyodor Dostoyevski

En Eski Bəyaz Gecələr Yorumları ve İncelemeleri

En Eski Bəyaz Gecələr sözleri ve alıntılarını, en eski Bəyaz Gecələr kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

7.910 üzerinden
18bin Kişi · 2475 İnceleme
104 syf.
8/10 puan verdi
İlk dəfədir ki, Dostoyevski kitablarına başladım. Yazarın kitablarına başlamaq üçün doğru seçim məncə. Kitabda iki obrazımız var, xəyalpərəst və Nastenka. Əsas obraz olan xəyalpərəstin yaşadığı 4 gündən bəhs edilir. Kitabın adı olan "bəyaz gecələr" isə xəyalpərəstin Nastenka ilə birlik də keçirdiyi günlərə verdiyi addır. Xəyalpərəst 20li yaşlarında sevgiyə möhtac, özünəqapanıq, yalnız və hüzünlü biridir. Hekayədə obrazlar bir axşam təsadüfən qarşılaşırlar və xəyalpərəst bir neçə dəqiqə içərisində qıza aşiq olur. Nastenkanın isə 1 ildir gözlədiyi başqa bir adam var hekayədə. Keçirdikləri bu 4 gündə xəyalpərəstin tapdığı sevgisiylə dəyişən yaşamı, bunun qarşısında da sevgilisini gözləyən saf bir qızın sonda öz eşqinə qovuşmasından bəhs edilir. Kitabın mövzusu çox sadə görünsə də yazar obrazları içimizə işləyəcək qədər özənlə yazmışdır. Həm yalnızlığı, həm aşiq olan bir adamı, həm də ayrılığı fərqli bir baxış açısı ilə görə bilərsiniz. "Tam bir xoşbəxtlik dəqiqəsi! Məgər bu bircə dəqiqə, bütün bir insan ömrü üçün olsa belə, azdırmı?!" (səh.103)
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201975,4bin okunma
103 syf.
·
Puan vermedi
Sevgi material məhdudluğa qarşı xəyalpərəst etirazdır.
Bu təhlil kitabı oxuyub bitirmişlər üçün nəzərdə tutulub. Bilmirəm, sevgidən çoxmu danışırlar, yoxsa bəzi çoxdanışanlar ancaq sevgidən danışır, ancaq maraqlısı budur ki, sevgi çox eşitdikcə də adiləşmir və zamanla təsir gücünü itirmir. Dostoyevskinin "Bəyaz gecələr"ini sevgi ədəbiyyatı saymaq olarmı, yoxsa yox, qərar verə bilmirəm.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201975,4bin okunma
Reklam
104 syf.
8/10 puan verdi
·
9 saatte okudu
Bəyaz Gecələr Dostoyevskidən oxunabiləcək ən rahat əsərlərindən biridir, bəlkə də yazıçılıq karyerasının ilk dövrlərində yazdığı üçün. Özünəməxsus üslubu ilə bu qısa kitabda da oxuyucunu öz təsiri altına sala bilən yazarlardandı Dostoyevski. Hekayəmizdəki əsas obraz yalnızlıq çəkən bir gəncdir və bu gənc bəyaz gecələrin birində yolda gördüyü bir
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201975,4bin okunma
102 syf.
5/10 puan verdi
·
Beğendi
Beyaz Geceler
Kitab iki kişinin konuşmasını kalem alıyor,benim tarzım olmadığı için fazla sevemedim...Ama sonlarda Nastenkanın yaptıkları sinirimi bozdu,kitabdan kızı çıkarıp dövesim geldi...
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201975,4bin okunma
104 syf.
8/10 puan verdi
Sentimentallığı baxımdan Dostoyevski yaradıcılığının tipik əlamətlərini hər səhifədə hiss etmək mümkündür.Bir anda oxucu hadisələrin kənarında dayanmış müşahidəçiyə çevrilir,digər yandan da dəyişən münasibətlər burulğanını ruhunda yaşayır,nəticə çıxarılması deyil,yaşanılması lazım olan münasibətlər burulğanın kağıza köçürülmüş formasıdır.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201975,4bin okunma
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.