Ölən Dünyam

İsmail Şıhlı

Ölən Dünyam Yorumları ve İncelemeleri

Ölən Dünyam yorumları ve incelemelerini, Ölən Dünyam kitabı hakkındaki okur görüşlerini , Ölən Dünyam puanlarını 1000Kitap'ta bulabilirsiniz.
223 syf.
·
Puan vermedi
·
4 günde okudu
Bu dəfə çox qəşəng kitab təhlili ilə gəlmişəm.İlyas Əfəndiyevdən sonra İsmayıl Şıxlı da, milli yazıçılarımızdan ən sevdiklərimdən oldu. İsmayıl Şıxlı " Dəli Kür"dən sonra yeni bir əsər yazmaq istədəyini və bu əsərdə məhz 1920 ci illərdə inqilab tariximizdən bəhs etmək istədyini qeyd edib. Həttə əsərin adını oxuyuculara " Qanlı Təpə " olaraq çatdırıb lakin, yazmağı mümkün olmur . Yazıçının dediyinə görə arxiv sənədləri gizlədilir və hadisələri olduğu kimi yox dəyişdirib verəcək olsa idi digər əsərlərdən fərqi olmazdı. Artıq məhdudiyyətlərin götürlməsindən sonra roman yazacağına qərar verən Şıxlı bu səfər əsərin adını dəyişib " Ölən dünyam" qoyur. Bədbəxtliklər isə yaxasını buraxmır . Ağır və uzun sürən xəstəlik ,gözünün görməməsi ona mane olur. Lakin sonralar əsəri yazmağına ona həyatı yoldaşı (Ümidə xanım)kömək edir. Bir də bunu demədən keçməyim Şıxlı əsərə ön sözü yazanda gözünün görmədiyi üçün əsərdə olan qusurlardan dolayı oxucularindan üzr istəyib
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Bakı, Altun Kitab Nəşrlər Evi · 0240 okunma
223 syf.
8/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
"Oxucularımdan yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlar varsa, bağışlamalarını xahiş edirəm", - yazır İsmayıl Şıxlı əsərin əvvəlində "ön söz" əvəzi verdiyi "müəllifdən" hissəsində... O, əsərin, sadəcə, birinci fəslini özü yazmış, qalan hissələrini isə həyat yoldaşı Ümidə xanıma diqtə etmiş, Ümidə xanım
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Bakı, Altun Kitab Nəşrlər Evi · 0240 okunma
Reklam
223 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Bitdi Yazıçı kitabın nəşrini görməsə də biz oxuyub bir dövrün hekayəsi ilə tanış olmuş oluruq. Başda bir ailənin faciəsi ilə başlayan hekayə hissə-hissə fərqli hekayələri birləşdirir və bir xalqın yaşadığı ağır, izdirablı günləri, illəri əhatə edir.Hekayələr eyni yerə- qaçaqçılık hərəkatının Azərbaycanı əhatə etdiyi dövrə bağlanır. Uzun zamandır tarixi kitab oxumurdum.(“Şükriyyə taleyim”dən bəri) Çox gözəl idi.
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Bakı, Altun Kitab Nəşrlər Evi · 0240 okunma
192 syf.
9/10 puan verdi
·
Beğendi
"Oxucularımdan isə əsərdə yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlar varsa, bağışlamalarını əvvəlcədən xahiş edirəm." İsmayıl Şıxlı, o qədər gözəl hekayə anlamağı, ele axıcı dili var ki, nə yazsa maraqla oxuyaram. Əsərdə gözəl Azərbaycanımız, xalqımız və onların başında olan qara buludlar ötən əsrin əvvəllərindəki halında təsvir olunub. Əsərin müxtəlif hissələrində müxtəlif hekayələri olan müxtəlif insanlara toxunur yazıçı. Nişanlısı ilə xoşbəxt olmaq istəyən qız, xalqı maarifləndirmək istəyən gənc müəllim, müstəqil Azərbaycan dövlətində yaşamaq istəyən vətənsevər, insanlara şəfa vermək istəyən həkim kimi fərqli-fərqli obrazların ortaq olan 1 cəhəti var ki, heç biri həyatdan istədiyini ala bilmir. Ədəbiyyatımız gözəldi, oxuyaq oxutduraq.
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021240 okunma
192 syf.
1/10 puan verdi
Gözlərəntimin altında bir tarixi roman idi təəssüf ki . Sujet xəttdi qarmaqarışıq, hadisələr ordan burdan yazılıb. Mövzusu maraqlı idi əslində. Daha yaxşı yazıla bilərdi
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021240 okunma
192 syf.
10/10 puan verdi
·
Beğendi
·
34 saatte okudu
Yazar “Dəli Kür” romanında olduğu kimi bu əsərdə də tarixi,milli-mənəvi dəyərlərə yer vermiş,Azərbaycan Xalq Cümhuriyyəti dövrü və SSRİ-nin ilk illərində kənd əhalisinin gündəlik qayğılarını,yeni hökümətin qurulması uğrunda verilən mücadilə əzmini ön plana çəkmişdir.Paralel şəkildə sovet hökümətinə qarşı çıxmış “Qaçaq hərəkatı” da təsvir edilmişdir.Əsərdə hadisələr çox axıcı və gözlənilməz şəkildə irəliləyir.Roman nəin ki,192 səhifə,700 səhifə belə olsa da,oxucunu özünə çəkmək iqtidarındadır.Tarixi-dram janrında yazılmış romanları sevən oxuculara bu əsəri də oxumalarını tövsiyə edirəm :) P.S. Roman İsmayıl Şıxlının son əsəridir (ölümündən 4 ay əvvəl).Səhhəti ilə bağlı problemlərlə əlaqədar olaraq əsəri həyat yoldaşı Ümidə xanıma diktə etmiş,o isə yazıya köçürmüşdür. Əsərin önsözünü əvəzləyən “Müəllifdən” hissəsindəki yazarın son cümləsi məni çox təsirləndirdi: “Oxucularımdan əsərdə yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlarım varsa,bağışlamalarını əvvəlcədən xahiş edirəm”…
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021240 okunma
16 öğeden 11 ile 16 arasındakiler gösteriliyor.