İngilis romantikasının özünəməxsusluğu ilə seçilən bir kitab daha...
Sadəcə bir sevgi hekayəsi olaraq qalmır. Süjet daxilindəki obrazlar, hadisələr dəfələrlə təəccübləndiriri, gərginlikdə saxlamaqdan əl çəkmir.
Hadisələr Ceyn Eyrin 10 yaşından ta ki, 30-lu yaşlarına qədər təsvirlərindən, yeri gəldikdə isə öz müraciətindən ibarətdir. Lakin bu təsvirlər bütünlüklə və sıxıcı hadisələr şəklində yer almır, oxucunu maraqda saxlayan hadisələr şəklində verilir və az qala bu hadisələrin çoxu təəccüblə, heyrətlə sona çatır.
Ceyn Eyrin ahəngdar cavabları, hazırcavablığı fərqli bir baxış yaradır. İşlədiyi evin sahibi və bibisi oğlu ilə aralarındakı dialoqlar həm bunun, həm də dövr İngiltərəsinin qadına münasibətdə necəliyinin açıq göstəriciləri olaraq qalır.
Son olaraq sonluğu haqqında bunu deyə bilərəm ki, sonu bir qədər fərqli düşüncələr doğursa da, çoxumuz tərəfindən bəyəniləcək bir sonluqdan ibarətdir.