Yaxşı kitab idi. Müəllif Tanrı barədə təsəvvürlərini, həyat haqdaki biliklərini maraqlı üsulla–elə Tanrının dili ilə oxucuya çatdırıb. Ümumi bəyəndim, amma fikrimcə bir az natamamlıqlar var idi, yəqin bu seriyanın növbəti kitablarında daha çox şey də nəql olunmuş olar. Bunu deyim ki, çox maraqlı baxış açıları var idi, ilk dəfə gördüyüm amma məntiqli düşüncələr. Kitabın mövzusu haqda da elə giriş hissəsində ki, yazını qeyd edim. "Bu kitab ömründə bir dəfə də olsa barəsində öz-özümüzə suallar verdiyimiz bu kimi mövzuları əhatə edir: sevgi və həyat; məqsəd və nəticə; insanlar və münasibətlər; yaxşı və pis; təqsirkarlıq hissi və günah; bağışlamaq və cəza; Tanrıya gedən yol; cənnət, cəhənnəm; seks, güc, pul, uşaqlar, evlilik, boşanma, iş həyatı, sağlamlıq, keçmiş və gələcək; müharibə və sülh; bilmək və bilməmək; həzz və kədər kimi bir çox mövzular araşdırılır." Bir də ki, müəllifin Tanrını yumor hissi ilə yaratması ayrı əyləncə qatırıdı kitaba. Elə bu haqda olan qısa dialoqla təhlili bitirim.
-Qəribədir, sənin yumor hissin var?
-Yumoru mən yaratmışam, əlbəttə.