Oqtay Salamzadənin "Əsrlərin sirri" romanı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin sələflərindən, özünün keşməkeşli həyatından və "Xəmsə"nin müqəddəs milli irsimizin ən dəyərli abidəsi kimi qorunub hifz edilməsindən bəhs edən üç hissədən ibarətdir.
"Gəncə qapısı", "Peyğəmbərin adaşı", "Qızıl şir dəfinəsi" adlanan bu hissələrdə Nizami Gəncəvi ilə yanaşı fəaliyyət göstərən bir sıra dünya şöhrətli dövlət və mədəniyyət xadimlərinin, xalq qəhrəmanlarının möhtəşəm lövhələri sənətkarlıqla təsvir edilmişdir.
Romandakı hissələr əsasən XI-XII əsrlərdə cərəyan edir.