Əsərləri Gönderileri

Əsərləri kitaplarını, Əsərləri sözleri ve alıntılarını, Əsərləri yazarlarını, Əsərləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bir qönçə bitəydim dostun bağında, Dilimlə deyəydim yara: dər məni!
Tutmuşam dəstində gözəl nizamı, Firdovsi, Füzuli, gözəl Nizamı. Təqdiri-qüdrətin gözəl nizamı, Mənə dərdi verib, yara dərməni. Halal qaşın bənzətmərəm dər yaya, Yazıq Ələsgər, dastan elə, dər yaya. İstəsə, kül eylər, qatar dəryaya, Yaratsa, təzədən yaradar məni.
Xudam səni nə xoş gündə yaradıb, Meylim axır sənə sarı, görəndə. Həsrətindən yüz yara var sinəmdə, İnsaf elə, birin sarı, görəndə.
Reklam
İsmin üç hərifdi, ay çeşmi-xumar, Biri "mim"di, biri "nun"du, biri "sin". Həsrətindən yüz min gizlin dərdim var, Kimsəm yoxdu, açam deyəm birisin. Siyah zülfün nə tökübsən yana sən?! Ya hurisən, ya pərisən, ya nəsən? Demədim ki, eşq oduna yanasan, Mən dedim ki, dur qıraqdan bir isin.
Ay nazənin, dərdin mənim canımı Az qalıb incəldə, ay üzə, üzə. Alıbsan əlimdən din-imanımı, Müştaq eyləyibsən ay üzə, üzə. Yar, məskənim astanamı, dərdimi? Kamil bağban gülü bağdan dərdimi? A bimürvət, dərdin mənim dərdimi Artırıb, yetirib a yüzə, yüzə.
Əl uzaq, qəlbim yaxın, Bələdəm hər bir halına; Görcəyim valeh oldum Həbəşi xəttü xalına.
Reklam
86 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.