İnsanın yaradılışına üsyanı, onun psixologiyası ilə fiziologiyası arasında daimi düşmənçiliyi və eyni zamanda müttəfiqliyi nə qədər absurddursa, bu kitab da bir o qədər qəribədir. Sosiallaşmağa ehtiyac duyuruq, lakin insanlar bizi yorur (problem budur ki, o insanlardan biri kimi özümüz də özümüzü yoruruq). İşləyəndə yorulur, işləməyəndə sıxılırıq.