Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Min Möhtəşəm Günəş

Khaled Hosseini

Düşük Puanlı Min Möhtəşəm Günəş Yorumları ve İncelemeleri

Düşük Puanlı Min Möhtəşəm Günəş sözleri ve alıntılarını, düşük puanlı Min Möhtəşəm Günəş kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

9.110 üzerinden
24,3bin Kişi · 3415 İnceleme
455 syf.
4/10 puan verdi
·
22 günde okudu
Sonunda bitdi. SONUNDA. Nə vaxtsa bir kitabın bitməsini bu qədər istəyəcəyimi düşünməzdim. Məzmundakı xəyal qırıqlığımı deyim, qadınların çəkdiyi zülmlərin qabardılmış təsvirimi deyim? Bilmirəm. Mən ümumiyyətlə müharibə mövzulu kitabları oxumağı sevirəm. Oxumaq üçün bu kitabı seçməyimin başlıca səbəblərindən biri də elə bu idi. Belə bir yazı ilə də qarşılaşmışdım ki, deməli Əfqanıstanda müharibədir, və bu kitab müharibədə iki qız Məryəm və Leylanın çətin mübarizəsindən bəhs edir. Mənim də ağlımda iki gənc, gənc olmasa da heç olmaya eyni yaşda olan iki qızın macəra dolu hekayəsi canlanmışdı. Ən böyük xəyal qırıqlığını da onların yollarının kəsişməsinin belə iyrənc bir situasiyada baş verməsi oldu. Bu haqda daha da danışmaq istəmirəm. Bu pis yönləri olsa da təbii ki, yaxşı tərəfləri də var idi. İbrət deməyim, amma bu əsər bizə bir çox şeyi xatırlatdı, və xatırlatma gücündədir. Xatırlamalar isə yaxşı şeydir, çünki unudulma qaçınılmazdır. Bu xatırlatmalara güvənmək üçün doğru insanı seçmə, hər hansısa bir seçimin insanın həyatını necə dəyişmə iqtidarında olması, müharibələrin insana vurduğu mənəvi, fiziki zərbələr, acılı həyat və s. Bu cəhətlər önyarğımı bir az azaltmadı deyil. Xalid Hüseynin ilk oxuduğum kitabı idi. Digərlərinə keçid etməyə tərəddüd etsəm də önyarğıma qurban getmək istəmirəm. Ümumi bunu deyə bilərəm ki mənə mənfi təəssürat bağışladı. Şiddətlə olmasa da oxumağınızı tövsiyə görə bilərəm. Bəlkə başqa bir oxucu faydalana bildi, nə də olsa baxışlar fərqlidir..
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013101,2bin okunma
455 syf.
5/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
Bismillah.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm Günəş
Khaled Hosseini
Khaled Hosseini
Deməəək. Kitab Əfqanıstanlı Məryəm və Leyla adlı iki qızın(qadının) həyatını, ümumiyyətlə,Əfqan xalqının, xüsusilə, qadınlarının çəkdiyi zülmləri ələ alır. Məryəm çətin bir yaşamdan sonra həyatının irələyən dönəmində Leyla ilə tanış olur.Məryəm doğulduğunda istənməyən uşaq,Leyla isə evinin tək qız uşağı və sevinci
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013101,2bin okunma
Reklam
455 syf.
9/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
Min Möhtəşəm Günəş
Roman müəllifin “Və dağlardan səda gəldi” əsərindən sonra oxuduğum ikinci romanıdır. Müharibə dövründə qadınların keşməkeşli həyat yolu, onlara verilən işgəncələr, erkən nigahların acınacaqlı sonu kimi bu və digər problemlər tam açıq şəkildə qələmə alınıb. Kitabın bəzi səhifələrini oxuduqca tüklərimin necə biz-biz olduğunu xatırlayıram, təsirlənməmək qeyri-mümkündür. Sadəcə kitabda sevmədiyim iki məqamı da qeyd etmək istəyirəm. İlk öncə elə ilk səhifələrdən yazıçı vətəninə bağlı olduğunu açıq şəkildə hiss etdirir, lakin kitabda siyasətə, hakimiyyət dəyişikliklərinə bir qədər üstünlük verilməsi bir müddət sonra oxucunu yorur. Sevmədiyim ikinci məqam isə Leyla və Tariqin illər sonrakı görüşünün belə quru təsvir edilməsi idi, məncə o daha təsirli şəkildə qələmə alına bilərdi. Həmin görüşdən sonra məncə Tariq Leylanın ərinin necə qəddar biri olduğunu Rəşidin və bu görüşdən xəbər tutduqdan sonra Leylanın başına gətirəcəklərini təxmin edib onun Rəşidlə üz-üzə gəlməsinə mane ola bilərdi.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013101,2bin okunma
455 syf.
8/10 puan verdi
·
Beğendi
Hər sınağın,hər dərdin bir səbəbi var.
Roman Əfqanıstan müharibəsinin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdankənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla.Roman axıcı və çox güclü təsirə malikdir.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013101,2bin okunma
455 syf.
8/10 puan verdi
·
13 saatte okudu
Xalid Hüseyni'nin həm bu əsəri həm də Çərpələng uçuran əsərləri məni Əfqanıstana böyük bir səfərə apardı. Günahsız insanların ölümü, dağıntılar, yarım qalan hislər,itkilər və.s çox təsirli idi.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013101,2bin okunma
455 syf.
8/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Kitab Rəyi!!
Kitab Rəyi!! Başlıq: Min möhtəşəm günəş Yazar: Xalid Hüseyni Səhifə: 455
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013101,2bin okunma
Reklam
455 syf.
10/10 puan verdi
·
Beğendi
·
21 günde okudu
Kitabı yeni bitirdim və istədim hisslərimi bölüşüm. İndiyə qədər oxuduğum ən yaxşı romandır və mənə çox təsir etdi. Yazıçının ilk kitabı idi oxuduğum. Bu qədərini gözləmirdim. Əsər iki əfqan qadının həyatından bəhs edir. Ayrı həyatları olsa da bir gün həyat onların yolunu birləşdirir. Məryəm on beş yaşında bir qızdır. Özündən böyük biri ilə evlənir və həyatı tamamilə dəyişir. İllər, yaşanmışlar onu yorur. Leyla on beş yaşında ağıllı, tərbiyəli qızdır. Kabildə baş verən müharibə nəticəsində qadınların həyatı dəyişir. Leyla və Məryəmi sevgi bir- birinə daha çox bağlayır. Qadın olmaq çox çətindi məkanın heç bir önəmi yoxdur. Bir sözlə möhtəşəm bir əsər idi.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013101,2bin okunma
455 syf.
9/10 puan verdi
Min Möhtəşəm Günəş
 "Min möhtəşəm günəş"də 1980-2000-ci illər ərzində Əfqanıstanda baş vermiş siyasi dəyişikliklər, bu dəyişikliklərin xalqın, xüsusən də əfqan qadınlarının həyatında buraxdığı izləri görmək olur.     Məryəm adlı-sanlı bir zənginin "harami" qızı, Leyla isə sadə əfqan vətəndaşı ziyalı bir müəllimin sevimli qızıdır. Hər ikisi
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013101,2bin okunma
455 syf.
9/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Min Möhtəşəm Günəs
Khalid Hüseynlinin kitabları axıcılığı ilə fərqlənir.Bir növ Çərpələn uçurana bənzəyir.Oxuduğca gözümdə səhnə kimi Hamısı canlandı.( 1 gün 100,o biri gün isə 355 səhifə oxudum və bitirdim.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013101,2bin okunma
455 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Keşke bitmeseydi..
Min möhtəşəm günəş, nə mükəmməl bir əsərsən. İndiyə qədər oxuduğum ən mükəmməl dramatiq bir şah əsər! Bu kövrəldici hekayə o qədər qüsursuz yazılmışdı ki, özümü kitab boyunca əsərin içində buldum. Sanki yaşananları kənardan görürəm, seyr edirəm ki, hissettirir. Bu, yazarın oxuduğum ikinci kitabıdır və məni çox təsirləndirdi.Oxucuların nəzərinə çatdırmaq istədiyim əsas məqam, kitaba əsaslanan teatr səhnəsinin canlandırılmasıdır. Bəlkə də aranızda bu səhnədən xəbərsiz olanlar var sizi bu gözəl tamaşa ilə tanış etmək istəyirəm. Səhnə o qədər mükəmməl hazırlanmışdı ki, bu dərin acı dolu həyat hekayəsini çox gözəl şəkildə tamaşaçılara çatdıra biliblər. İzləmək üçün buradan daxil olub izləyə bilərsiniz youtu.be/XImVhXnIbn4?si=... İkinci hissəsini rəylər bölümündə paylaşacam. Hər birinizə xoş mütaliələr və xoş izləmələr arzulayıram.
Min Möhtəşəm Günəş
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013101,2bin okunma
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.