En Eski Sevil Yorumları ve İncelemeleri

En Eski Sevil sözleri ve alıntılarını, en eski Sevil kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

910 üzerinden
109 Kişi · 19 İnceleme
96 syf.
10/10 puan verdi
·
2 saatte okudu
Bu pyes 1928-ci ildə azərbaycanlı dramaturq Cəfər Cabbarlı tərəfindən ərsəyə gətirilmişdir. Həmin illərdə qadınların sıxışdırılmasına baxmayaraq, bu pyesin bir bəy yazar tərəfindən qələmə alınması mənə çox fərqli hisslər yaşatdı. Əsərdə qadınların çəkdiyi əzablardan, apardıqları mübarizələrdən, cəmiyyətdəki rolundan və ən əsası isə sonda qadının bütün bu təzyiqlərə qarşı çıxa biləcək gücdə olmasından bəhs edilir. Şəxsi fikrim olaraq, qadın-kişi ayrıseçkiliyi etməyi sevmirəm. Lakin, bir fərd olaraq qadının istəyib də edə bilməyəcəyi heçnə yoxdur. Sadəcə, Cəfər Cabbarlının da qələmə aldığı kimi “Qoç döyüşündə qoç dayanmalıdır”.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020343 okunma
96 syf.
·
Puan vermedi
·
3 günde okudu
Azərbaycan mədəniyyət tarixində əvəzolunmaz rolu olan Cəfər Cabbarlının ən məşhur əsərlərindən biri olan Sevil pyesini Sovet təbliğatını əks etdirdiyi üçün bəyənməyənlər və qadın azadlığını o dövrdə cəsur şəkildə işlədiyinə görə bəyənənlər var. Ümumiyyətlə, Sovet dövründə yazıçılarımızda sosializm, sovet ideologiyalarını oxumaq xəyal qırıqlığına uğratsa da, nəzərə almaq lazımdır ki, təhdid altında yaşadıqları üçün başqa yolları yox idi. Əlbəttə yaltaqlığın həddini aşan "ədib"lərimiz də olsa, Cəfər Cabbarlının bu mövqedə əsla olmadığını bilirik, ən azından intiharına səbəbiyyət verən şeylərdən barizdir bu. Cabbarlı Sevil əsərində sovet idellarından vasitə kimi istifadə edərək qadının cəmiyyətdə aşağı mövqeyini tənqid edib, Sevil obrazını çalışqan və ağıllı qadın idealında əbədiləşdirib. Sevilə əks Dilbər obrazında isə azadlıq anlayışını kişilərlə rahat düşüb-qalxmaqda, mədəniyyəti bahalı geyimdə, rusca danışmaqda, təbəqləşmədə görən insanları ümumiləşdirib. İndiki cəmiyyətimiz üçün necə də tanış səslənir :) Məhz buna görə də Cabbarlı mütləq oxunmalıdır.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020343 okunma
Reklam
96 syf.
·
Puan vermedi
Əsərin 1928-ci ildə kişi yazıçı tərəfindən yazılması çox heyrətə gətirici və sevindirici haldır ama pyesin yazılmasından 100 il keçməsinə baxmayaraq əsərdə qoyulan problemlərlə indiki dövrümüzdə də tez- tez qarşılaşmağımız çox acınacaqlıdır hətta deyərdim Faciəvidir.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020343 okunma
96 syf.
·
Puan vermedi
·
12 saatte okudu
1928 dən bu günə...
Əsər sivilizasiyanın geriqalmışlığının, qadın- kişi bərabərsizliyinin tüğyan etdiyinin, təhsil və maariflənmənin önəmi üzərində düşünməyə sövq edir. Müəyyən məqama yüksəldikdən sonra ailəsini üz qarası olaraq görən kişi, cahilliyinə görə haqlarını bilməyən və özünü yalnızca ailəsi yolunda həsr edən qadın, inkişafa ayaq uydurmağa çalışarkən öz kökənindən ayrılmış insanlar, namus və əxlaqı yalnızca qadından gözləyən, onu sıxma- boğmaya salan toplum... Və ən əsası 1928 dən bu günə kimi belə əsas məsələlərin hələ də davam etməsi və həllini tapmaması... nəysə... Xoş mütaliələr
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020343 okunma
96 syf.
8/10 puan verdi
·
18 saatte okudu
Belə baxıram, 1928-ci ildən bu yana gör nə qədər vaxt keçib, nə az, nə çox, düz 95 il. Hələ o dövrdə, qadınların çadraya bürünüb öz dünyalarının sərhədlərini məhdudlaşdırmağa məcbur qaldığı bir zamanda Cəfər Cabbarlı bu pyesi yazmağa, insanlar bu əsəri tamaşaya qoymağa cəsarət edib. Həqiqətən də təqdirəlayiqdir. Könül istəyərdi bu kitabı oxuyub, necə ayrı-seçkiliklərə məruz qalmışıq, necə bunların öhdəsindən gəlmişik deyə düşünək, ancaq bütün bunlar hələ də davam edir. Əlbəttə vəziyyət əvvəlkinə baxan yaxşıdır, yenə də insan hələ 1918də qadınlara seçib seçilmə hüququ verən bir cümhuriyyətin davamçılarından daha çoxunu gözləməyə can atır. Hər nə isə, bütün bu mövzular onsuz da hamımıza aydın olub üstünə düşülməyən mövzulardır. Oxuyun. Xoş mütaliələr.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020343 okunma
Reklam
16 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.