Seçilmiş Əsərləri II.Cild

İmadəddin Nəsimi

Öne Çıkan Seçilmiş Əsərləri II.Cild Gönderileri

Öne Çıkan Seçilmiş Əsərləri II.Cild kitaplarını, öne çıkan Seçilmiş Əsərləri II.Cild sözleri ve alıntılarını, öne çıkan Seçilmiş Əsərləri II.Cild yazarlarını, öne çıkan Seçilmiş Əsərləri II.Cild yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Hər nə yerdə, göydə var, adəmdə var, Hər nə ildə, ayda var, adəmdə var. Hər nə əldə, üzdə var, qəddəmdə var. Həq sözün fəhm etməyən adəm də var.
Bulmuşam həqqi, ənəlhəq söylərəm, Həq mənəm, həq məndədir, həq söylərəm. Gör bu əsrarı nə müğləq söylərəm, Sadiqəm qövlümdə, səddəq söylərəm.
Reklam
Həq təala adəm oğlu özüdür, Otuz iki həq kəlamı sözüdür. Cümlə aləm bil ki, Allah özüdür, Adəm ol candır ki, günəş üzüdür.
Ay ilə günəş üzün heyranıdır, Mişk ilə ənbər saçın tərxanıdır, Çün Nəsimi aləmin sultanıdır, Dövr anın, dövran anın dövranıdır.
Dilbəra, mən səndən ayrı ömrü, canı neylərəm? Təxti-tacı, mülkü-malı xanimanı neylərəm? İstərəm vəsli-camalın ta qılam dərdə dəva Mən sənin bimarınam, özgə dəvanı neylərəm? Ey müsəlmanlar, bilin, yar ilə xoşdur bu cahan, Mən ki, yardan ayrı düşdüm, bu cahanı neylərəm? Çox dualar qılmışam mən xaliqin dərgahına, Çün muradim hasil olmaz, mən duanı neylərəm? Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan, Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm?
26 öğeden 21 ile 26 arasındakiler gösteriliyor.