En Beğenilen Əsərləri Gönderileri

En Beğenilen Əsərləri kitaplarını, en beğenilen Əsərləri sözleri ve alıntılarını, en beğenilen Əsərləri yazarlarını, en beğenilen Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Ay nazənin, dərdin mənim canımı Az qalıb incəldə, ay üzə, üzə. Alıbsan əlimdən din-imanımı, Müştaq eyləyibsən ay üzə, üzə. Yar, məskənim astanamı, dərdimi? Kamil bağban gülü bağdan dərdimi? A bimürvət, dərdin mənim dərdimi Artırıb, yetirib a yüzə, yüzə.
İstər dara çəkdir, istər qul eylə, Qoymuşam əmrinə qol, incimərəm. Həsrətindən Məcnun oldum səhrada, Alırsan canımı al, incimərəm.
Reklam
Gəl, ey mehri-məhəbbətim, Üzün məndən niyə döndü?
Bir qönçə bitəydim dostun bağında, Dilimlə deyəydim yara: dər məni!
Tutmuşam dəstində gözəl nizamı, Firdovsi, Füzuli, gözəl Nizamı. Təqdiri-qüdrətin gözəl nizamı, Mənə dərdi verib, yara dərməni. Halal qaşın bənzətmərəm dər yaya, Yazıq Ələsgər, dastan elə, dər yaya. İstəsə, kül eylər, qatar dəryaya, Yaratsa, təzədən yaradar məni.
Eşidin, məclisdə arif olanlar, Sərrafam, gövhərim, kanım gedibdi. Ah çəkibən, yar yoluna baxmaqdan, Yəqin bilin, yarı canım gedibdi. Nazik barmaqlıdı, şümşad əllidi, Ayna qabaqlıdı, siyah tellidi, Şəkər söhbətlidi, şirin dillidi, Tuti kimi xoş zəbanım gedibdi.
Dərdim çoxdu, dindirməyin həzarat! Məni bir alagöz ceyran öldürür. Qılıncsız, tüfəngsiz alır canımı, Kimsə bilmir, pünhan-pünhan öldürür. Heç bilmirəm neyləmişəm, neylərəm, Xəncər alıb, qara bağrım teylərəm, Bir canım var, yara qurban eylərəm, El desin: "Aşiq də qurban öldürür". Ələsgərəm, bir gözələ mehmanam, Ölməyincə çətin dönəm, usanam, Əzrayılı qanlı tutmasın anam, Məni bir kirpiyi peykan öldürür.
Reklam
85 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.