Qaraqanın yaradıcılığından oxuduğum, ikinci kitab oldu Mələk.Kitabın dili, o qədər gözəldir ki, oxuduqca oxumaq istəyirsən.Əsərdə insanların acgözlüyü, öz şəxsi mənafeyi uğrunda başqalarını düşünməməsi, şəhvət hissinə qapılan insanların bədbəxtliyi,məmurların və onların əlaltılarının şərəfsizliyi, şöhrət qazanmaq üçün başqasını ələ vermək kimi hadisələr göz önündə canlanır.Burada ən saf hissə isə adı verilməyən aşiqin,Mələyi dərin məhəbbət ilə sevməsi idi.Buna görə də,bu aşiqi yuxarıda sadaladığlarımın içində vermek istəmədim.Bunlardan başqa, xalqın cəhaləti, mollaların, axundların özlərini dinçi kimi təqdim edib,əslində heç bir şey bilməməsi göstərilir.Kitabı oxuduqdan sonra, Qaraqanın niyə ölkəni tərk etdiyini və niyə qayıtmaq istəmədiyini anladım.