Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Susa Bilmirəm

Lev Tolstoy
8/10
1 Kişi
4
Okunma
Beğeni
193
Görüntülenme
Bu kitabda, başlıca olaraq, Tolstoyun öz sağlığında çapı senzura tərəfindən qadağan olunmuş məqalə və məktubları toplanıb. Bəlli olduğu kimi, Tolstoy ömrünün son illərində özünün dini, fəlsəfi, ictimai-siyasi baxışları ilə bağlı çoxlu əsərlər yazıb və onunla görüşən çağdaşlarının dediyinə görə, bu yazılarını bütün bədii yaradıcılığından, hətta ölməz “Hərb və sülh” romanından üstün sayıb. Bu yazılarına görə Tolstoy dövlət və kilsə tərəfindən təqib olunmuş, sıxışdırılmış, qaragüruh onun üzərinə qaldırılmış, rus kilsəsi Tolstoyu pravoslav-xristian məzhəbindən çıxardığını elan etmişdir. Bütün bunlara baxmayaraq, Tolstoy öz yolundan dönməmiş, sonradan dünyanın bir çox ölkələrinə yayılmış, elə indi də bir sıra izləri qalmaqda olan “tolstoyçuluq” adlı cərəyanın müddəalarının əks olunduğu məqalə və məktublarını öz tanışlıq çevrəsində yaymaqda davam etmiş, imkan düşdükcə Avropanın jurnal və qəzetlərində çap etdirmişdir. Tolstoyun bu düşüncələri bir sıra hallarda bugünkü oxucuya mübahisəli görünsə də, dahi yazıçının qələmindən çıxan və özünün məntiqi-psixoloji dərinliyi ilə seçilən bu yazıların böyük marağa səbəb olacağına inanırıq.
Yazar:
Lev Tolstoy
Lev Tolstoy
Tahmini Okuma Süresi: 8 sa. 37 dk.Sayfa Sayısı: 304
ISBN: 9789952380132Ülke: TürkiyeDil: Azerice

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.